Milli Aviasiya Akademiyası "Aerokosmik informasiya sistemləri" kafedrası " Neyron şəbəkələri və neyrokompüterli sistemlər" fənni üzrə mühazirə



Yüklə 434,11 Kb.
səhifə28/34
tarix07.03.2022
ölçüsü434,11 Kb.
#53462
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   34
Neyron şəbəkələri və neyrokom müh (1)

Konneksionistik paradiqma

Əsas ideya ondan ibarətdir ki, beynin bəzi imkanlarını realizə etmək üçün onun arxitektur xüsusiyyətlərinin yaradılması zəruridir. Beləliklə, konneksionist maşın və ya neyron şəbəkəsi sadə prosessorların (süni neyronların) yüksəkəlaqəli şəbəkəsidir. Onlardan hər biri çox saylı girişlərə və çox saylı çıxışlara malikdir.

Bioloji neyronlarda emal etmə qabiliyyəti neyronlararası birləşmələrin (sinapsların) elektrokimyəvi xarakteristikalarında əks olunur. Konneksionik sistemlərdə o əlaqənin gücü və ya hər bir girişə çəkinin verilməsi ilə modelləşdirilir. Bioloji neyronlar elektrik siqnalının ötürülməsi yolu ilə qarşılıqlı təsirdə olurlar. Bu impulslar bir birinə identik olurlar, informasiya isə onlar arasındakı fəza-zamanəlaqələrində yerləşir. Neyronlar kəsilməz olaraq bütün gələn impulsların effektini cəmləyirlər. Əgər cəmlənmənin nəticəsi həcanlandırıcıdırsa , o zaman çıxış impulsu generasiya olunur, əgər tormozlayıcıdırsa, o zaman cıxış siqnalı generasiya olunmur.

Süni neyron şəbəkələrində hər bir neyron kəsilməz olaraq aktivləşmənin qiymətindən asılı olaraq öz vəziyyətini yeniləşdirir. Bu qiymət cıxış siqnallarının və neyronun daxili parametrlərinin funksiyası olur. Aktivləşdirmədən çıxışın hər hansı bir sıxıcı funksiyası vasitəsilə generasiyası üçün istifadə olunur.




Yüklə 434,11 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin