MÜASİR İNGİLİS DİLİNİN LÜĞƏT TƏRKİBİNİN
ZƏNGİNLƏŞMƏSİNDƏ SLENQLƏRİN ROLU
Ferit SEMİZOĞLU
Bakı Slavyan Universiteti
ferit.bsu@hotmail.com
Dil daim inkişaf edərək zənginləşir və bu proses dilin bütün səviyyələrində müşahidə olunur. Məhz bu səbəbdən də,
muasir dillər ötən əsrlərin dilindən nəzərə çarpacaq dərəcədə fərqlənir. Bizim həyatımız arası kəsilməz, daimi inkişafdadır
ki, bu da öz növbəsində dilin inkişafını şərtləndirir. Belə ki, dilin səs sistemi dəyişikliklərə məruz qalır, dilin morfoloji
tərkibi dəyişilir, sözlər və söz birləşmələrində məna dəyişikliyi müşahidə olunur. Dildə baş verən və aydın şəkildə nəzərə
çarpan dəyişiklik isə onun lüğət tərkibində müşahidə olunur. İngilis dili də bu baxımdan istisna deyildir. Qeyd etmək
lazımdır ki, dilin inkişaf xüsusiyyətləri onun lüğət ehtiyatında daha aydın şəkildə əks olunur. Müasir ingilis dilinin lüğət
fondunun yazılı və şifahi nitq vasitəsilə zənginləşməsi onun mütləq inkişafının göstəricisidir.
Zəngin lüğət ehtiyatına malik ingilis dilinin söz ehtiyatı yekcins deyildir. Lüğət tərkibinin bir qismini milli, böyük bir
qismini isə, alınma sözlər təşkilş edir. Alınma sözlərin ingilis dilinin lüğət tərkibinin böyük bir qismini tutmasına
baxmayaraq, milli sözlər yazı və şifahi nitqdə ən çox istifadə edilən sözlərdir. Dildə yeni sözlərin meydana gəlməsi isə, ya
dilin öz daxili imkanları, və ya dilə başqa dillərdən alınma sözlərin daxil olması vasitəsilə gerçəkləşə bilər.
İngilis dilinin lüğət tərkibi müxtəlif aspektlərdən nəzərdən keçirilə bilər: dildə sözlərin işlənmə zamanına (tarixinə)
görə, dildəki sözlərin üslubi imkanlarına görə, sözlərin istifadə edildiyi ərazi və sosial fərqlərə görə, mənşəyinə və
ekspressivlik xüsusiyyətlərinə görə təhlil edilə bilər. Təqdim edilmiş tezisdə ingilis dilinin lüğət ehtiyatının
zənginləşməsində slenqlərin rolundan bəhs edildiyindən biz, dilin lüğət ehtiyatını üslubi baxımdan nəzərdən keçirəməyə
çalışacağıq.
Hər bir dilin lüğət tərkibi dil vahidlərinin istifadə dairəsindən asılı olaraq təqribən üç üslubi təbəqəyə bölünür: şifahi
ünsiyyətdə aşağı təbəqə tərəfindən istifadə edilən danışıq dili, üslubi cəhətdən neytral dil, rəsmi üslublarda istifadə edilən
ədəbi dil (kitab dili). Danışıq dilinin canlı danışıq forması olması onun qeyri-sabit, keçici xarakter daşımasını şərtləndirir.
Neytral dil universal xarakter daşıyır. Bu o deməkdir ki, bu dil öz istifadə dairəsinə görə qeyri-məhduddur və dilin bütün
üslublarında, bütün sahələrində istifadə olunur. Məhz bu səbəbdən də, neytral dil digər üslubi laylarla müqayisədə daha
sabitdir. Ədəbi dilin kitablarda, rəsmi üslublarda işlənməsi öz növbəsində bu təbəqənin müəyyən dərəcədə sabitləşməsinə
təsir edir.
Danışıq dili qeyri-rəsmi xarakter daşıdığı üçün əsasən şifahi formada istifadə olunur. Lakin bu sözlər öz emosionallığı
və nitqə gətirdiyi rəngarəngliyi ilə seçildiyindən, müasir ingilis dilini bu sözlərsiz təsəvvür etmək qeyri-mümkündür. Bu
üslubi təbəqəyə daxil olan sözlər ilkin istifadə edildiyi dövrdə qeyri-sabit olsalar da, onların bir çoxu dildə geniş şəkildə
işlənmiş və sonradan dilin lüğət tərkibində əks olunmuşdur.
İngilis dilinin lüğət ehtiyatının şifahi danışıq dili vahidləri ilə zənginləşdirən vasitələrdən biri də slenqlərdir. Slenqlər
termini müasir ingilis dili meyarlarından və istifadə dairəsindən aşağı olan bütün qeyri-rəsmi sözlərə aid edildiyindən fikir
ayrılığına səbəb olur. Bir çox dil daşıyıcıları tərəfindən şifahi, xüsusən də qeyri-rəsmi ünsiyyət zamanı istifadə edilən
slenqlər son dərəcədə emosional və ifadəli sözlərdir, onlar dildə öz orijinallığını tez itirərək yeni yaranmış sözlərlə əvəz
olunur. Bu tendensiya dildə eyni bir məfhumu ifadə edən, lakin fərqli ifadəlilik dərəcəsinə malik olan sinonimik cərgələrin
yaranmasına səbəb olur. Məsələn, “gözəl qız” məfhumu danışıq dilində müxtəlif slenqlər vasitəsilə ifadə oluna bilər:
“cookie”, “bird”, “cutie”, “sugar”, “tomato” və s. Göründüyü kimi, əgər slenqlər dildə yeni və mühüm məfhum ifadə etmək
üçün istifadə edilirsə, onlar dilin daha üst təbəqələrində də istifadə edilərək, öz növbəsində dilin lüğət tərkibini də
zənginləşdirir. Lakin, əgər onlar dilin sinonimik cərgəsini artırmaq xarakteri daşıyırsa və dilə yenilik gətirmirsə, onlar lüğət
tərkibində keçici xarakter daşıyaraq tez bir zamanda unudulur.
Slenglər digər ümumişlək sözlərdən məna və səs tərkibinə görə fərqlənmir. Faktiki olaraq, slenqlərin bir çoxu
ümumişlək sözlərlə omonimlik təşkil edir, eyni yazı və tələffüz qaydasına malikdir. Slenqlərin digər bir xüsusiyyəti ondan
ibrətdir ki, bu sözlər çoxmənalılıqları ilə seçilirlər. Dil daşıyıcıları az sayda sözdən istifadə etməklə, onlara yeni-yeni
|