II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
94
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
riyaziyyat dərslərində həll edilən praktik məsələlərin, xüsusən, fiziki məzmunlu məsələlərin miqdarını artırmağa imkan
verir.
2. Vektor metodun həndəsə məsələlərinin həllinə tətbiqi prosesində şagirdlərə müasir riyaziyyat və onun tədqiqinin
ideyaları və metodları haqqında danışmağa imkan yaranır.
3. Praktik məsələlərin həllinə elektron-hesablama maşınları və kompyuter texnikasının tətbiqi vektorla əlaqə yaradır.
4. Vektor aparatına yiyələnmə şagirdlərin fizika, astronomiya, informatika kimi fənlərin müvəffəqiyyətlə öyrənmələrinə
imkan verir.
5. Vektorları öyrəndikdə şagirdləri vektorların müxtəlif tətbiqləri ( elmdə, texnikada, iqtisadi məsələlərin həllində) ilə
tanış etməyə imkan yaranır. Vektorların öyrənilməsində bunun nəzərə alınması şagirdlərdə tədqiqatçılıq elementləri
olan məsələ vərdişləri həllinin tərbiyəsinə imkan yaranır.
6. Şagirdlərə əvəllər məlum olan həndəsə məsələlərinin vektor metodla həllinin müsbət tərəfləri vardır. Birincisi, eyni
birməsələnin həndəsi və vektor metodla həllini müqayisə etməyə və vektor metodun üstünlüyünə şagirdlərə
inandırmağa imkan yaranır. İkincisi, bu zaman şagirdlər əvvəllər keşilənləri təkrar edir, yaddaşda bərpa edir, ondan
yeni səviyyədə istifadə edir.
7. Tətbiqi məsələlərin həllinə vektorları tətbiq edərək şagirdlər məsələ həllində vektorun necə mühüm əhəmiyyətə malik
olduğuna inanırlar.
8. Vektor metod məktəb həndəsəsinin bir sıra teoremlərinin qısa, sadə, həm də anlaşılan isbatını almağa imkan verir.
9. Vektorlar məktəb riyaziyyat məsələlərinə verilən bir sıra müasir tələbləri həyata keçirməyə imkan verir:
a) motivasiyanı həyata keçirməyə;
b) məsələnin təhsilverici imkanından istifadə etməyə;
c) Şagirdlərdə mövcud olan biliklərin aktualizasiyasını həyata keçirmək , onları yaddaşda bərpa etmək və yeni
səviyyədə istifadə etmək;
Belə ki, görkəmli psixoloq S.L.Rubinşteyn yazır ki, təfəkkür – vahid proses olan biliklərin aktualizasiyası və tətbiqidir.
Aktualizasiya prosesi dedikdə keçmiş təcrübədən lazımlı məlumatların və metodların seçilməsi və onlardan yeni şəraitdə
istifadə edilməsi başa düşülür. (Рубинштейн Л.С. О мышлении и путях его исследования. М., 1958, с.53.);
d) isbata aid məsələlərin sayını artırmaq.
10. Vektorların məsələ həllinə tətbiqi böyük tərbiyəvi əhəmiyyətə malikdir. Vektor aparatı müasir tələblərə uyğun tətbiq
edilərsə, onda:
a) şagirdlər mücərrədləşdirmə vərdişləri əldə edərlər; onların bilik səviyyəsi, həmçinin, ümumi riyazi mədəniyyəti
yüksələr;
b) şagirdlərdə mövcud olan biliklərdən yeni səviyyədə yaradıcı istifadə edilməsi vərdişlərinin aşılanması imkanı
yaranır;
c) şagirdlərə müstəqil yerinə yetirdikləri məsələ həllinin gedişini təhlil etməyi öyrətmək olar; çatışmazlıqları
görməyi, həmçinin, görülən işin müsbət cəhətlərini qiymətləndirməyi və uyğun nəticələr çıxarmağı tərbiyə etmək
olar;
d) şagirdlərdə elementar tədqiqatçılıq vərdişlərinin aşılanması imkanı yaranır. Ən başlıcası, vektor metoddan
istifadə etdikdə şagirdlərin riyazi təfəkkürünün inkişaf etdirilməsi imkanı yaranır.
Vektor metoda yiyələnmə şagirdlərə kütləvi elmi-texniki ədəbiyyaydan sərbəst istifadə etməyə, ali tədris
müəssisələrində təhsilini müvəffəqiyyətlə davam etdirməyə imkan yaradır.
Görkəmli riyaziyyatçı – pedaqoq U. Soyer yazır: “Riyazi biliklər – alətdir, əgər onları nəzərə almasan, və ondan
istifadə etməyi bacarmasan onlara yiyələnməyin mənası yoxdur”. Fikrimizcə, bu sözləri böyük əminliklə vektor metoda da
aid etmək olar.
Dostları ilə paylaş: |