müxtəlif rəngli (ağ, sarı , qırmızı) bal çıxar. Şübhəsiz
ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət
vardır!” (ən-Nəhl, 16/68- 69).
Bu barədə nə demək olar? Allah Təala arını elə
proqramlaşdırmışdır ki, o müxtəlif çiçəkləri tapıb
onlardakı nektarı toplayır və onu bala çevirir.
Arılar instinktlə hərəkət edib öz fəaliyyətlərini son
məqsədə qədər davam etdirirlər. nsanlar da bəzən
instinktlə hərəkət edir. Lakin insana daha çox imkanlar
verilib. Arılar haqqında olan bu buyuruqlar maddi
aləmdən bir misaldır, örnəkdir. Arı Allah Təala tərəfin-
dən ona təlqin edilmiş qaydada müxtəlif çiçəklərdən və
meyvələrdən topladığı ən dəyərli nektardan məhsul –
bal hasil edir. Həmin balı lazımi miqdarda qəbul
etdikdə insanların qidası və şəfa tapması üçün vacib bir
məlhəmdir. Bir diqqət yetirin, bal müxtəlif rənglərdə –
tünd qəhvəyidən açıq sarı rəngə qədər olur. Balın
231
müxtəlif növlərinin dadı və ətri də dəyişir. Bu nədən
irəli gəlir? Bu əsasən bal şirəsinin (nektarın) toplandığı
çiçəklərin, meyvələrin tərkibindən və müxtəlifliyindən
asılıdır.
Allahın yaratdığı insanlar da “Qurani-Kərim”in
buyuruqlarına əməl etsələr, onları əhatə edən aləmdən
yaxşıların yaxşısını seçib istifadə edə bilərlər. Arılar
kimi insanlar da “rənginə”, “dadına” və “ətrinə” görə
yaxşı işlər görüb, hətta acıqlı və pis insanları xeyirliyə
təhrik edə bilərlər. Necə ki, arı balı bir dərman kimi
xəstə insanları sağaldır. Bu zaman Allah Təalaya tam
sədaqətlə inanmaq və onun “Qurani-Kərim”dəki
buyuruqlarına riayət etmək lazımdır. Sual oluna bilər.
Allah Təalaya inanmadan şəfa tapmaq olmaz? Əgər
söhbət mənəvi şəfadan gedirsə, əlbəttə ki, Allah Təa-
laya təvəkkül (ümid) etmədən olmaz. Adi xəstəliklər-
dən isə həkimə inanmadan şəfa tapmaq şübhəlidir
(mübahisəlidir), həm həkim və həm də müalicə olunan
biri – birinə inanmalıdır, əgər bu yoxdursa, tam şəfa
tapıb sağalmaqdan söhbət gedə bilməz.
Belə rəvayət olunur ki, bir gün Allahın Rəsulunun
(s.ə.v.) yanına bir kişi gəlib deyir: “Mənim qardaşımda
ishal var.”
Peyğəmbər (s.ə.v.) ona bal verməyi məsləhət
görür. Kişi qardaşına bal verir və yenidən Peyğəmbərin
(s.ə.v.) yanına gəlib deyir: “Mən ona bal verdim, lakin
ishal bir qədər də kəskinləşdi”.
Peyğəmbər (s.ə.v.) təkrar dedi: “Get ona bal ver”.
Kişi yenə qayıdıb deyir: “Qardaşımın halı daha da
pisləşdi.” Onda Peyğəmbər (s.ə.v.) cavabında dedi:
“Allah düzünü deyir, sənin qardaşının qarnı isə yalan.
Get ona yenə bal ver.”
232
Kişi yenidən qardaşına üçüncü dəfə bal verir və o,
şə
fa tapır. Bu hekayət bir daha Allahın Rəsulunun
(s.ə.v.) “Qurani Kərim”də buyurulanlara tam əmin-
liyinin təsdiqini göstərir. Çünki “Qurani Kərim”də
balın insanlar üçün şəfaverici olması buyurulmuşdur.
Bir daha surənin həmin yerini təkrarən oxuyaq:
“(O arıların) qarınlarından insanlar üçün şə fa
olan müxtə lif rə ngli (ağ , sarı , qırmızı) bal çıxar.
Ş
übhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün
bir ibrə t vardır!”
Bal tərkibcə çox zəngin qida olub orqanizm üçün
faydalıdır. Həzrət Əli (ə) buyurmuşdur: “Peyğəmbəri-
miz balı çox sevərdi.” Hədislərdə deyilir: “Şəfa üç şeyə
münasibdir. Bunlardan birincisi bal şərbəti içməkdir.”
Peyğəmbər (s.ə.v.) “Qurani Kərim”in ayələrinə
işarə edərək buyurub ki, hər kəs gündə bir dəfə bal
yesə, 77 xəstəlikdən asudə olar.
Peyğəmbər (s.ə.v.) yenə buyurub: “Kim öz
hafizəsini qüvvətləndirmək istəyirsə, bal yesin.”
“Nə yaxşı içməli şeydir bal! Ürəyi qoruyur və
sinədə olan soyuqluğu aparır.”
“ ki şəfa verən şeyi sizə tövsiyə edirəm: bal, bir də
Qurani Kərim.”
Bal bütün dərdlər üçün dərmandır. Allah Təala
“Qurani Kərim”də buyurur: “Onda insanlar üçün
şə
fa vardır.”
Həzrəti Əli (ə) buyurub: “Üç şey var ki, hafizəni
artırar və bəlğəmi aparar: onların biri Quran oxumaq,
biri bal, biri də süddür.”
Həzrəti Əli (ə) Cənablarından rəvayət olunur ki,
Rəsuli – Əkrəm (s.ə.s.) buyurdu:
“Beş şey var ki, unutqanlığı aparar, hafizəni artırar
233
və bəlğəmi yox edər. Onlar bu şeylərdir; 1) misvak
etmək (yəni dişləri təmizləmək); 2) oruc tutmaq; 3)
Quran oxumaq; 4) bal yemək; 5) süd içmək.
Dişi bal arısı
Hər bir arının çoxlu vəzifəsinin olduğu arı pətəklə-
rindəki yeganə istisna erkək arılarla bağlıdır. Erkək
arılar nə pətəyin müdafiəsinə və təmizliyinə, nə qida
toplamağa, nə də pətək və bal hazırlamağa kömək
etmirlər. Erkək arıların pətəkdə yeganə işi şahzadə
arını mayalandırmaqdan ibarətdir.
Cinsiyyət üzvündən başqa heç nəyi olmayan erkək
arılar digər arılardakı xüsusiyyətlərin, demək olar ki,
heç birinə sahib deyillər və elə buna görə də onların
ş
ahzadə arını mayalandırmaqdan savayı bir iş görməsi
də praktiki olaraq mümkün deyil.
Pətəyin bütün yükünü öz üzərinə götürən işçi
arılar şahzadə arılar kimi dişi olsalar da, onların
yumurtalıqları inkişaf etməyib, yəni onlar qısır olurlar.
Işçi arıların pətəyi təmiz saxlamaq, arı puplarına və
körpə arılara qulluq etmək, şahzadə arını və erkək
arıları qidalandırmaq, bal hazırlamaq, pətək qurmaq,
təmir işlərini yerinə yetirmək, pətəyin havasını
müntəzəm şəkildə dəyişmək, pətəyin təhlükəsizliyini
təmin etmək, nektar, çiçək tozu, su, qətran kimi
maddələri tədarük etmək və onları ehtiyata («anbara»)
yığmaq kimi mühüm vəzifələri var.
Ə
rəb dilində feilin iki növ işlədilməsi mövcuddur
və feillərin bu cür istifadə edilməsindən icraçının
erkək, yoxsa dişi olması məlum olur. Həmçinin
yuxarıdakı ayələrdə arı üçün işlədilən feillər (altı
cızılmış kəlmələr) feilin dişi üçün olan şəklində qeyd
234
edilmişdir. Beləliklə, Quranda bal hazırlayan arıların
dişi olmasına işarə edilir.
Yaddan çıxarılmamalıdır ki, arılarla bağlı bu həqi-
qətin bundan 1400 il əvvəl bilinməsi mümkün deyildi.
Ancaq Allah diqqəti bu həqiqətə çəkərək Quranın bir
möcüzəsini də göstərmişdir.
Baldakı şəfa
Bal yuxarıdakı ayələrdə vurğulandığı kimi, insan-
lar üçün şəfa olmaq xüsusiyyətinə malikdir. Elmdə bir
addım öndə gedən ölkələr balın insan səhhəti baxımın-
dan əhəmiyyətini nəzərə alıblar və bu ölkələrdə arıçılıq
və arı məhsulları artıq ayrıca bir tədqiqat sahəsi ol-
muşdur. Balda olan faydanın ümumi cəhətlərini nəzərə
almaqla onu belə sıralamaq olar:
Asanlıqla hə zm edilir. Içindəki şəkərin bir başqa
növ şəkərə (fruktozanın qlükozaya) çevriləbilmə xüsu-
siyyəti sayəsində bal özündə yüksək miqdarda turşu
(asit) ehtiva etsə də o, ən həssas mədə tərəfindən də
asanlıqla həzm edilir. Eyni zamanda bağırsaqların və
böyrəklərin daha yaxşı işləməsinə kömək edir.
Sürə tlə qana qarış ır, sürə tli enerji mə nbə yidir.
Bal ilıq su ilə qarışdırılanda 7 dəqiqə ərzində qana
qarışır. Özündə ehtiva etdiyi sərbəst şəkərlərə görə,
beynin asan işləməsini təmin edir. Bal fruktoza və
qlükoza kimi sadə quruluşlu şəkərlərin təbii qarışığıdır.
Aparılan son elmi-tədqiqat işlərinin nəticələrinə görə,
şə
kərlərin belə özünəməxsus qarışığı halsızlığın, zəifli-
yin, yorğunluğun aradan qaldırılmasında ən təsirli
üsuldur. Bal bu baxımdan adamı gümrah edir, onun
atletizmini və enerjisini artırır.
Qan yaranmasına kömək edir. Bal qan hazırlan-
235
ması üçün bədənin ehtiyac hiss etdiyi enerjinin mühüm
bir hissəsini təmin edir. Bundan başqa, qanın təmiz-
lənməsinə də yardım edir. Qan dövranını nizamlamaq
və asanlaşdırmaq baxımından da təsiri var. Bal damar
sərtliyinə, yəni damarların kirəcləşərək öz elastikliyini
itirməsinə qarşı mühüm bir qoruyucudur.
Balın antimikrob tə sir xüsusiyyə tlə ri də var.
Onun antimikrob xüsusiyyəti orqanizmdə müəyyən
bakteriyaların və kifin böyüməsinə mane olur. Balın
bakteriyanın sığınacaq tapmasına imkan verməyən
xüsusiyyəti «inhibinə təsir» adlandırılır. Balın anti-
mikrob olmasını təmin edən çoxlu səbəblər var. Bun-
lardan mikroorqanizmlərin böyüməsi zəruri olan su
miqdarını nizamlayan yüksək şəkərə malik olması,
yüksək turşu nisbəti (aşağı pH), bakteriyaların böyü-
məsi üçün əlverişli şərait yaradan azotun olmaması
bakteriyaların inkişafına mane olur. Balda hidogen-pe-
roksidin olması və balın özündə ehtiva etdiyi antioksi-
dantlar da bakteriyaların çoxalmasına mane olur.
Bal antioksidantdır. Sağlam həyat tərzi keçirmək
və sağlam yaşamaq istəyən hər bir kəsin antioksidant
istehlak etməsi xüsusilə vacibdir. Antioksidantlar hü-
ceyrələrdə maddələr mübadiləsində əmələ gələn zərərli
ə
traf məhsullarını təmizləyən qarışıqlardır. Bunlar qida
pozulmalarına və xroniki xəstəliyə səbəb olan dağıdıcı
kimyəvi təsirləri azalda bilən elementlərdir. Mütəxəs-
sislər antioksidant baxımından zəngin olan qidaların
ürək xəstəlikləri və xərçəng kimi xəstəliklərin qarşısını
alacağına inanırlar. Balın tərkibində də güclü antioksi-
dantlar var: pinosembrin, pinobaksin, krisin və qaloqin.
Bunlardan pinosembrin ancaq balda mövcud olan
antioksidantdır.
236
Haş iyə . Aparılan kliniki müş ahidə və tə crübə lə r
nə ticə sində balın antibakterial və antienflamatuar
xüsusiyyə tlə rə malik olduğ u ortaya çıxmış dır. Balın
yaralardakı infeksiyanın və buradakı ölü hüceyrə -
lə rin ağ rısız olaraq tə mizlə nmə sində və yeni toxuma-
ların ə mə lə gə lmə sində çox böyük tə siri vardır. Balın
də rman olaraq istifadə edilmə si ə n qə dim tarixi
kitabə lə rdə də bə hs edilir. Günümüzdə də alimlə r və
hə kimlə r balın yaraların müalicə sində tə sirini yeni-
də n kəş f etmiş lə r. 20 ildir balı araş dırmaq mə sə lə sinə
rə hbə rlik edə n və Yeni Zellandiyadakı Vaykato
(Waikato) Universitetində biokimya professoru olan
dr. Peter Molan balın antimikrob xüsusiyyə tlə ri ilə
bağ lı bir mütə xə ssis olaraq deyir: “Tə sadüfi tə crübə -
lə rlə müə yyə n olunub ki, bal yanıq yaralarındakı
infeksiyanı öz nə zarə ti altında saxlayır, xə stə xanalar-
da ə ksə r hallarda antibakteriya də rmanı olaraq
istifadə edilə n gümüş sulfudiazində n daha tə sirlidir
və yeni toxumaların inkiş afını hə rə kə tə gə tirir”.
Bal vitamin və mineral “anbarı”-dır. Balın tər-
kibində fruktoza və qlükoza kimi şəkərlərlə yanaşı
maqnezium, kalium, kalsium, natrium, xlor, kükürd,
dəmir və fosfor kimi minerallar da var. Nektar və çiçək
tozu öz qaynaqlarının xüsusiyyətlərinə görə dəyişdiyi
üçün balda B
1
, B
2
, C, B
6
, B
5
və B
3
vitaminləri var.
Bunlardan başqa balda az miqdarda mis, yod, dəmir və
sink də olur.
Baldan yaraların müalicə sində istifadə edilir.
Yaraların müalicəsində istifadə edilən balın tərkibində
havadan nəm çəkə bilmək xüsusiyyəti olduğu üçün
sağalma prosesini sürətləndirərək yaranın izinin
qalmasının qaşısını alır. Çünki bal yaranın üstünü örtən
237
təzə dərini təşkil edəcək epitel hüceyrələrin bölünmə-
sini sürətləndirir. Beləliklə, böyük yaraların müalicə-
sində istifadə edilən bal toxumaların köçürülməsinə
ehtiyacı aradan qaldırır.
- Bal sağalma mərhələsinə daxil olan toxumaları
yenidən böyümələri üçün hazırlayır. Yeni kapilyar
damarların əmələ gəlməsini sürətləndirərək dərinin
daha dərindəki toxuma bağlarının yerini alan
fibroplastların böyüməsini təşviq edir və sağalmağın
gücünü çoxaldan liflərin əmələ gəlməsini sürətləndirir.
- Balın yaranın ətrafındakı şişi azaldan antienfla-
matuar təsiri də var. Bu, qan dövranını artırır, beləliklə,
sağalmanı sürətləndirir və hiss edilən ağrını azaldır.
- Bal yaranın altındakı toxumalara yapışmır və
buna görə də toxumaların cırılması və ağrı baş vermir.
- Bal radiasiya müalicəsi tətbiq edilən xərçəngli
xəstələrin bədənlərində meydana gələn yaranın və
mədə xəstəliklərinin müalicəsində müvəffəqiyyətlə
istifadə edilir.
- Bundan başqa, balın, əvvəl də qeyd etdiyimiz
kimi, antimikrob təsiri var. Bal infeksiyanın əmələ
gəlməsinin qarşısını alır, mövcud infeksiyanı isə
sürətlə təmizləyir. Bal bakteriyaların antibiotik müqa-
vimət xüsusiyyətlərinə qarşı da təsirlidir. Antiseptik-
lərin və antibiotiklərin əksinə olaraq, bal yaradakı
toxumaların üzərində mənfi təsirlər saxlamır.
Bu məlumatlardan da aydın olur ki, bal şəfaverici
təsirə malik olan çox güclü olan bir qidadır. Şübhəsiz
ki, bu da sonsuz qüdrət sahibi olan Allahın göndərdiyi
Quranın möcüzələrindən biridir.
Haş iyə . 2000-ci il sentyabr ayının 10-13-də
Avstraliyanın Melburn şə hə rində keçirilə n “Birinci
238
Dünya yara müalicə si metodologiyası konfransı”-nda
infeksiyalı yaraların müalicə sində baldan istifadə
edilmə sində n söhbə t açıldı. Konfrans bunları izah
edirdi: “Infeksiyaya yoluxmaq yaraların müalicə -
sində ə ksə r bakteriyalar antibiotiklə rə müqavimə t
göstə rirlə r. Bu və ziyyə t çox ciddi tibbi problem
yaradır. Hə mçinin çoxlu tibbi maddə də yaraların
müalicə sində tə sirli deyil. Ancaq bal çox fə rqlidir.
Balın yaralı toxumaların müalicə sində istifadə
tə crübə si 4 min illik bir keçmişə malikdir. Balda çox
güclü antibakterial xüsusiyyə tlə r var, dolayısı ilə , bal
yaralardakı
infeksiyanın
tə mizlə nmə sində
və
yaraların
infeksiyalardan
qorunmasında
çox
tə sirlidir”.
Balın kimyəvi tərkibi və müalicəvi əhəmiyyəti
Bal toplandığı çiçək nektarın müxtəlifliyinə görə 2
qrupa bölünür.
1. Monofloralı bal, yəni yalnız bir çiçəyin
nektarından hasil edilmiş bal;
2. Polifloralı bal, yəni bir neçə çiçəkdən toplanmış
nektardan hasil edilmiş bal.
Monofloralı ballardan ən çox yayılmışları cökə,
xaşa, akasiya, xardal, xəşənbül, şabalıd, yonca,
ağcaqayın, moruq, günəbaxan, tütün, pambıq və s.
göstərmək olar.
Polifloralı ballar yığılma mənbələrinə görə bağ, çə-
mən, meşə, dağ, səhra balları müxtəlifliklərinə ayrılır.
Emal edilməsi üsullarına görə bal aşağıdakı kimi
qruplaşdırılır:
- шанлы бал (сотовый, сексионный);
- сентрафуга балы (центробежный);
239
- преслянмиш бал (прессованный);
- юзбашына сцзцлмцш бал (самотечный);
- яридилмиш бал (топленый);
- парча балы (кусковой).
Belə qruplaşdırma bal toplandıqdan sonra onun
müxtəlif üsullarla emal edilməsindən asılıdır.
Bal tərkibcə yüksək qidalılığa malik olan məh-
suldur. Balın kimyəvi tərkibi çiçək nektarından əmələ
gəlir. Yığılma mənbəyindən, emalından asılı olaraq
kimyəvi tərkibi də dəyişir. Balın tərkibində əsasən
şə
kər, dekstrin, azotlu maddələr, turşular, minerallı
maddələr, fermentlər, vitaminlər, rəngləyici və ətirli
maddələr vardır. Bunlardan əlavə balın tərkibində onun
müalicəvi və antibakterioloji xassələrini əmələ gətirən
müxtəlif bioloji fəal maddələr də vardır.
Yetişmiş balın rütubəti 22%-dən yuxarı olmama-
lıdır. Əgər rütubət çox olarsa, balın davamlılığı aşağı
düşür. Quru maddələrin miqdarı 80-82%-ə çata bilir.
Balın tərkibində 0,14%, şirə balında isə 1,6%-ə
qədər minerallı maddələr vardır. Bunlardan K, Na, Ca,
Mg, Fe, P, S, Cl, J və s. göstərmək olar. Balın
tərkibində həmçinin mikroelementlər də vardır.
Bunlardan Cu, Ni, Cr, Bi, Be, V, Ag, Co, Au, Sn, Al,
Pb və s. göstərmək olar.
Balın tərkibində quru maddəyə görə orta hesabla
75% monoşəkərlər – qlükoza və fruktoza vardır.
Bunlardan başqa balda saxaroza, maltoza, melisitoza,
kamed və dekstrinlər vardır. Bal nümunələrinin tədqiqi
göstərmişdir ki, bütün bal nümunələrində qlükozanın
miqdarı fruktozadan azdır. Ona görə də fruktozanın
qlükozaya nisbəti (F:Q) balın kristallaşmasında
mühüm rol oynayır. Bu nisbət nə qədər çox olarsa,
240
balın kristallaşması ehtimalı bir o qədər azdır. Balın
alınma mənbələrindən asılı olaraq bu nisbət 1,07-dən
(cökə balı), 1,44-ə (qarabaşaq balı) qədərdir.
Balın tərkibində zülali və zülalsız azotlu maddələr
vardır. Onlar bala nektarla birlikdə və arıların
orqanizmindən düşür. Zülali maddələrin miqdarı çiçək
balında 0,29-0,04; şirə balında isə 0,17-0,08%-dir.
Zülali maddələrlə qarabaşaq (0,3%-ə qədər) və süpürgə
kolu balı (1,86%) daha zəngindir.
Zülalların əsas kütləsini balın fermentləri təşkil
edir.
Fermentlərdən balda ən çox invertaza, diastaza,
katalaza, lipaza rast gəlir. Bunlardan başqa amilaza,
oksidaza, peroksidaza və proteoletik fermentlərə də
rast gəlir. Qızdırıldıqda balın fermentativ aktivliyi
azalır. Ona görə də balın keyfiyyəti yoxlandıqda
diastaza rəqəmi (diastazanın fəallığı) təyin olunur.
Diastaza çox da qiymətli ferment deyildir, çünki insan
orqanizmində onun miqdarı lazımi qədərdir. Buna
baxmayaraq diastaza rəqəmi hətta eksporta göndərilən
bal üçün də keyfiyyət göstəricisi kimi təyin olunur.
Vitaminlərdən balın tərkibində B
1
, B
2
, B
6
(pridoksin), pantoten turşusu, PP (nikotin turşusu) və C
vitamini (askorbin turşusu) vardır. 100 qram balda 2,1-
9,1 mkq B
1
, 35-145 mkq B
2
, 227-400 mkq B
6
, 47-192
mkq B
3
(pantoten turşusu), 0,04-0,94 mq PP, 0,52-6,5
mq C vitamini vardır. Balın tərkibində vitaminlər
kifayət qədər yaxşı saxlanılır.
Balın tərkibində ətirli maddələr vardır ki, bunlar
ə
sasən güllərin nektarından keçir. Balın tərkibində qaz-
maye xromatoqrafiyasının köməyi ilə 50-dən çox ətirli
maddələr aşkara çıxarılmışdır. Onların içərisində sadə
241
alfatik spirtlər, o cümlədən propanal, 3-metil-butanol,
2-metil-butanol və başqaları vardır. Balın tərkibində
həmçinin metilasetat, metilbutirat, α-diketon, formal-
dehid, asetaldehid, izoyağ aldehidi, diasetil vardır.
Bal yüksək qidalı məhsuldur. 100 qram bal 315-
335 kkal (və ya 1321-1381 kCoul) enerji verir.
Arı balı xalq təbabətinin mühüm müalicə vasitələ-
rindən biri olmuşdur. Bal bir çox xəstəliklərin müalicə
vasitəsi kimi hələ çoxdan tətbiq edilirdi. Bal xalq
tərəfindən isitmə, mədə və bağırsaq yolunun, tənəffüs
orqanlarının, ürək-qan-damar sisteminin, sinir sistemi-
nin və dəri xəstəliklərinin müalicəsində bu gün də
tətbiq olunmaqdadır. Hal-hazırda balı mədə-bağırsaq
xəstəliklərində, ürək xəstəliklərində, sinir sisteminin
müalicəsində, ağciyər xəstəliklərində, yaraların müali-
cə edilməsində, dəri və göz xəstəliklərində, yuxarı nə-
fəs yollarının iltihabında, qaraciyər və böyrək xəstəlik-
lərində tətbiq edirlər. Balın tərkibində orqanizmdə asan
mənimsənilən qlükoza olduğu üçün ürək-damar
sisteminin yaxşı işləməsinə kömək edir.
Balın digər şəkərlərlə müqayisədə üstünlükləri
aşağıdakılardır.
1. Bal həzm sisteminin selikli qişasını qıcıqlandır-
mır;
2. Insan orqanizmində asan və tez mənimsənilir;
3. Insanın sərf etdiyi enerjini tez bir zamanda
bərpa edir;
4. Idmançılara və fiziki əməklə məşğul olanlara
sərf etdikləri enerjini və gücü tez bərpa etməyə imkan
verir;
5. Digər şəkərlərə nisbətən böyrəklərdən yaxşı
süzülür;
242
6. Mədə-bağırsaq sisteminə təbii və zəif
yumşaldıcı təsir göstərir;
7. Insan orqanizminə sakitləşdirici təsir göstərir;
8. Hər insan üçün lazımlı və çox da baha olmayan
məhsuldur.
Təbii balın insan orqanizmi üçün müalicəvi və
profilaktiki əhəmiyyəti böyükdür. Süni baldan isə
ə
sasən qənnadı məmulatı istehsalında istifadə olunur.
Təbii baldan səmərəli istifadə olunması insan or-
qanizmi üçün fizioloji cəhətdən əhəmiyyətlidir. Baldan
qida maddəsi kimi istifadə etmək üçün vahid resept
təyin etmək çətindir. Lakin bir şeyi unutmaq olmaz ki,
balı natural halda ona heç bir şey qarışdırmadan yemək
yaramaz. Çünki bu zaman o tezliklə həzm sisteminə
daxil olur və orqanizm onu tam mənimsəyə bilmir.
Balın orqanizmdə yaxşı mənimsənilməsi üçün onu
çörəklə, sıyıqla, su ilə, südlə, qaymaqla, yağla və s. ilə
yemək lazımdır. Burada mədə yarası olan xəstələr
müstəsna edilirlər. Çünki onların çox miqdar (səhər
200 qr, günorta və axşam isə hər dəfədə 150 qr) təmiz
halda (duruldulmadan) bal yeməsi məsləhət görülür.
Belə müalicənin məqsədi balın təkcə orqanizm
tərəfindən tam mənimsənilməsi deyil, habelə onun
mədə-bağırsaq traktına yaxılıb mədə və onikibarmaq
bağırsağı mexaniki və kimyəvi təsirlərdən qorumaqdır.
Başqa xəstəliklərdə (orqanizmin zəif düşməsi,
ürək xəstəlikləri) balı çörəklə, sıyıqla, yaxud spirtsiz
içki ilə yemək lazımdır.
Sarılıq zamanı ballı çay, su və südlə qəbul etmək
çox faydalıdır. Bu zaman o qaraciyərin «yuyulmasına»
və ödün ayrılmasına yaxşı təsir göstərir. Sağlam
adamlara yaxmac: çörək, kərə yağı və üstündən bal
243
yaxıb yemək məsləhətdir.
Yarası olan xəstələr istisna olmaqla yaşlı adamların
gündə 100-150 qramdan artıq bal yeməsi faydasızdır.
Uşaqlar üçün norma bir qədər az olmalıdır. Süd-
ə
mər uşağa çay qaşığının ½ hissəsi qədərdən başlayıb
tədricən 1 çay qaşığına qədər balı ½ stəkan südə qarış-
dırıb gündə 2-3 dəfə vermək yaxşıdır. Mədəsi pozul-
muş uşağa yaxşı olar ki, balla bir az şirinləşdirilmiş
çay içirdilsin.
Yaşlı adamların yuxusuzluğu zamanı yatmağa ya-
rım saat qalmış 2-3 çay qaşığı balı yarım stəkan isti
suya qarışdırıb içməsi məsləhətdir.
Südə, qəhvəyə və sıyığa bal şəkər kimi hər kəsin
öz zövqünə uyğun qarışdırılır. Bir cəhəti də nəzərə
almaq lazımdır ki, bal adi şəkərdən onun tərkibində
olan “canlı təbiət” maddələri – fermentlər, vitaminlər
və s. olması ilə fərqlənir. Hamıya məlumdur ki, yüksək
temperaturda bütün canlılar məhv olur. Buna görə də
balı qəhvəyə və südə, sıyığa bir qədər soyuduqdan
sonra qatmaq lazımdır.
Bəzi adamlar balı duru, şərbət halında yeməyi xoş-
layırlar. Buna görə də əgər bal xarlayıbsa (bərkiyibsə)
onu qızdırmaqla durultmaq olar. Ancaq balı açıq
alovda və 60
0
C-dən yuxarı qızdırmaq yaramaz. Çünki
bu zaman balın ətri uçur, şirniyyata çevrilir və
müalicəvi əhəmiyyətini itirir.
Sağlam olmaq istəyirsinizsə bal yeyin və
yuxarıdakı məsləhətləri nəzərə alın.
Aşağıdakı 1 saylı cədvəldə 100 q balın qidalılıq
baxımdan əsas tərkib hissələri göstərilir.
|