85
keyfiyyəti də bir o qədər yüksək olur. Təlimdə keçilən möv-
zular sübut və dəlillərlə elmi cəhətdən əsaslandırılmalı, nəzəri
biliklər – anlayış və qanunlar onların aid olduğu
həyati fakt və
hadisələrlə əlaqələndirilməlidir. Əks halda nəzəri biliklər real
hadisə və proseslərdən ayrı düşər, təlim formal xarakter daşıyar.
Bu prinsipin tətbiqində aşağıdakı
qaydalar gözlənilməlidir:
- elmi anlayış və qanunların düzgün dərk olunmasına nail
olmaq;
- tələbələri elmi müşahidələrə, elmi problemlərin həllinə,
fakt və hadisələrin ümumiləşdirilməsinə, yaradıcı axtarışlara
geniş
cəlb etmək;
- elmin inkişafına uyğun olaraq təhsilin məzmununu
(proqramları, dərslikləri, mühazirə materiallarını)
müntəzəm
olaraq təkmilləşdirmək;
- elmdəki yeniliklərlə, mübahisələrlə, həll olunmamış
məsələlərlə tələbələri vaxtaşırı tanış etmək;
- tələbələri tədricən elmi idraka yaxınlaşdırmaq: müstəqil
problemlər qoyub onların həllinə,
elmi metodlara istiqamət-
ləndirmək.
Sistematiklik və ardıcıllıq prinsipi. Bu prinsip təlimdə
elmin sistemini mühafizə etməyi, bilik və bacarıqların mənim-
sənilməsində müəyyən ardıcıllıq gözləməyi nəzərdə tutur. Elm
biliklər sistemi deməkdir; belə sistem yoxdursa, elm də yoxdur.
Elmin hər hansı bir məsələsi mənimsənilmədikdə digər məsə-
lələrin də mənimsənilməsi çətinləşir. Sistematiklik tədris mate-
riallarını müəyyən ardıcıllıqda öyrənməyi,
yeni bilik və baca-
rıqların aşılanmasında əvvəlkilərə istinad etməyi tələb edir. Bu
prinsip belə bir
qanuna əsaslanır: bilik və bacarıqların mənim-
sənilməsi nə qədər sistemli və ardıcıl olarsa, təlimin səmərə və
keyfiyyəti də bir o qədər yüksək olar və əksinə. Sistemli mə-
nimsənilən biliklər daha yaxşı yadda qalır.
Sistemləşdirmə elmi biliklərə maraq yaratmağa, onları
asanlıqla yada salmağa və tətbiq etməyə imkan verir.
K.D.Uşinski sistemsiz başı qarmaqarışıq anbara bənzədirdi; bu-
86
rada lazımı anda anbar sahibinin özü də bir şey tapa bilmir.
Sistemlilik və ardıcıllıq prinsipi müəyyən
qaydalarla hə-
yata keçirilir:
-
elmi bilikləri ciddi sistemdə, məntiqi ardıcıllıqda şərh
etmək və öyrətmək;
- yeni bilik və bacarıqları əvvəlkilərə istinadən mə-
nimsətmək;
- tələbələri müəyyən elm sahəsində bilikləri sistem-
ləşdirmə işinə cəlb etmək;
- təkrar və çalışmaları müəyyən sistemdə aparmaq.
Dostları ilə paylaş: