31
İnformasiyanın keyfiyyətini müəyyən edən
əsas xas-
sələri aşağıdakılardır.
Obyektivlik – informasiyanın
özündə subyektiv
fikirləri
saxlamaması xassəsidir. Subyektiv fikir (qiymət) dedikdə
baş verən prosesə, vəziyyətə və hadisəyə hər hansı insanın
baxışı, fikri, mülahizəsi və ya rəyi başa düşülür. Təbii ki, ey-
ni bir məsələ ilə bağlı baxışlar və fikirlər müxtəlif ola bilər.
Subyektiv baxışdan, fikirdən, mülahizədən asılı olmayan in-
formasiya obyektiv informasiya adlanır. İnformasiyanın ob-
yektivliyi anlayışı nisbidir, çünki onun emalı üsulları, adə-
tən, subyektiv olur. Ona görə də istənilən
informasiya prose-
sinin gedişində informasiyanın obyektivlk dərəcəsi həmişə
aşağı düşür. İnformasiya proseslərinin ən
az subyektivlik da-
xil etdiyi informasiya daha obyektiv adlanır.
Dostları ilə paylaş: