Mövzu: kompüter qurğulari mövzunun tədrisinin məqsədi



Yüklə 118,03 Kb.
səhifə4/17
tarix16.12.2023
ölçüsü118,03 Kb.
#181417
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17
kompc3bcter-qurc49fularc4b1

Mouse : Hərəkət zamanı mousun daxilində olan rezistorların müqaviməti hərəkətə uyğun olaraq dəyişir və dəyişmə xüsusi naqil vasitəsilə kompüterə ötürülür.
Hərəkətin ötürülməsi kompüterə yüklənmiş xüsusi proqramla idarə olunur. Proqram mousun hərəkətinə uyğun olan yerdəyişməni ekrana ötürür. Mouse PS\2 və ya USB ilə kompütərə qoşulur. Mouse müxtəlif quruluşda olur: mexaniki, optik, lazer
Printer : Çap qurğusudur. Kompüterdə alınmış nəticəni, mətn materiallarını, təsvirləri kağıza köçürtmək üçündür. Printerlərin 3 növü vardır:

  1. Matrixli ( lent ilə )

  2. Şırnaqlı (maye mürəkkəb ilə),

  3. Lazerli ( metal tozu ilə)

Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb ilə və zərbsiz çap qurğuları.
Zərb çap qurğularına misal olaraq matris çap qurğularını misal göstərmək olar. Çap başlığı ilə kağız arasında rəngli lent olur. Çap başlığında simvol formalaşandan sonra iynələr hərəkətə gəlir, rəngli lentə zərbə vuraraq kağız üzərində simvolu formalaşdırır. Zərbsiz çap qurğulara misal olaraq lazer və şırnaqlı çap qurğularını göstərməli olar. Şırnaqlı printerlərdə çap başlığı mürəkkəblə doldurulur. Başlıqda çox kiçik ölçülü deşiklər olur və bu deşiklərdən mürəkkəbi kağız üzərinə püskürdülür. Lazer çap qurğularında şəkillər kağız üzərinə aralıq məlumat daşıyıcısı vasitəsilə yazılır. Şəkil lazer şüanın köməyi ilə əvvəlcə aralıq məlumat daşıyıcısına yazılır (neqativ alınır) və daha sonra bu məlumat daşıyıcısının üst qatı quru toz ilə örtülür. Ağ kağız bu barabanın üstü ilə dartılaraq və yüksək istilik hesabına barabandakı şəkil (neqativ) kağız üzərinə hopur. Lazer qurğularının çap keyfiyyəti və sürəti çox yüksəkdir.
Skaner : Skaner kompüterin xarici qurğusu olub mətn və qrafik informasiyanı səth üzərindən oxuyan və kompüterin yaddaşında yerləşdirən qurğudur. Fərdi kompüterlərə USB portu vasitəsi ilə qoşulur. Skaner mətn və ya təsvir üzərində hərəkət etdikdə kağız üzərində hərəkət edən lazer şüası mətni və ya təsviri skanerləyir və təsvirə uyğun informasiyanı işığa həssas yanmkeçiricilərdə əks etdirir. Nəticədə alınmış işıq siqnalı elektrik siqnalına çevrilir və naqil vasitəsi ilə kompüterə ötürülür. Kompüterə ötürülən siqnal özündə təsvirə uyğun olan nöqtələrin sayını və təsvirin rəngini təzahür etdirir. Kompüter tərəfindən alınan siqnal kompüterin daxilində rəqəm siqnalına çevrilir. Plotter : Geniş ölçülü mətnlərin, şəkillərin, qrafika və çertyojların çap olunması üçün qurğudur.

Yüklə 118,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin