33
çəkişmələri və kəndli üsyanları (Yamasiro üsyanı və s.)
mərkəzləşmiş hakimiyyət yaratmaq zərurətini irəli sürdü.
İ.Tokuqavanın hakimiyyəti dövründə (1603-05) ölkənin
birləşdirilməsi
başa
çatdı.
Avropa
dövlətlərinin
ekspansiyasının və onların yaydıqları xristian dininin
qarşısını almaq məqsədilə XVII əsrin 30-cu illərində
xaricilərin Yaponiyaya gəlməsi və yaponların ölkədən
getməsi qadağan edildi. XVII əsr-XIX əsrin I yarısında...
fəhlə sinfinin formalaşmasına şərait yarandı... Yaponiya
özünütəcrid siyasətindən əl çəkməyə məcbur oldu. 1854-
58-ci illərdə ABŞ və Avropa dövlətlərinin ekspansiyası
gücləndi.
Yaponiyada XIX əsrin ortalarından burjua inqilabı
baş verdi (1867-68), yetmişinci illərin II yarısı – həştadıncı
illərdə «Azadlıq və xalq hüquqları hərəkatı» («Minken
undo» hərəkatı) başladı. 80-ci illərin əvvəllərində ilk
burjua-mülkədar partiyaları (Dziyuto, Kaysinto) yarandı.
XIX-XX
əsrlərdə
Yaponiya
inhisarçı
kapitalizm
mərhələsinə keçdi. XX əsrin əvvəlində Mancuriya və
Koreya üstündə Yaponiya ilə Rusiya arasında ziddiyyətlər
kəskinləşdi... Yaponiya Rusiyaya müharibə e’lan etdi...
1918-ci ilin avqust-sentyabrında «düyü qiyamları» adlı
kütləvi inqilabi çıxışlar ərazinin çox hissəsini bürüdü.
1924-25-ci illərdə ABŞ-İngiltərə ilə münasibətlərin
kəskinləşməsi şəraitində Pekində diplomatik münasibətlər
yaratmağı nəzərdə tutan Sovet-Yaponiya müqaviləsi
imzalandı...
1931-ci
ilin
sentyabrında
Yaponiya
Mancuriyanı işğal edərək orada oyuncaq hökumət yaratdı.
1937-38-ci illərdə Yaponiya ABŞ, İngiltərə və Fransanın
köməyi ilə Şimali, Mərkəzi, Cənubi Çinin çox hissəsini
zəbt etdi. 1938-ci ilin iyulunda Yaponiya qoşunları Xasan