117
əməliyyatlarının inkişafına kömək göstərir.
Təlim metodlarının seçilməsi və əlaqəli tətbiqi. Metod-
ların mexaniki şəkildə seçilib tətbiq edilməsi, başqa bir müəl-
limin metodlarını sadəcə təqlid edilməsi səmərə verə bilməz.
Bu məsələyə yaradıcı yanaşmaq lazımdır. Təlim metodlarının
seçilməsində müəyyən
meyarlar əsas götürlür: təlim metodları
təlimin
prinsiplərinə, məqsədinə, materialın məzmununa, tələ-
bələrin hazırlıq
səviyyəsinə, təlim şəraitinə və ayrılmış vaxta,
nəhayət, müəllimin imkanlarına (təcrübəsinə, nəzəri və praktik
hazırlığına, peşə bacarıqlarına və s.) uyğun seçilməlidir.
Təlimin qarşısında duran məqsəd və vəzifələri eyni bir
metodla həyata keçirmək olmaz. Hər bir metod öz dominant
funksiyasına uyğun olaraq bu və ya digər təlim vəzifəsini daha
yaxşı yerinə yetirə bilər. Məsələn, az vaxtda daha çox informa-
siya vermək vəzifəsini müəllimin şərhi metodu ilə (müsahibə
ilə yox) daha yaxşı həyata keçirmək olar. Bacarıq
yaratmaq
üçün isə çalışma metodu daha səmərəlidir.
Eləcə də təlim materialının (məzmununun) bir qismi bir
metodla (məsələn, müşahidə yolu ilə), digər qismi isə başqa
metodla (məsələn, kitab üzərində iş metodu ilə) daha yaxşı
mənimsədilə bilər.
Yenə
bunun kimi, metodları seçərkən tələbələrin (audi-
toriyanın) real təlim imkanlarını da (hazırlıq dərəcəsi, zehni
səviyyəsi,
müstəqil iş qabiliyyətləri, düşünmə bacarığı və s.)
nəzərə almaq lazımdır. Hazırlıq səviyyəsi yüksək olan qrupda
bir cür metodlardan (problem təlim, axtarış, evristik müsahibə,
müstəqil yaradıcı iş), hazırlıq səviyyəsi zəif olan qrupda isə
digər metodlardan (müəllimin izahı, müsahibə, kitabla iş və s.)
istifadə etmək səmərələdir.
Təlim metodları əlaqəli şəkildə tətbiq olunmalıdır. Bütün
şəraitlər üçün yararlı olan universal metod yoxdur. Bu mənada
“Mənim öz iş metodum var” deyən
müəllimlərə haqq qazan-
dırmaq çətindir. Çünki təlimdə tək bir metoddan yox, metodlar
kompleksindən istifadə edilir.
118
Təlim metodlarının seçilməsində göstərilən meyarlardan
kompleks şəkildə istifadə etmək vacib şərtdir. Həmin meyar-
lardan hər hansı birinin nəzərə alınmaması
təlimin nəticəsinə
mənfi təsir göstərə bilər.
Təlim metodları təlim vasitələri ilə sıx bağlıdır; metodlar
vasitə zəminində seçilib tətbiq edilir.
Dostları ilə paylaş: