28
2.
Kredit sisteminin tətbiqi. Boloniya prosesi kredit sis-
teminə əsaslanır (kredit latınca “creditum” – borc deməkdir).
Tələbə ixtisas üzrə tədris planında müəyyən edilmiş fənlərdən
nəzərdə tutulmuş saatları yerinə yetirməklə kredit ballarını top-
lamalı, imtahanları verməlidir. O, tədris planındakı
fənləri hər
semestr üçün özü seçir və illik fərdi tədris planı tərtib edir. Hər
semestrdə 30 kreditə qədər fənn seçməklə 25.VI-dan 10.VII-
dək fərdi tədris planı tutulur (kreditlərin sayı 40-ı aşmamaqla)
və dekanlığa təqdim olunur. 1 kredit 30 saatdır. Tələbənin həf-
təlik ümumi yükünün (auditoriya və auditoriyadankənar olmaq-
la) həcmi 45 saat, yəni 1,5 kreditdir. Həftədə auditoriya dərsləri
30 saat (gündə 6 saat), auditoriyadankənar iş 15 saat (gündə 3
saat) hesabı ilə planlaşdırılır. Tələbə kredit saatlarını yerinə
yetirdikdən sonra keçdiyi fənlərdən imtahan verir. Tələbə hər
fənn üzrə imtahana qədər və imtahanda azı 51 bal toplamalıdır;
bu baldan aşağı olduqda o, krediti toplamamış hesab olunur.
Müəyyən fəndən akademborcu qalan tələbələr üçün yay
semestri təşkil oluna bilər (6 həftəlik).
Bu müddətdə müəllim
mühazirə və məşğələlər yolu ilə tələbələrə proqram material-
larını təkrar keçir. Növbəti semestrin əvvəlində həmin fənn üzrə
təkrar imtahan götürülür. Bu dəfə də kəsilən tələbələr həmin
fənni növbəti ildə yenidən keçməli olurlar (dərs gününün bir
növbəsində, məsələn, I növbədə öz məşğələlərində, digər növ-
bədə – II növbədə isə aşağı kursda akademborcu qalan fənnin
məşğələlərində iştirak edirlər).
Növbəti tədris ili üçün fərdi
plan tərtib edərkən tələbə
buraya, ilk növbədə, əvvəlki ildən (illərdən) akademborcu qalan
fənləri daxil edir.
Tələbə təhsil müddətində ixtisasdan asılı olaraq 200 –
250 kredit toplamalıdır. O, bu kreditləri 7 ilə toplaya bilməsə,
bəzi fənlərdən – ümumpeşə və ixtisas fənlərindən topladığı
kreditləri itirir və onları yenidən toplamalıdır (mühazirə və
məşğələlərdə yenidən iştirak etməli, imtahanları yenidən ver-
məlidir).
29
Tələbələr fənni və müəllimi
seçmək hüququna malikdir-
lər. Hər hansı fənn üzrə lazımi sayda tələbə seçim etməsə, hə-
min fənn illik fərdi plana daxil edilmir. Əgər normadan çox
tələbə müəyyən fənni seçirsə, bu halda ikinci qrup yaradılır və
əlavə müəllim dəvət edilir.
3.
Təhsilin keyfiyyətinə nəzarət. Boloniya prosesi təhsilin
keyfiyyətinə nəzarət mexanizmlərinin tətbiqini, bu məqsədlə
təhsil sistemində Akkreditasiya Agentliyinin yaradılmasını nə-
zərdə tutur. Azərbaycan Respublikasında Təhsil Qanununa əsa-
sən (16-cı maddə), təhsil müəssisələrinin akkreditasiyası xid-
məti yaradılır. Təhsil Nazirliyinin dövlət akkreditasiya xidməti
təhsilin keyfiyyətinə nəzarəti həyata keçirir,
təhsilin keyfiyyət
səviyyəsini qiymətləndirir.
4.
Mobilliyin genişləndirilməsi. Boloniya prosesi Avropa
təhsil məkanına daxil olan ölkələrin tələbə, magistr, doktorant
və professor-müəllim heyətinin qarşılıqlı əməkdaşlığını, tələbə-
lərin Avropa universitetlərində sərbəst təhsil almasını, mütəxəs-
sislərin istənilən Avropa ölkəsində işləməsi üçün imkan yara-
dılmasını nəzərdə tutur. Bu məqsədlə ali məktəblərin tələbə və
mütəxəssislərinin Avropa təhsil məkanında
sərbəst və çevik
hərəkətini – mobilliyini (mobillik latınca “mobilic” – mütə-
hərrik, çeviklik deməkdir) təmin etmək vacib şərtdir.
5.
Dərəcələrin tanınması, məzunların işə düzəlməsinin
təmin olunması. Boloniya prosesinin mühüm istiqamətlərindən
biri ali məktəb məzunlarının işlə təmin olunması, Avropa mə-
kanında iş yerləri ilə bağlı sərbəst seçim, sərbəst hərəkət etmək
imkanın yaradılmasıdır. Məzunların bilik, bacarıq və qabiliy-
yətlərindən bütün Avropanın səmərəli inkişafı üçün istifadə
olunması nəzərdə tutulur. Avropa təhsil zonasına daxil olan öl-
kələrin universitetlərini bitirən gənc mütəxəssislərin istənilən
ölkədə işləməsi üçün şərait yaradılır, diplomların
və elmi dərə-
cələrin qarşılıqlı tanınması proseduru həyata keçirilir.
6.
Fasiləsiz təhsil və ya ömür boyu təhsil – Avropa təhsil
zonasının mühüm elementini təşkil edir. Fasiləsiz təhsilin
30
mərkəzi ideyası insanın bütün həyatı ərzində şəxsiyyət kimi,
fəaliyyət və ünsiyyət subyekti kimi inkişafını, normal həyat
fəaliyyətini, daimi dəyişən şəraitə insanın uyğunlaşmasını tə-
min etməkdən ibarətdir.
Fasiləsiz təhsilin strukturunda iki mərhələ özünü göstərir:
baza təhsili və əlavə təhsil. Bu yarımsistemlərin hər biri müx-
təlif formalarda qurulur: əsas və paralel, dövlət və qeyri-dövlət
təhsil müəssisələri, habelə ixtisasartırma, stajkeçmə, məsafədən
təhsil və s. Bütün bunlar təhsil vəzifələrinin daha yaxşı həllinə,
ixtisas artırmağa, bütün ömür boyu insanın
bir şəxsiyyət kimi
hərtərəfli, yaradıcı inkişafına istiqamətlənir.
Boloniya prosesinin göstərilən prinsiplərinin kompleks
şəkildə həyata keçirilməsi respublikamızın ali təhsil sisteminin
Avropa təhsil məkanına tam inteqrasiyasını təmin etməyə
imkan verəcəkdir.
Dostları ilə paylaş: