Web-portallar – təyinatlarına uyğun olaraq web-saytlar
çoxluğuna, bu saytlarda yerləşən informasiya ethiyatla-
rına, eləcə də müxtəlif internet-xidmətləri realizə edən
proqramlara birbaşa girişi təmin edən çoxfunksiyalı
web-saytlardır.
Web-portallarda əksini tapmış serverlər, saytlar, infor-
masiya ehtiyatları və proqramlar hər hansı bir sistemə və
ya müxtəlif sistemlərə aid ola bilər. Onlar özündə saxla-
dıqları sənədlərin və verilənlərin mövzularına və ya digər
əlamətlərinə görə xüsusi şəkildə seçilirlər. Adətən, istifa-
dəçiləri (müştəriləri) özlərinə cəlb etmək üçün web-por-
tallarda müxtəlif maraqlı funksiyalar reallaşdırılır. Portal-
larda, əsasən, axtarış, mövzu kataloqları, maliyyə indeks-
ləri, hava haqqında məlumatlar və digər sorğu xidmətləri
üstünlük təşkil edir.
İnformasiya xidmətinin ixtisaslaşmasına görə portalları
iki kateqoriyaya bölürlər: üfüqi portallar və şaquli portallar.