174
daların məcmusudur. İnsanın günü rejimlə tənzim edildikdə o,
müəyyən qaydalara tez alışır, onda davranış adətləri daha tez və
asanlıqla yaranır. Rejimsiz həyat sürən gənc isə qaydasız gün
keçirir, məktəbdə və ictimai yerlərdə müəyyən davranış tərzinə
alışa bilmir.
Rejimin tərbiyə vasitəsi olması üçün bəzi pedaqoji tə-
ləbləri nəzərə almaq lazımdır: rejim tələblərinin vacibliyi izah
edilməli, onlar dürüst yerinə yetirilməli, rejim müəyyən dövr
üçün sabit olmalı, onun pozulmasına yol verilməməli, bu məsə-
lədə heç kəsə güzəşt edilməməlidir.
Dostları ilə paylaş: