Elə yaxşı hava var ki!..
Nə şaxta var, nə də ki qar,
Elə yaxşı hava var ki.
Şükür sənə, Pərvərdigar,
Elə yaxşı hava var ki.
Külək coşmur yava-yava...
Tufandan sonrakı hava!
Borandan sonrakı hava!
Elə yaxşı hava var ki.
Qışı – danmaq istəyirəm,
Gündə – yanmaq istəyirəm,
Havalanmaq istəyirəm,
Elə yaxşı hava var ki.
Təbim sönür, gedir bada
Varsa duman, sis havada,
Pis oluram pis havada,
Elə yaxşı hava var ki.
Xoşdur ki, xoş hava olur,
Quşlar ilə yuva dolur,
Ciyərimə hava dolur,
Elə yaxşı hava var ki.
Bu Şahinin duası var,
Ürəyinin sevdası var,
Başında eşq havası var,
Elə yaxşı hava var ki...
Йапонийа сяфярнамяси
97
Bakı, 12.04.2005
Havanın və əhvalımın yaxşı vaxtında Şaiq qapımı
döydü. Kafeyə endik. Sübh yeməyi. Sonra küçə. Taksiyə
oturub, Tohoku Universitetində bu gün keçiriləcək
forumda iştirak üçün məqsəd istiqamətinə yönəldik.
Professor H.Oka artıq bizi gözləyirdi.
Konfrans zalı. Bu günkü forumun proqramı, mənim
və Vaja Kiknadzenin edəcəyimiz çıxışların ayrı-ayrı
nüsxələri, eləcə də bir neçə yapon aliminin oxuyacaqları
mə’ruzələrin mətnləri mizlərin üstünə qoyulmuşdu.
Foruma Tokio və Sapporo şəhərlərindən də gələnlər vardı.
İclası prof. Hiroki Oka açdı, iştirakçıları salamladı
və çıxış üçün proqrama uyğun olaraq sözü mənə verdi.
Əlavə edib dedi ki, çıxışım və suallara cavablarım üçün
mənə bir saat vaxt ayrılmışdır. Ön divarda qurulmuş
monitorda yapon və ingilis dilində yazılmışdı:
10:00 – 11:00
Prof. Shahin F.Farzaliyev
(Chief of Center of Translators of İnstitute of
History, The Azerbaijan National Academy
of Sciences, Prof. at the Azerbaijan
State University)
The XX-th sentury Azerbaijan national
historiography: historical expiriense and
contemporary situation
Saat 10
00
-dan 11
00
-dək.
Şahin Fazil
98
Çıxışımı, əlbəttə, Şaiq tərcümə edirdi. Alman
dəqiqliyi, bəllidir ki, biz azərbaycanlılarda da yoxdur.
Maraqla qulaq asırdılar. Forum iştirakçılarının vaxtını 1
saat 15 dəqiqə aldım. Mə’ruzəm vaxtı təkcə bir dəfə
mərhum akad. Ziya Bünyadovdan gətirdiyim bir fikrə görə
mənim sözümü kəsdilər. Demişdim: «Kommunist rejimi
dövründə ölkəmizdə tarix elmi.... hər kəsin istədiyi kimi
rəftar edən əxlaqsız qadına çevrilmişdir. Yuxarıların ab-
havasını tutub gedən müttəfiq və muxtar respublikaların
katibləri (respublika başçıları – Ş.F.) tarixi öz istədikləri
kimi idarə edirdilər».
Yerdən sual:
- Bəs indi necə?
Dedim: - «İndi» haqda sonra danışacağam. «İndi»
haqda sonra danışası olmadım və sual verən şəxs sualını
təkrar etmədi. Əvəzində başqa suallar başladı. Burada
yığışan alimlərin Azərbaycandan və onun tarixindən
müəyyən xəbərləri vardı. Dörd nəfərin – Finlandiyada
yaşayan iki ər-arvadın, prof. Hiroki Takakuranın,
Hokkaydo Universitetinin doktoru xanım Takemura
Yasinonun suallarına cavab verdim. Mənim üçün ayrılmış
vaxt sona yetdi.
10 dəqiqəlik tənəffüs. Saat 12-də Vaja Kiknadze
(Gürcüstan İ.Cavakişvili adına Tarix və Etnologiya
İnstituta) xitabət kürsüsünə qalxdı. Onun mövzusu belə
adlanırdı: «Rus sinodunun dini (kilsə) siyasəti və
Gürcüstan Cəmiyyəti XX əsrin əvvəllərində».
V.Kiknadzenin çıxışından sonra yenə 10-15
dəqiqəlik fasilə. Sonra daha 4 nəfərin çıxışı oldu:
Prof. Hiroki Oka (Tohoku UNiversiteti, Beynəlxalq
Mədəni Tədqiqatlar Mərkəzi).
|