113
müşahidələr aparması metodudur. Məs., mikroskop altında can-
lıları öyrənmək, hava, bitki və heyvanlar üzərində uzunmüddət-
li müşahidələr aparmaq, müxtəlif təcrübələr qoymaq və s. belə
işlərdəndir.
Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər
və praktikumlar.
Frontal məşğələdə bütün tələbələr eyni işi, təcrübəni ye-
rinə yetirir, praktikum zamanı isə kiçik qruplarla (3-5 nəfərlik)
müxtəlif işi, təcrübələri icra edirlər. Birinci halda müəllim
şifahi, ikinci halda isə yazılı təlimatdan istifadə edir. Axırda gö-
rülmüş işlərə yekun vurulur, onlar təhlil edilib qiymətləndirilir.
Didaktik oyun metodları biliklərin möhkəmləndirilməsi,
tətbiqi məqsədi güdən idrak oyunlarıdır.
Son vaxtlar işgüzar rollu oyunlardan geniş istifadə olu-
nur. Məs., xarici dil dərslərində tələbələrə müxtəlif rollar (səy-
yah, müəllim, həkim, satıcı, alıcı, sürücü və s.) tapşırılır, hərə
öz rolunu ifa edir. Bu metodla keçilən eksperimental dərslər
(Q.Kitayqorodskayanın intensiv metodu) göstərir ki, tələbələr
xarici dili daha tez və həvəslə öyrənirlər.
Dostları ilə paylaş: