Mövzu 6: Türkiyə 1918- ci İLDƏ



Yüklə 320,05 Kb.
səhifə12/20
tarix02.01.2022
ölçüsü320,05 Kb.
#41916
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
Mövzu 1. TÜRKİYƏ. doc-1

1989-cu ilin noyabr ayında T.Özal Türkyə Respublikasının prezidenti seçildi.O bu vəzifədə K.Evrerıi evəz etdi və 9 no-yabr 1989-cu ildən e'tibarən Türkiyənin yeni prezidenti kımi fəaliyyətə başladı.

Qeyd edək ki, T.Özalm prezideniliyi bu gün de tarixçilər tərə-findən birmə'nah dəyərlendiriimir. O, bir prezident kimi tərefsiz və hadisəiərin fövqündə durmalı olduğu halda çox zaraan istər siyasi, istərsə iqtisadi inkişaf kursurta tə'sir və müdaxilə etməkdə suçlandı-rılır. Tesadüfi deyildir ki, T.Özaldan sonra İ.Akbulutun başçıhq et-diyi hökuməti SXP lideri Eİböüü «uzaqdan idarej olunan» adlandi-rırdı.

Yeri gəlmişkən deyək ki, İ.Akbulut hələ ANAP genei başqanı seçilməmişdən baş nazirliyə gətirilmişdi, Bununla T.Öza! partiya liderliyi məsələsini də əvvəicodən həll etmişdi. Doğrudan da, 21-23 noyabrda keçirilən partiya qurultaymda belə də oldıı və İ.Akbulut ANAP-m lideri seçildi Lakin onun istər baş nazirliyi, istərsə də ANAP genel başqanlığı uzun sürmədi. Partiyadaxili münaqişələr zəminində 15 iyurı 1991-ci ildə ANAP növbəti qurultayım keçir-məyə məcbur oldu və burada partiyanın başqanlığma Mə'sud Yıl-maz seçildi, O, hom də baş nazir oldu. Təbiidir ki, hadisələrin bele məcrada getməsi T.Özalm rnüdaxiləsindən kənarda deyildi və bundan narazı qalan İ.Akbulutım <(prezidentsən, otur oturdıığun yerde!» sözləri təsadüfi deyiiməmişdi.

Ümumiyyətlə, T.Özal sonrakı illərdə də bir prezident kimi fəaliyyətində öz seleflerindən fərqli yol tutmuşdu. Daxili və xarici siyasətin təməl, hətta bəzən ikinci dərəcəli meseleleri lıaqqmda fıkir söylemək vo oniara istiqamət vermək, iqtisadi kursla bağlı davamlı vo sistemli şəkildə keçirdiyi mətbuat konfranslan və görü-şlerdə öz fıkir və mülahizələrini ictitnai rə'yə çatdırmaq, Zonquldağ kömür işçilərinin tə'tili və kömür mə'dənlerinin gələcəyı haqqmda direktivləri ilə sosial həyata tə'sir etınək, Körfəz müharibəsi zamam yürütdüyü «telefon diplomatiyası» və s. kimi faktlardan bə'zi tarix-çilər T.Özalm tenqidi üçün yararlanırlar. Belo bir cəhətə de diqqəti yönəldirler ki, o, Milli Tohlükəsizlik Şurasmm sədri kimi lazım gə- ; ləndə Nazirlər Kabinetine də başçıtıq edir, fövqəladə qanunlar ver-mək hüquqlanna malik olmaq imkanlanndan somma qədəx faydala-nır, daxili və xarici təhlükəsizlik məsələlərinin həllində də ön plana

çıxırdı.

Bütün bu deyilenlərdən kirnin nə qədər haqlı olduğuna toxunmadan onu söyləmək istordik ki;) T.Özal istor baş nazir, istərsə də prezident kinıi öz fəaliyyəti ilə Türkiyə həyatmm bütün sahələ-rinə bir dinamika gətirmişdi. Təbiidir ki, belə bir dinamikanm mey-dana gəlməsi üçün istər ölkə daxilində, istersə də beynəlxalq aləm-də ilkin şərtlərin olması da inkar edilə bilməz. Lakin konkret halda T.Özal şəxsiyyetinin gücü və yeri də e'tiraf ohmmahdır.

Doğrudur, M.Yılmaz hökuməti dövründə prezidentin tə'si-rindən bir qədər aralı durtnaq meyli var idi. Lakin bu hökutnətin ömrü çox qısa oldu. Belə ki, hələ 1990-cı ildə T.Özal 1991-ci ildə Konstitusiyaya müeyyən dəyişikliklər edilməsi və 1992-ci iidə er-kən seçkilər keçihlməsı ideyası ilə çıxış etmişdi. Ölkə bu siyasi ov-qatla yaşayırdı və müxalifət liderləri də erkən seçkilər ideyasma tam dəstək verirdiler. Hakimiyyətə gəlməyinin heç iki ayı tamam olmamış M.Yılraaz hökunıəti də erkən parlament seçkilərinə get-məyə hazır olduğunu bildirdi və müxalifetlə razıhğa əsasəıı seçkilər 20 oktyabr 1991--ci il tarixinə tə'yin edildi.

Qeyd edək ki, anavetənçilər seçkiierdən qalib çıxacaqlarına inanırdüar və bu istəyi gerçəkləşdirmək üçün seçkilər haqqmda mövcud qanuna dəyişiklik etdilər. 2, 3 və 4 mülət vəkilinin seçildiyi dairələrdə minimum səs həddi 25,5 faiz, 5 və 6 millət vəkilinin se-çildiyi dairələrdə isə 20 faiz oldu. Bu dəyişiklik təkce iqtidar par-tiyası ANAP-m deyil. digər böyüli partiyalarm da maraqlarma uyğun gelirdi. Həmin səbəbdən idi ki, məclisdə təmsil olımmaq istəyən qüvvələr seçkilərdə təkbaşına deyil, bloklar halında iştiraM etməyə üstünlük vcrdüor ve bu, son dövrlerin seçki tarixində ilk təcrübə idi,

Seçkilər qabağı aşağıdak:ı bloklaşmalar yarandı:

birincisi, zaman-zamaıı ANAP-dan aynlan millət vəkillərinin 17 may 1990-cı üdə qunnu;? olduqlan Demokratik Mərkəz Paıtiyası (pMP) Doğru Yol Partiyası.na qatıldı;

ikincisi, SXP-dan aynlan və çoxunun kürd osilli olduğu millət vəkilləri və siyasotçilorin birleşdiyi Xalqm Əmək Partiyası (partiya 4.VI. 1990-cı ildə yaranmışdnmüəl.) SXP ilə bir siyahıda seçkilərə getməye qərar verdi;

üçüncüsü, İslahatçı Demokratik Partiya, Milliyyətçi Çalışma partiyası və Rifah Partiyasından ibarot olan blok.

Seçkilordə ANAP, DSP, DYP, RP, SXP və SP (Sosıalist Par-tiyası 1988-ci ilin fevralmda qurulmuşdu-tnüəl.) kıimi altı partiya işttrak etdi. Təbiidir ki, müəyyən sayda müstəqil narnizədlər do var idi-



20 oktyabr 1991-ci ildə seçkilər keçirildi vo nəticələri DYP-nin xeyrinə oldu. O, 178 mandat qazanaraq birinci yen tutdu. ANAP 115 mandatla ikinci yerə endi (əvvəlki seçkidə isə 292 mandat qa-zanmışdı- müəl.). Digər partiyalardan SXP 88, RP 62 və DSP 7 yer aldı. Bu seçkiləıin başqa bir nəticəsi də odurki, parlamentdə təmsü olunan partiyalann sayı xeyh artdı və 12 sentyabr 1980-ci il çevrili-şindən əvvəl parlarnentdə bir yerdə olan S.Domirəl, B.Ecevit, N.Erbakan, A.Türkəş və E.İnönü kimi liderlor on bir ildən sonra yenidən parlamenldə bir araya gələ bildilər.

RP, MÇP və İDP-den ibarət üçlü>öin də üçüncü yer tutması onların böyük uğuxıt kiıni dəyorləndirilməlidir.



Təbiidir ki, bütün bunlar cəmiyyətə tə'sir gücünün Türkiyə-dəki siyasi qüvvələr arasmda rıecə bölünməsinin nisbi göstəricisi idi və siyası idarəçilikdə yeni bir dövrün başlanmasma zəmin yaradırdı. Elə belə də oldıı:

birincisi, S.Dornirəl yenidən və yeddinci dəfə hökumətin ba-şma goldi. Doğmdur, DYP hamıdan çox yer qazansa da, təkbaşma hökumət qurmağa imkan verən sayda deputati yox idı. Odur ki, S.Dəmirəl SXP ilə koalisiya yaratdı, 32 nazir yerindən 12-ni ona verdi və SXP lideri E.İnönü də baş nazir müavini oldu.

Qeyd edək ki, həınin vaxtdan başlayaraq uzun müddət Türki-V"do heç bir partiya tokbaşma iqtidara gələ bilməmiş, bütün höku-Riollor koalisiya əsasmda təşkil olunmuşdur. Bu koalisyon hökumə-iııı c'lan etdiyi proqramm əsas qayosi «demokratikləşmə» idi və dcınək lazımdır ki, o, ictimai rə'yə çox güclü pozitiv tə'sir göstərdi, Proqram e'lan edirdi ki, ölkənin hüquq sistemi və konstitusiyası baş-ıl.ın axıradək demokratik dəyərlər əsasında yeniləşəcək, yeni bir Itonstitusiya hazırlanacaq və hərbi rejimin dövründə qəbul olunan l'iılıin qadağalar aradan qaldınlacac, insan haqlarmm qorunması ttçfin bütün hüquqi teməller yaradılacaq (bu məqsədlə hökumətde Qldın və insan haqları mesəleleri üzrə iki dövlət naziri vəzifəsi ya-< nlıldı-müəl.), ııniversitetlərin muxtariyyəti gerçəkləşdiriləcək və lıonıkarlar təşkilatlarımn hüquqlan mövcııd beynəlxalq standartlara Uyğun hala gətiriləcəkdir,

TBMM-nin başqanı seçilən H.Cindoruk da ilk çıxışmda par-lıııncntin fəaliyyətmin gücləndiriləcəyi və'dini verdi.



Lakin təəssüflə deməliyik ki, verilən vo'dlərin heç də hamısı yerinə yetirilmədi. Yeni konstitusiya məsələsi unuduldu və onun uvozinə bə'zi maddələrin dəyişdirilmesi ideyası irəli sürüldü.. Yeg-8ne dəyişiklik isə radio və televiziya üzərində dövlət inhisarmm leğvi oldu.

Digər və'dlərdən həmkarlar teşkilatlan ilə bağlı bə'zi güzəşt-lınin edilməsi, hərbi rejimin ləğv eldiyi partiyaların fəaliyyət gö-llerməsinə ıcazo verilməsi, Beynolxalq Əmək Təşküatmm bə'zi ınüqavilələrinin qəbul edilməsi və s. dən başqa heç birinə əməl olunmadı;

ikincisi, yuxanda sadalananlann nəticəsi idi ki, artıq l noyabr 1992-ci il yerli seçkilerde Rifah Partiyası böyük uğur qazandı;

üçüncüsü, baş nazir S.Dəmirəl prezidentle münasibətİərində onunla dalıa çox «parlanıentar bir prezident» kimi davranmağa çalış-ia da, T.Özal öz əwəlki fəaliyyət kursunu davam etdirməkdə idi. lUı da onlann arasmda raüəyyən anlaşılmaz anlaruı yaranmamasma lebəb olmaya bilməzdi;



dördiincüsü, MÇP başqanı A.Türkəş öz paıtiyasmdan olan 18 nefər millət vəkili ilə birlikdə RP blokundan çıxdı. Az sonra İDP-li A.Ədibah da belə etdi ve beləliklə, parlamentde təmsil olunan par-liyalarm sayı 6-dan 8-ə qalxdı.

Qeyd edək ki, 1993-cü ildə gözləniJməyən bir hadise baş ver-4İ. Məricəzi Asiya və Azərbaycana səiərini başa vurub Ankaraya qayıdan prezident T.Özal aprelin 17-də vəfat etdi. S.Dəmirəl prezi-dent seçildi. 13 iyulda DYP qurultaymda paıtiyarun geııel başqaıı-lığına gələn Tansıı Çillor, hərn DYP-SXP koalisiyon hökuməti-nin baş naziri oldu. Türkiyə tarixində ilk dəfə idi ki, baş nazir vəzifəsini qadın tuturdu və bu hadisə istər öikədə, istərsə də xaricdə ictimai rəyi çeşidli yönümlərdən çox maraqlandırırdı, Deməliyik ki, T.Çillər öz siyasi düşüncəsi, idarəçılikdə sərt və qəti tədbirləri, demokı-atik dəyişiklikler sahəsində ciddi sə'ylərinə görə qısa bir zaman ərzində «türk dəmir ledisi» adıııı qazandj. Bununla yanaşı, T.ÇiHər hökuməti müəyyən ıqtisadi problemlərin həllində heç də her zaman uğurlu siyasət yeridə bilmirdi. Həmin səbəbdən DYP 1995-ci il parlament seçkilərində 132 yer qazana bildi və üçüncü yerə endi. Birinci yerə 158 mandat alan Rifah Paıtiyası qalxmışdı. ANAP isə 135 ycrlə ikinci oldu. Keçərı seçkidə cəmisi 7 mandatı olan DSP isə 75 mandat qazanmışdı.

Partiyalardan heç biri yetərli səsə malik olmadığıııdan bu də-fə də ANAP və DYP-den ibarət koalisyon hökumət təşkil olundu. ANAP lideri M.Yılmaz baş nazir postunu tııtdu. Lakin bu koalisyon uzun davam etmədi. M.Yılmaz və T.Çillər arasmda şəxsi zəmində baş verən ixtilaflar (M.Yılmaz T.Çilləri nıaliyyə fırıldaqİarında itti-hanı edir və bunun yoxlanılmasmı istəyirdi- müəl.) koalisyanı po-zdu. 1996-cı ilin payızmda Rifah-DYP koaJisyası yarandı, N.Ərbakan baş nazir, T.Çillər xarici işlər naziri oldu.

N.Ərbakan bir baş nazir kimi ölkənin xarici siyasət kursuna yeni siyasi xətt gotirməyə cəhd göstərir, Qərb yöniimlü kursdan uzaqlaşır, daha çox islam ölkəlerino üz tuturdu. Təbiidır ki, bu da Ölkə daxilində islamçı qüvvələrin baş qaldırmasma və sonra ictimai rə'yin adekvat reaksiya vernıəsinə səbəb olmaya büməzdi. Nəhay-et, nəinki RP-DYP hökuməti iste'faya göndərildi (1997-ci ilin iyu-ııunda -müəl.), həm də Rifah Partiyasmm özü Konstitusiya Məh-kəınəsmin qərarı ilə buraxıldı, N.Ərbakan və onun iki müavini de-patat toxunuJmazhğmdaıı məhrum edildi. onlarm 5 il müddətində siyasəttə məşğul otması yasaqlandı. Qeyd edək ki, RP-li nıiHət və-killəri Fəzilət Partiyasma keçdılər.

Yenidən M.Yılmaz hökumet təşkil etdi. O, daxili və xarici siyasət kursunu ən'ənəvi Atatürk strategiyası və taktikası əsasmda davam etdirməyə cəhd göstərso də, bir sıra problemlərin, o cümle-dən kürd məsəlosinin həll olunmamış qalması, inflyasiyamh arttna-sı, iqtisadi inkişaf tempirıin zəifləməsi, mə'murlar arasında korrup-siya və rüşvətxorluq hallarmm mövcudluğu haqqmda xəbərlərin mətbuata sızması vo s. hökutnətin imicine güclü neqativlər gətirdi. M.YıImaz yenidən iste'faya getməli oldu.

1998-ci ilin 2 sentyabnnda prezident S.Dəmirel yeni hökumət təşkilini DSP lideri B.Ecevitə tapşmiı. B.Ecevit DSP-ANAP-DTP (Demokratik Tiirkiyə Parityası DYP-dən aynlan millet vəküiəri tə-rəfmdən yaradılmışdı-müəl.) koalisyon hökumetini qurdu. Deməli-yik ki, B.Ecevit hökuməti daxili və x;arİci siyasətə bir sıra uğurlıı korrektələr gətirdi, ən başlıcası isə PKK lideri A.Öcalanm tııtulma-sma ııaıl oldu. İstər B.Ecevit, istərsə də onun başçıhq etdiyi partiya ictimaiyyət arasında xeyli nüfuz qazandı. Elə bu səbəbdəıı idi ki, DSP 1999-cu ilin 18 aprelində keçirilən parlament seçkilərinde 135 yer aidı və birinci oldu. 131 mandatla ikinci olan MHP də ilk dəfə idi ki, parla-merıtdə bu qədər çox yer tuturdu. Fəzilət Partiyası 111, ANAP 87 və DYP 85 mandatla sonrakı yerləri bölüşdürdülər. Bu da maraqlıdır ki, Türkiyənin ən qocaman partiyası CXP 10%-Iik seçim həddini aşa bilmədi. B.Ecevitin başçıbğı altmda DSP-MHP-ANAP-dan ibarət koalisyon hökumət quıuldu. MHP lideri D.Baxçalı və ANAP lideri M.Yılmaz baş nazirin müavinləri oldular.

Bu koalisyon hökutnətin də öz sələfı kimi fealiyyətində önəm verdiyi əsas məsələ Ölkə həyatmm müxtəlif saheldrində kök salmış korrupsiya, rüşvətxorluq, qanun pozuntulan, qanunlarda olan bə'zi boşluqlardan sui-istifadə və s. kimi neqativ hallara qarşı sərt və cid-di hücum ıdi. Doğrudıır, neqativlərə hücum siyasəti bə'zən müqabil tərəfm törədə bildikləri güclü çətinliklorlə qarşılaşırdı. Lakin lıö-kumət Cəmiyyətdə qanıınçuluq, düzgünlük ve şoffaflıq yaratmaq kursunda israrlıdır., bu zəmində yaranan problemlerin həlli istiqamə-tində lazım olan hər şeyi edirdi. Dövrün prezidentı S.Dəmirəlin qar-daşı və qardaşı oğhı ilə bağlı qaldırılan. cinayot məsələsi bunun ən bariz nümunəsidir.

1999-cu ilin maymda S.Dəmirəlin preziderıüik müddəti bitdi. Doğrudur, onun yenidən prezident seçilməsino müəyyən te-şəbbüslər olsa da, parlament şəxslər üçün konstitusiyamn dəyişdirilməməsi prinsipinə sadiq qaldı və Konstitusiya Mehkəməsinl sədri Ə.N.Sezər prezident oldu. Vaxtilə prezidentliyə başlarkən teJ rəfsizlik prinsipinə emol edəceyinə söz verrniş, ancaq öz fəaliyyə-tində hökumətin müstəsna hüququ olan daxili və xarici siyasət mə-l sələlərinə müdaxilə və tə'sir etmək imkanlarından yararlanan S.Dəmirəldəa ferqli olaraq yeni prezident Ə.N.Sezər ilk gündən konstitusiyanm ona vermiş oldıığu hüquqlardan kəaara çıxmamağa çalışır, prezident-hökumət münasibətlərində tərəfsizlik prinsipinə tam əməl edilməsini qoruyur. Bu baxımdan o, sözün həqiqi mə'nasında parlamentar prezıdcntdir.

Son dövrdə Türkiyənin siyasi həyatuıda baş verən ınühüm ha-1 disələrdən birisi də 2001-ci ilin iyulunda Fəzilət Partiyasınm siyasi partiyalar lıaqqmda qanunun bə'zi prinsiplərini pozduğuna görə Konstitusiya Məhkomesi tərəfrndən ləğv edilməsidir. Qeyd edək ki, Fəzilət Partiyasının islahatçılar qanadmdan olan mlllət vəkillərinin və bə'zi şexslerin də qatılmasi ilə yaranmış təşəbbüs qrupu avqu-stun 15-də Ədalət və Kalkınına (inkişaf; qısa adı AK-müəl.) partiy-asının yaradıidığmı və onun rəsmi qeydiyyatdan keçdiyini bildirdi.



Deyilənlər göstərir ki, 80-90-cı illərdə Türkiyənin siyasi həy-atmda bir dinamika olmuş, demokratik prinsiplərin inkişafi yüksələn xətlə getrniş, ölkə problemlərinin həllinə sosial qruplann daha geniş təmsilçileri qoşulmuşlar və bütün bunlar yaxm gələcəkdə dalıa güclü və daha demokratik Türkiyəni görəcəyimiz qənaətini yaradır. Bəs 80-90-c] illərdə Türkiyənin iqtı'sadi siyasətində nələrbaş vermişdir?

Türkiyo dövrün əvvəliııdən e'tibaron yeni bir iqtisadi inkişaf mərhələsinə qədəm qoymuşdur. Hələ bir neçə on illər boyıınca da-vam edəcək bu inkişafın təməiıııdə aşağıdakı proqram məqsədləri dayanır: 1) iqtisadiyyatm dövlət tənzimlətıməsinə yenidən baxılma-sı və iqtisadi həyatda dovlətin birbaşa iştirakmdan tədricən imtina edilməsi; 2) iqtisadiyyatm bütünlüklə bazar və rəqabət prinsiplərinə uyğunlaşdınlması; 3) iqtisadi yüksəlişin sür'ətləndırilməsi və mo-dernləşdirilməsi üçün xarici amsllərdən və ehtiyatlardan hərtərəfli istifadə olunrnası, xarici mallann və kapitalm olkədə azad fəaliyyə-tinə lazrmi şərait yaradıtması; 4) sənayeləşdirmərıin idxal yönümlü nıodelindən ixrac yönürnlü modeline keçilmesi. Qeyd edək ki, bu məqsədlər 24 yanvar 1980-ci ildə S.Demirel hökumətinin qəbul etdiyi iqtisadi istiq-rarlaşdırına proqramında da öz əksini tapmışdı. Hemin proqramm əsas müəlliflorindon biri baş nazirin yanmda və Dövlət Planlaşdırma Təşkilaünda müşavir vəzifələrində çalışan 'I'.Özal olmuşdur. Elo o da 12 sentyabr hərbi çevrilişindən sonra öl-kedə lıəyata keçirilen iqtisadi kursun başında durdu və B.UIusu hö-launətində iqtisadi məsələlər üzrə dövlət naziri ve baş nazirin müa-vini, sonralar ise baş nazir kimi iqtisadiyyatm liberallaşdırılması və bazar mimasibetlərinin bərqərar olnıası istiqamətində bir sıra ıııühüm tədbirlərin həyata keçirilmesine rehberlik etdi. Türkiyənin Avropa Birliyində tam hüquqlu üzv kimi tərnsil olunması həmin lodbirlərin başlıca qayəsini təşkil edirdi. Belə hesab edilirdi ki, "iimumi bazar"a girməklə ölkə ixrac yönürnlü və yüksək keyfiyyet-li məhsullar buraxan iri istehsal sahələrini genişləndirmek və dəs-teklemekj müasir texnologiyadan və elektrik hesablama maşmlann-dan istifadə etmək imkaııları qazanar.

Yeni iqtisadi kursla bağh tədbirlərin görülmesi xronoloji ba-xımdan iki mərhəleni əhatə edir. Birinci mərhele 1980-1983-cü il-lerə, başqa sözlə desək, herbçilerin hakimiyyəti dövrüno düşür. Ikinci mərhələ isə 1983-cü ilin scnlanndan başlamışdtr və başhca İstiqamətlərini bu gün do qoruyub saxlamaqdadır. Onu da deməliyik ki, hər iki mərhələdə tətbiq olunan iqtisadi kıırs ümumi cəhətlər haxımmdan eyni olsa da, bə'zi fərqlərə də malikdir.



Birinci mərhələ konseptual baxımdan onunla xarakterikdir ki, bu dövrdə 1981-ci il İzmir iqtisad konfransının qəbul etdiyi müddəalar və istiqamətlər həyata keçirilmişdir. Həmin müddəa və ıstiqametlər isə ölkədə qarışıq iqtisadiyyatın inkişaf etdirilməsi, ınövcud valyuta nəzarəti sistemindən imtina edilərkən hakirniyyətin ehtiyatlı olması, dövlət bölməsinin məhdudlaşdırılması və s. kimi ınəsələləri ehtiva edirdi.

İkinci mərhələdə isə hakimiyyətin planları və tədbirləri daha qətiyyətli və daha cəsarətli xarakter daşıyırdı və 1983-cü il höku-mət proqrammda rəsmi şəkildə elan olunmuş azad bazar iqtisa-diyyatma keçilınəsi, özəlləşdinııə və s. kimi yeni məsələlərin gerçəkləşdirilməsinə yönəlmışdi.

Qeyd edək ki, hər iki merhələdə son məqsədə çatılması üçün bir sıra başhca şərtlərin bərqərar olmasxna xüsusi Önənı verilmişdir vo onları belə qruplaşdırmaq olar:

birincisi, inflyasiyanın artmasını aşağı salmaq üçün əmək haqqnın olduğu səviyyədə saxlanılması, sərt maliyyə və kredit siy-asəti tətbiq edilmosı, bank faizlərinin xeyli artınlması, iqtisadi dövlət təşkilatlarına ayrılan xərclərin ixtisar edilməsi, vergi islahatının keçirilməsi;

ikincisi, ixracın gücləndirilməsi üçün daxili bazarı daraltmaq hesabına əmtəə bolluğu yaradılması və onun xarici bazara çıxarılmasının təmin edilməsi, xarici ticarətlə məşğul olan şirkətləri dəstəkləmək və həvəsləndirmək məqsədilə elverişli maliyyə-kredit siyasəti yürüdülməsi, türk mallarının rəqabətə dozümlü səviyyəyə qalxmasına nail olunması, sənayenin ixrac malları istehsal edən sahələrində yeni və modern müəssisələr qurulması;

üçüncüsü, valyuta əldə edilməsinin yeni yollarını aramaq və dövlət büdcəsindəki kəsiri ləğv etmək üçün xaricdə işləyən türk vətəndaşlarının pullarının ölkəyə gəlməsinə əlverişli maliyyə şərtləri yaradılması. xarici turizmə hərtərəfli dəstək verilməsi, xaricdə müxtəlif tikinti və podrat işlərinə yardım göstərilməsi, xarici kapitalın ölkəyə daha çox cəlb edilməsi, türk vətəndaşlarının xarici banklarda saxladığı valyutanın ölkəyə gətirilməsi məqsədilə lazımi tədbirlər görülməsi;

dördüncüsü, sənayede struktur dəyişikiikləri etmek və açıq iq-tisadiyyat qurmaq üçün idxaltn liberallaşdınlması, başqa sözlə, pro-teksionist tədbirlərin tədricon aradan qaldınlması və daxili bazarda azad rəqabət şəraitinin yarad:ılması, sərt maliyye s.iyasəti; yüksək baıık faizləri və s. vasitəsile yerli şirkətJərin rəhborlərində daxüi bazarın daralması şəraitinde istehsal prosesinin təşkili və idarə olunmasmm daha səjliərəli fbrmalarmı aramasına həvəs yaradılma-sı, daha çox ixrac mallan istehsahna və iqtısadiyyatm ixrac sahələrinə kapital qoyuluşuna iqtisadi marağı artırmaq məqsədilə əlverişli və etibarlı şəraitin formalaşdırılması, yeni şəraitdə rəqabət dözümlü olmayan şirkətlərlə uyğun istehsal sahələrində uğur qazanmış şirkətlərlə birləşməsinə dəstək verilməsi;

beşincisi, dövlet bölməsini yenidən qurmaq üçün dövlətin maliyyə imkanlarının başlıca infrastruktur sahələrinə yönəldilməsi, energetika, nəqliyyat, rabitə və s. kimi iqfisadi dövlət təşkilatlarının yeniləşdirilməsi, onlardan bəzilərinin özəlləşdirilməsi, bürokratik idarə aparatında çalışanların çox sayda ixtisar edilməsi;

altıncısı, özəl bölmənin gəlir və investisiyalarını gücləndirmək üçün əmanətlərin artım faizinin inflyasiya səviyyəsindən yuxarıda saxlanılması, bank sisteminin rəqabət dözümlülüyünə təminat yaradılması, kapital bazarının genişləndirilməsi, vergi islahatı aparılması, daşınmaz əmlak və qızıl ticarətində möhtəkirliyin qarşısını almaq məqsədi ilə lazımlı tədbirlərin görülməsi.

Deməliyik ki, sadalanan bu lədbirlərin gerçəkləşməsi üçün ki-fayət qədər çoxlu əməli addımlar afıldı və biz də onlann bə'ziləri haqqmda mə'lurnat vennək istərdik.



1980-1983-cü ilİər dövründə ilk olaraq güzəştli qiymətlər sis-temindən imtina edildi. Kendlilərə gübre və digər aqrotexnifci vasi-tələr ahnması üçün verilən dotasiya ləğv olundu. Əlbəttə, bu tədbir-lər heç də hamı torəfmdərt ııormal qarşılanmırdı. Təsadüfı deyildir ki, 1982-ci ilin yanvarırıda T.Özal hökunıət adından qəti olaraq bil-dirdi ki, «güzeştli qiymətlər sistemi siyasəti, bə'zi istisnalar saxla-nılmaqla, ləğv olıınmuşdur».

Sənaye mohsullarına qıymət qoyulması liberallaşdmldı. Qiy-mətlərə Nəzarət Komitəsi leğv olundu və onun fımksiyası Sənaye və Texnologiya Nazirliyinə verildi, Yeni qaydaya görə öz məhsulu-na qiymət qoyan hər hansı müəssisə lazımi deklarasiyaaı həmin na-zirliyə təqdim etməli idi, Nazirliyirı narazıhğı olmazdısa, qiymət qüvvəyə minirdi. Tədqiqatçılann müşahidelərine görə bu tədbir qı-sa zaman kəsiyində müəssisələrin gelirlərinin artmasma zəmin ya-ratdı və istehsal xeyli canlandı. Bu, ilk növbədə ıqtisadi dövlət təş-kilatlarmda birləşən müəssiselərə aid idi.

Sənaye kapitalı gəlirinin artmasına dövlət tərəfındən dəstək verilirdi. Bank faizləri üzərində nəzarət bir qədər yumşaldı. Bu, imkan verdi ki, banklarda saxlanılan əmanətlərin məbleği artsın.

İqtisadi dövlət teşkilatlannda birləşən müəssisələrin yenidən qurulmasınm müxtəlif variantlan faazırlandı. Onların lıoldinqlərdə birləşməsi və ştatlann ıxtisar edilmosi bu qəbildən olan tədbirlər idi. İqtisadiyyatda dövlet bölməsinin inhisarı tədricən aradan qaldı-rıhr, yainız bu bölmənin əlində cəmleşmiş sahələrə Özəl bölmənin daxil olmasma hüquqi imkan yaradılırdı. Bütün bunlann nəticəsi kimi 1983-cü ilin oktyabrmda iqtisadi dövlət təşkilatlan haqqmda qanun qəbul edildi. Qarıuna görə həmin təşkilatlar mııxtariyyət və qanşıq iqtisadiyyat prinsipleri əsasmda fəaliyyət göstərmək hüququ qazanırdılar. İqtisadi tələbat, istehsalın səmərəliliyi və rentabelliləşməsi həmin fəaliyyetin məzmununu təşkil etməli idi.

Dövlət müəssisələri aşağıdakı qaydada təsnif olunurdu. Onlardan birincisi «iqtisadi dövlət təşkilatları» adlanırdı və bura Eti-bank, Sumerbank və s. kimi iri dövlət müəssisələri daxil idi. Kapita1 bütünlüklə dövlətə məxsus olan həmin müəssisələr iqtisadiyyatın kommersiya prinsiplərinə əsaslanan sahələrində fəaliyyət göstərirdi. İkincisi, "ictimai iqtisadi quruluşlar" idi. Onlar sayca az olub, iri inhisar birliklərinin, dəmir yollarının və s. idarə edilməsi sahəsində və istisnasız olaraq dövlət kapitalı əsasında fəaliyyət göstərirdilər. Üçüncüsü, isə müəyyən səhmdar müəssisələr idi. Onların fəaliyyəti dövlətin və digər səhmdar təşkilatların kapitalına əsaslanırdı. Kapitalının 50%-i dövlətə məxsus olan bu cür müəssisələr dövlət səhmdar təşkilatları hesab olunurdu.

Ümumiyyetlə, 1980-1983-cü illərdə həyata keçirilən liberallaşdırma kursunu belə dəyərləndirmək olar: tətbiq olunan qanşıq iqtisadiyyat konsepsiyası müasir iri istehsal sahələrində, infrastrukturda, bank sisteminde dövlet bolməsinin üstünlüyünü qanuni əsaslarla möhkəmlətməklə yanaşı bu bölməyə daxil olan müəssisə və təşkilatların öz fəaliyyətlərində daha çox daxili bir muxtariyyət qazanmasa və onların təşkilati quruluş baxımdan özəl bölmə, o cümlədən xarici şirkətlərlə daha çox yaxınlaşmasını nəzərdə tutmuşdur.

Deməliyik ki, məhz bu kurs T.Özal hökumətinin 1984-cü ildən sonrakı dövrdə daha ciddi addımlar atmasının əsası oldu. İqtisadi liberallaşdırma siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu və onun da məzmununda özəlləşdirməyə geniş meydan verilməsi dururdu. Bu baxımdan qəbul olunan bir sıra qanunları sadalamaq və onların mahiyyətini qısa şəkildə açıqlamaq istərdik.

T.Özal hökumətinin ilk qanunu 1984-cü ilin fevralında qəbul edildi və o da iqtisadi dövlət təşkilatları haqqında idi. Qanun dövlət müəssisələrinin yeni fəaliyyət prinsiplərini təsbit etdi. Burada dövlət müəssisələrinin özəl kapitalla əməkdaşlığına önəm verilir, onların tədricən özəlləşdirilməsi üçün təşkilat-maliyyə üsulu və metodları müəyyənləşdirilirdi. Özəl kapitala hüquq verilirdi ki, dövlət müəssisələrini. o cümlədən səhmdar qurumları müəyyən şərtlərlə müəyyən müddətə istismara götürsün, yaxud onların istismarında iştirak etsin.

1984-cü ilin iyununda qəbul edİlən qanun yeni yaranmış Ko-ordinasiya Şurasma hüquq verirdi ki, bütün ııövlərdən dövlət mües-sisələrinin «ləğv edilməsi, başqasma verilmesi, satılması və istisma-ra verilməsi haqqında» qərar qəbul edə büər. Buııun ardınca 1986-cı ildə bir sıra qanunlar verildi və onlaır artıq birbaşa özəlləşdirmə ilə bağlı idilor. Onlara əsasən iqtisadi həyatda dovlət inhisarı tədricətı aradan çıxır, özol kapital iri istehsal sahələrine girə bilirdi. Çay və siqaret istehsalmda özəl bölmənin yaranması, bir sıra özəl aviaşir-kətlərin qurulması buna misaldır. Artıq 1990-cı ildə iri dövlət şirkətlərinin Özəlləşdirilməsinə başlanıldı. Beləliklə də ölkə iqtisadiyyatı bazar münasibətlərinə uyğunlaşdırılır və bu da nəticə etibarilə məhsuldarlığı və rəqabəti artırırdı. T.Özalın sözləri ilə desək, bu siyasət ona gətirirdi ki, 1) iqtisadi qərarların çox böyük hissəsi bazar terəfinden qəbul oluııurdu; 2) kapital xalq kütləsinə diffuziya edir, onlar öz passiv əmanetlərini iqtisadiyyata qoyur və ondaıı gəlir əldə edirdilər; 3) dövlət ehtiyatlan yeni infrastrukturlanrı qurul-masına yöneldilirdi; 4) istehsal dinamizmi arürdı, əsl iqtisadı reqa-bət yaranır, daha ucuz və daha kefıyyetli ırıal istehsal olunurdu; 5) yeni texnalogiya tətbiqi ixrac mallarının rəqabət qabiliyyətini artırırdı və s. və i.a.

Artıq 80-ci ıllərin sonlarmda T.Özal bildirirdi: «qanşıq iqtisa-diyyat» adlı söz oyunu qurtardı. İndi qarısıq iqtisadiyyat yoxdur, azad bazar iqtisadiyyatı rejimi var vo lıəm də orada oyun qaydalan dəqiq müəyyən edilmişdir. Hər kəs həmin qaydaları bilir. DÖvlətin roluna gəlincə, o, bu qaydalara əməl olunmasını izleməlidir. İzlə-məlidir ki, bu sistem azad işləyir və ya müəyyən müdaxilə nəticə-sində azadlıq pozulur,.»



Tədqiqatçıların rəymə görə, qısa zaman ərzində -cəmisi altı ildə, Türkiyə iqtisadiyyatmda misilsiz deyişiklikler baş verdi ki, bu, dünyamn heç bir Ölkəsinin təcriibəsinclə görünməmişdi. Artıq bundan sonra T.Özalm fikrincə, Türkiye liberallaşdımıanm uç növünə ehtiyac duyurdu: 1) düşüncənin liberallaşdırılması; 2) vicdan azadlığının liberallaşdırılması; 3) işgüzarlığın liberallaşdırılması.

Qeyd edək ki, yürüdülən iqtisadi siyasətin Türkiyə üçün çox uğurlu olduğunu tarixçilər yekdilliklə təsdiqləyirlər. Təkcə bunu göstermək kifayətdir ki, həmin dövrdə ümumi rnilli gəlirin illik orta hesabla 8% idi. Elektrik enerjisi və polad hasilatı, avtomaşın, məişət texnikası, paltar və ayaqqabı istehsalı bir neçə dəfələrlə artmışdı. Dənli və texniki bitkilər, ət və süd istehsahnın artun sür'əti ohalinin artım siix'otindən xeyli yüksok idi. Bu da imkan ve-rirdi ki, ölke kənd təsərrüfatı məhsuJlan ixracmı artırsın. Həmin (jövrdə Türkiyənin müasir sənaye ölkəsirıe çevrilməsi prosesi faktik olaraq başa çatdı. Hakimiyyət orqanlarmm təsərrüfat mexanizmi ilə glaqələr sistemi bütünlükdə yenidən quruldu, iqtisadi prosesiərə hər cür biirokratik müdaxilələrə və köhnəlmiş nəzarət formalarma son qoyuldu.

Yeni iqtisadi kursun uğurunun başqa bir gostəricisidir ki, 90-cı illərdə iqtidarda olmuş digər siyasi partiyalar da ondan imtina etmə-dilər və həmin kursun davamçısı oldular. Ancaq bununla yanaşı ar-tıq iqtisadi siyasətin bəzi sahələrində tədricən müəyyən sıxmtılarm yaranması da aşkara çıxırdı. Bıralar hər şcydən əvvəl ölkonin hüquq və maliyyə sistemində olan bə'zi boşluqlardan irəli gəlirdi. Ən son-da dövlət borclannm sür'etle artması, qısa nıüddətli sərmayələrin istehsala yox, tez gəlir gətirən sahələrə yöneldilməsi, sənaye oli-qarxlannın öz gelirlerini daha çox artırmaq cəhdləri 1994-cü ilin yanvannda ölkə iqtisadiyyatında böhranlı vəziyyət yaratdı. Təbiidir ki, həmın vəziyyətin yaranmasında bir sıra digər daxili və xarici amillər də güclü rol oynamışdır. Qiymətlərin və inflyasiyanın artması, korrupsiya və rüşvətxorluğun genişlənməsi, borcların böyüməsi, daxili səbəblərin önünde gəlirdi. Xarici amillərdən ən mühümü postkommunist, xüsusilə də postsovet məkanı ilə sistemsiz ticarətin yaranması, ölkəyə külli miqdarda pul daxil olması nəticəsində istehsaiın sisteınsiz genişlənməsi və bu sahəüo qayda -qanun yaradılmasınm istehsalda və ticarətdə bir boşluq doğurmasmı göstərə bilərik. Bu sırada Körfəz mülıaribəsi nəticələrinin ölkə iqtisadiyyatına vurduğu zərərləri də qeyd ettnək lazımdır. Günümüzdə, yə'ni 2001-ci ildə bu zererin 30 mld dollar məbləğində olduğu söylənilir.

Yaranmış böhranlı vəziyyətdən çıxmaq üçün T.ÇiJlər höku-məti 1994-cü ilin aprelində «sərt iqtisadi siyasət» kursuna başladı. Bu siyasətin əsas qayəsi ondan ibarət idi ki, istehsalatda və maliyyə sistemində itkilərə və məqsədsiz xərclərə yol verilməsin. Nəzərdə tutulan planlarm həyata keçirilməsi üçün beynəlxalq maliyyə mərkəzləri, ilk növbədə Avropa ölkələri Türkiyəyə kömək göstərdilər, Aıtıq 1995-ci ildən böhrana son qoyıılrnası və öikənin yeni inkişaf dövrünə girməsi rcalhq oldu. Belə ki, əgər 1994-cü ildə ümumi milli gəlirin artımı 5,5%-ə enmişdisə, bu rəqəm 1995-ci ildə 6,7% oldu. Bu artım tempi sonrakı illərdə əsasən yükselən xətlə getmişdir Ve iqtisadiyyatm normal inkişafı 2001-ci ilin ovvələrinədək davarn Itmişdir. Ancaq bu hələ irəlidə haqqırtda danışdığımız neqativ halların aradan qaldınlmasi denıek deyildi. Elə bu səbəbdən idi ki, hemin neqativlərin kökünü kəsmək üçiin B.Ecevii: hökuməti 2000-ci lldə hücuma keçdikdə yenə də maliyye morkəzləri, ilk növbədə banklar qanunlarda olan boşluqlardan yararlanaraq onu çıxılmaz vəziyyətə sala bildilər. Türkiyə 2001-ci ilin fevralmda güclü bir böhranla üz-üzə qaldı. İnflyasiya və qiynıətlər aıtdı, maaşlar aşağt düşdü, işsizlik çoxaldı, sosial narazılıq baş verdi,

Lakin hökumət öz kursundan geri çəkilmədi. Yaranmış və-/jyyətdən çıxmaq üçün Özəlləşdirmənin daha srür'ətlə və daha geniş ıııiqyasda apanlmasınm və qanunlarda olan boşiuqlann aradan qal-dınlması məqsədi ilə konstitusiyada bir sıra düzəlişlərin edilməsini uozərdə tutan tədbirlər paketi hazırlandı.



Qeyd etmək lazımdır ki, həmin tədbirləriıı icrası böyük məb-leğdə pul tələb edirdi. Odur ki, yenə də Dünya Eiankı və Beynəl-xalq Valyuta Fondu kimi iri maliyyə merkəzləri, eləcə də ABŞ və Avropa dövlətləri. Türkiyəyə maddi yardımlar göstərməyə boyun Dİdular. Bununla yanaşı bir sıra qeyri-istehsal sahələri üzrə dövlet xorclərinə xeyli dərəcədə qənaət edilmesi planlaşdınldı. Hökumət ludbirlərplanınm icrasma başladı. Atılan ilk addımlar böhranm qar-ŞlSinı tam almasa da onun artmasmı dayandırdı, aprel aymdan etiba-ren ölkədə nisbi bir istiqrar yarandı. Bu sahədə ən böyük uğur isə konstitusiya düzəlişlərinm ışlənib hazıdanması və 25 sentyabr 2001-ci ildə TBMM-ə təqdimi və qəbul edilməsidir.

1991-ci ildən Qafqazda və Mərkəzi Asiyada müətəqil türk dövlətlərinin yaradılması Türkiyə xarici siyasəti üçün bir "bölgə dövləti" olmaq yolunda yeni mərhələ açdı.


Yüklə 320,05 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin