M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Pedaqoji ünsiyyətin forma və üslubları



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə129/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Pedaqoji ünsiyyətin forma və üslubları. Ünsiyyətin sə-
mərəsi onun forma və üslublarının düzgün seçilib tətbiq edil-
məsi ilə sıx bağlıdır. Ünsiyyətin iki başlıca forması ayırd edilir: 
formal və qeyri-formal ünsiyyət. Formal ünsiyyət rəsmi qayda-
larla, normalarla tənzim olunur; müəllim-tələbə münasibətləri 
rəsmi münasibətlərdir.
Pedaqoji prosesdə qeyri-formal ünsiyyət ünsürləri də özü-
nü göstərir. Belə ünsiyyət rəsmi qaydalarla müəyyən olunmur, 
şəxsi xarakter daşıyır və simpatiya və antipatiyaya əsaslanır. 
Qeyri-formal ünsiyyət insanların münasibətinə, kollektivin fəa-
liyyətinə, orada mənəvi-psixoloji iqlimin yaranmasına müəyyən 
təsir göstərir. Lakin qeyri-rəsmi ünsiyyətdə müəyyən hədd – 
psixoloji məsafə, «pedqoji pərdə» gözlənməli, belə ünsiyyət mü-
əllimin rəsmi vəzifələrini yerinə yetirməsinə mane olmamalıdır. 
Göstərilən ünsiyyət formalarının heç birini unversallaş-
dırmaq olmaz. Pedaqoji fəaliyyətdə ancaq formal ünsiyyətə 
əsaslanmaq – təlimat və əmrlərlə hərəkət etmək formalizmə, 
yeknəsəqliyə, konservatizmə, münasibətdə soyuqluğa gətirib 
çıxara bilər. Eləcə də ancaq qeyri-formal ünsiyyətə əsaslanmaq 
anarxiyaya, müəllim və tələbə arasında «pərdə»nin götürülmə-
sinə səbəb ola bilər. Buna görə də, hər iki ünsiyyət formasını 
düzgün əlaqələndirmək, konkret şəraitdən, situasiyadan asılı 
olaraq yerinə görə onları tətbiq etmək lazımdır.
Pedaqoji ünsiyyətin xarakteri ünsiyyət üslubundan çox 
asılıdır. Ünsiyyət üsulu dedikdə, ünsiyyət fəaliyyətinin fərdi 
xüsusiyyətlərinin məcmusu başa düşülür. Fəaliyyət prosesində 
rəhbərlik formasından asılı olaraq, üç əsas ünsiyyət üslübü 
fərqləndirilir: avtoritar, demokratik və liberal üslüblar.


213 
Avtoritar üslub – inzibati-amirlik üslubudur. O, nüfuza və 
tabeçiliyə əsaslanır. Bu halda insana (uşağa, şagirdə, tələbəyə) 
sadəcə obyekt kimi baxılır: təşəbbüsə, etiraza imkan verilmir, 
müəllim öz dediyini həyata keçirir («Mən deyən olmalıdır»). 
Onun əsas vasitələri əmr, tələb, qadağan, qışqırıq və cəzadır. 
Bu üslubda müəllim tələbəyə «yuxarıdan aşağı» baxır, hər xır-
da şeyə sərt reaksiya verir, qadağan və danlağa, bəzən təhqirə əl 
atır. Avtoritar üslubda formal ünsiyyət əsas yer tutur; müəllim 
birbaşa təsirlərə – cəza metodlarına geniş yer verir. Bu halda 
tələbə zahirən itaət göstərsə də, daxilən narazı qalır, inciyir, 
müəllimə soyuq münasibət (bəzən kin) bəsləyir, yeri gəldikdə 
itaətsizlik və müqavimət göstərir. Belə üslüb pedaqoji ünsiyyəti 
çətinləşdirir, əsəbilik, inamsızlıq, qeyri-sağlam psixoloji mühit 
yaradır, münaqişələrə yol açır. 
Demokratik üslub – əməkdaşlığa əsaslanan üslubdur. O, 
qarşılıqlı hörmət, humanizm, bərabərlik, ədalət üzərində qurulur. 
İnsana təlim-tərbiyə prosesinin fəal iştirakçısı – subyekti kimi 
baxılır; onun rəyi, arzuları, mövqeyi, tələbat və maraqları, mə-
nafeyi nəzərə alınır. Tələbələrin təşəbbüs və fəallığına geniş yer 
verilir. Müəllim öz tələblərini məcburi şəkildə, zorla qəbul et-
dirmir; tələbəni inandırmağa çalışır, nəticədə tələbə müəllimin 
tələblərini şüurlu şəkildə dərk edərək könüllü qəbul edir. De-
mokratik üslubun əsas vasitələrini inandırma, xahiş, məsləhət 
təşkil edir. Müəllim qərar qəbul edərkən qrupla, fəallarla məs-
ləhətləşir, yeri gəldikdə güzəştə gedir. Bu üslubda qeyri-rəsmi 
ünsiyyət formasına, dolayı təsir priyomlarına geniş yer verilir. 
Demokratik üslub normal ünsiyyət qurmağa, sağlam mənəvi-psi-
xoloji mühit yaratmağa, insanın şəxsi ləyaqət hissini qorumağa, 
müəllimin nüfuzunu yüksəltməyə imkan verir. 
Liberal uslub – ünsiyyətdə səhlənkarlığa, laqeydliyə əsas-
lanan üslubdur: müəllim heç nəyə qarışmır, fəallıq göstərmir, 
məsələlərə formal yanaşır, məsuliyyətdən kənar olmağa çalışır. 
Bu isə normal pedaqoji ünsiyyətə və bütövlükdə təlim-tərbiyə 
işinin keyfiyyətinə mənfi təsir göstərir.


214 
Qeyd edilən ünsiyyət üslubları içərisində ən səmərəlisi 
demokratik üslubdur. Ali məktəb müəllimi bu üsluba əsaslan-
malıdır. Avtoritar və liberal ünsiyyət üslublarından yaxa qurtar-
maq üçün tələbələrlə münasibətləri yeni əsaslarda – əmək-
daşlıq, xeyirxahlıq, hörmət və tələbkarlıq, qarşılıqlı inam, həs-
saslıq, ədalət, pedaqoji etika tələbləri üzərində qurmaq, müəl-
lim və tələbələri ayıran psixoloji səddi, şübhə və etimadsızlığı, 
qeyri-səmimiliyi aradan qaldırmaq, bir sözlə, ünsiyyət mədə-
niyyətinə yiyələnmək lazımdır. 
Tərbiyə təcrübəsində demokratik, avtoritar və liberal ün-
siyyət üslublarının müxtəlif təzahür formaları – fərdi ünsiyyət 
üslubları müşahidə olunur. Onlardan əsaslarını qeyd edək: 
a) birgə yaradıcı fəaliyyət üslubu – müəllimin tələbələrlə 
birgə yaradıcı axtarışlarına əsaslanır; 
b) dostcasına ünsiyyət üslubu – müəllimin (yaşlı yoldaş 
kimi) tələbələrlə mənəvi yaxınlıq və dostluq münasibətlərinə 
(müəyyən hədd daxilində) əsaslanır; 
c) ünsiyyət – qorxu üslubu – qorxuya, hədəyə əsaslanır; 
ç) ünsiyyət – məsafə üslubu – müəllimin tələbələrlə 
müəyyən məsəfə saxlamasına əsaslanır; 
d) ünsiyyət – ələalma üslubu – tələbəni ələ almaqla, onun 
qılığına girməklə, ona xoş gəlməklə süni nüfuz qazanmağa 
əsaslanır. 
Bu fərdi ünsiyyət üslublarının ilk ikisi demokratik ünsiyyət 
üslubunun, üçüncüsü – avtoritar, son ikisi isə liberal ünsiyyət 
üslubunun təzahürləridir. Qorxu, məsafə və ələalmağa əsaslanan 
ünsiyyət üsulları normal ünsiyyət yaratmağa mane olur. Həm də 
bu neqativ ünsiyyət üslubları gənc müəllimlərin fəaliyyətində 
tədricən möhkəmlənərək, dönməz fərdi ünsiyyət üslubuna 
çevrilir və təlim-tərbiyə işini xeyli çətinləşdirir. Bunu nəzərə 
alaraq ali məktəb müəllimi (xüsusən gənc müəllimlər) ünsiyyət 
texnologiyasına, demokratik ünsiyyət üslubuna yiyələnməyə ça-
lışmalıdır. Çünki pedaqoji ünsiyyət müəllimin şəxsi işi deyildir; 
onun pedaqoji fəaliyyətinin ayrılmaz tərkib hissəsi və təlim-


215 
tərbiyə işinin səmərə və keyfiyyətinin çox mühüm şərtidir.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin