103
əsasında və ona müvafiq tərtib edilən sənəddir: proqramda
göstərilən mövzular dərslikdə açılır, elmi biliklər tələbələrin
səviyyəsinə, təlim prinsiplərinə uyğun olaraq şərh edilir.
Dərslik tərtibində
iki cəhət diqqət mərkəzində durmalıdır:
məqsədin qoyuluşu – tələbələrdə öyrənmə motivi yaradılması (I
ünsür); elmi biliklərin məzmununun
didaktik cəhətdən işlən-
məsi (II ünsür). Bu vəzifələri ödəmək baxımından
dərsliyin
dörd tipi ayırd edilir: a) didaktik tip (hər iki ünsür nəzərə alı-
nır); b) doğmatik tip (I ünsür çatmır); c) deklarativ tip (II ünsür
çatmır); ç) monoqrafik tip ( hər iki ünsür çatmır). Bunlardan I
tip ən səmərəli, II və III tip qeyri-səmərəli, IV tip isə tam yarar-
sız dərslik tipi hesab olunur.
Dərslik müəyyən
tələblərə cavab verməlidir:
- proqrama uyğun olmalı, orada qoyulmuş məsələləri
elmin son nailiyyətləri əsasında şərh etməlidir:
- təlimin tərbiyəedici və inkişafetdirici
vəzifələrinin həl-
linə kömək göstərməlidir;
- tələbələrin müstəqil işi üçün istiqamət verməlidir;
- metodik cəhətdən tələbələrin anlama səviyyəsinə mü-
vafiq
tərtib edilməli, materialların mənimsənilməsinə kömək
edən metodik aparata malik olmalıdır (suallar, tapşırıqlar,
izahlar, nümunələr, əyanilik və s.);
- dərslik səhiyyə-gigiyenik
tələblərə cavab verməlidir
(şriftərin ölçüsü, kağızın rəngi, sətirarası məsafələr və s.)
Yaxşı dərslik bu tələblərə cavab verməli, inkişaf edən
elmlə ayaqlaşmalı, vaxtaşırı yeniləşdirilməli və təkmilləşdiril-
məlidir. Dərsliklə yanaşı
dərs vəsaitləri də təhsilin məzmununun
mənimsənilməsində mühüm rol oynayır. Tədris proqramına tam
uyğun tərtib edilən dərslikdən fərqli olaraq dərs
vəsaitləri proq-
ramın müəyyən bölmə və mövzularının geniş şərhinə həsr olu-
nur. Dərslik və dərs vəsaitlərindən əlavə təlimdə elektron tədris
materiallarından da istifadə edilir (videodisklər, videokasetlər
və s.).
Müəllim
təlim prosesində dərsliklərdən, dərs vəsaitlərin-
104
dən, elektron tədris materiallarından kompleks halda istifadə et-
məlidir.
Dostları ilə paylaş: