Йапонийа сяфярнамяси
89
dövlətmiz özünün yeni həyatını yaşamağa başladı,
Azərbaycanda tarixi III Respublika quruldu, prezident
Əbülfəz Elçibəyi (Əliyevi) prezident Heydər Əliyev əvəz
etdi. Əlbəttə, bu sadəcə bir liderin başqa bir lideri əvəz
etməsi deyildi. Bu Azərbaycanın müstəqilliyinin taleyüklü
bir vəziyyəti idi. Ə.Elçibəyin görə bilmədiyi işi H.Əliyev
gördü, hələ süst olan müstəqillik sür’ətlə qüvvətlənməyə
başladı, iqtisadi baxımdan son dərəcə əhəmiyyətli iri
layihələr, ən başlıcası isə Azərbaycan üçün olduqca vacib
olan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi dünyanın
güclü dövlətləri tərəfindən dəstəkləndi, imzalandı və
həyata keçirilməyə başladı, Azərbaycanın daxili və xarici
siyasəti genişləndi, beynəlxalq əlaqələr sür’ətlə artdı,
ölkədəki demokratik islahatlar yüksələn xətt üzrə vüs’ət
tapdı, xalqın maddi vəziyyətinin yüksəlişinə doğru
qətiyyətli addımlar atıldı.
Budur mənim geniş elmi məqaləmin qısa icmalı.
Amma sonda bunları da yazmağı unutmamışdım:
Əsrin son onilliyində Azərbaycanda senzura rejimi
ləğv olunmuş, tədqiqatçılar arxiv fondlarından geniş
istifadə etməyə başlamışlar. Son illərdə 7 cildlik
«Azərbaycan
tarixi»,
«Azərbaycan
Demokratik
Respublikasının
Ensiklopediyası»,
«Naxçıvan
Ensiklopediyası» adları ilə böyük kitablar çap olunmuş,
Azərbaycan tarixinə dair dərs vəsaitləri, «Azərbaycan
tarixi» xəritələr toplusu işıq üzü görmüşdür. Hal-hazırda
da Birinci Respublikanın – Azərbaycan Demokratik
Respublikasının tarixinə olan ümumi maraq sönməmişdir
və yeni-yeni əsərlər yaranmaqdadır. Sovet dövründə isə,
mə’lum olduğu kimi, bu mövzu barədə danışmaq və
yazmaq yasaq idi.
Şahin Fazil
90
Sonda «Son söz»dən bir neçə cümlə: «Biz beləliklə,
Azərbaycanın
100
illik
böyük
bir
dövr
milli
tarixşünaslığına qısa bir nəzər saldıq. Ümumiyyətlə, hər
hansı bir ölkə tarixinin obyektiv tədqiq olunması ölkədəki
mövcud dövlət quruluşunun hakimiyyətdə olduğu dövrdə
gerçəkliyi tam düzgünlüklə əks etdirmir. Obyektiv tarixin
yazılmasından ötrü baş verən hadisələrin üzərindən uzun
illər ötməli, həqiqət qorxmazlıqla söylənilməli və
tarixşünaslar
boş-boş
tə’rif
mövqeyindən
uzaq
olmalıdırlar. Rus diplomatı və tədqiqatçısı V.F.Minorski
yazırdı ki, o, Ağrı dağının yanında olarkən həmin dağın
necə də yüksək olduğunu görə bilmədi, lakin dağı uzaqdan
müşahidə etdikdə onun əzəməti diqqətini cəlb etdi.
Bu
günkü
tam
obyektiv
tarixi
gələcəkdə
yazacaqlar!».
Beləliklə,
mən
mühazirəmi
yekunlaşdırıram.
Demək, XX əsr Azərbaycan tarixşunaslığı. Demək, tarixi
təcrübə və müasir vəziyyət.
Zənnimcə, tarixi təcrübə
Dostları ilə paylaş: