II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
395
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Digər əhəmiyyətli mövzu tarixlə bağlıdır. Burada əsasən əsərlər nəql edənin dili ilə verilir. Bu əsərlərdə XVIII və XIX
əsr plantasiyalarda işləyən qullar, onların həyat tərzləri tərənnüm edilir.
Qara Britaniya ədəbiyyatında diqqət çəkən daha bir mövzu mənsubluq məsələsidir. Qeyd etdiyimiz kimi, bu
ədəbiyyatın nümayəndələri əslən Qərbi Hindistandan, Cənubi Asiyadan və Afrikandan mühacir olunmuş yazarlardır. Onlar
çalışırlar ki, yazdıqları mövzularda daha çox özlərinin cəmiyyətdə edə bilmədikləri, unutduqları mənsubiyyətləri haqqında
geniş yazsınlar. Zülfi Kar Xose tərəfindən yazilan “Bu landşaft, bu insanlar” (“This Landscape, These People” (1964)) Qara
Britaniya ədəbiyyatında mənsubluqla bağlı yazılmış məşhur poemalardan biriir. Poema üç hissədən ibarətdir. Birinci
hissədə hadisə İngiltərədə cərəyan edir. Burada yazıçı yad ölkədə olmağın, özünü həmin cəmiyyətə mənsub olmadığını,
insanlar tərəfindən kənarlaşdırıldığında nə kimi hisslər keçirdiyini qeyd edir. İkinci hissədə hadisələr Hindistanda baş verir,
birinci hissədən fərqli olaraq burada müəyyən pozitiv hisslər duyulsa da yazıçı özünü bu cəmiyyətədə uyğunlaşdira bilmir,
bu ölkəni özünə doğma vətən kimi qəbul etmir. Üçüncü hissə yenidən İngiltərədə cərəyan edir, lakin artıq bir çox illər
keçmiş, bir çox şeylər dəyişmişdir. Burada yazıçının qəhrəmanı hansısa bir cəmiyyətə mənsub olmaq üçün artıq cəhd etmir,
sadəcə konkret şəkildə özünü “yad” adlandırır.
Qara Britaniya ədəbiyyatında maraqlı mövzularan biri yeni dil məsləsidir. Salman Rüşdi etriaf etmişdir ki, qara
yazıçının ağ cəmiyyət tərəfindən bir yazıçı olaraq qəbul edilməsi böyük məsuliyyət tələb edir və burada onun dili xüsusi rol
oynayır. Bunun nəticəsində də bir çox yazıçılar sırf cəmiyyət tərəfindən qəbul edilmək məqsədi ilə öz doğma dillərini
tamamilə unudub nəin ki yaradıclıqlarında, hətta öz şəxsi həyatlarında da bu dilə üstünlük verirlər. Bu mövzuda yazılmış iki
poema daha çox diqqəti cəlb edir. Bunlardan biri Kreys Nikols tərəfindən digəri isə Jon Akkard tərəfindən yazılıb. Nikolsn
yazdığı “Biz yeni düyanın qaraları”(“We New World Blacks” (1984)) poemasında dil ünsürü maraqlı bir fakt olaraq
qoyulmuşdur, poemada göstərilir ki, müasir Qara Britaniya ədəbiyyatının nümayəndələrinin əksəriyyəti məhz şüurlu olaraq
öz əsərlərində dil mövzusuna toxunmuşdular. Bu əsərdə mənsubiyyət məsləsi ilə dil məsələsi qarşılaşdırılır və göstərilir ki,
bu iki mövzu bir-biri ilə sıx əlaqəlidir. Dilini unutmaq, onu digəri ilə əvəz etmək milli mənsubiyyətini unutmaq dərəcəsində
əhəmiyyətlidir. Nikols eyni zamanda bu əsərində yerli əhali ilə “qaralar”arasında mübarizədən, hətta dərilərinin rənginə
görə cəmiyyət tərəfindən təcrid olunmalarından da bəhs etmişdir. O qeyd etmişdir ki, digər tərəfdən mühacirlərin öz
dillərində danışmaqları onların həyatları üçündə təhlükəli idi, bəzi belə hallarda bu onlarla yerli əhali arasında küçə
savaşlarına gətirib çıxarırdı.
Qara Britaniya ədəbiyyatında geniş yayılmış bu mövzular mədəniyyətlərin müxtəlifliyindən irəli gəlir və belə bir
nəticəyə gəlmək olar ki, əslində hibrid mədəniyyəti global dünyamızı çirkləndirən bir vasitə kimi görməkdənsə, belə bir
münasibətin millətlər arasında daha yaxın və dost münasibətin qurulmasına yardımçı olmasını önə çəkmək daha düzgün
olardı.
Dostları ilə paylaş: |