Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə106/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   102   103   104   105   106   107   108   109   ...   115
C fakepathmuhazire esas (1)

5. Biznes-planın reallaşdırılması 
Biznes-planın reallaşması mərhələsi vəsaitin yönəldilməsi, qəbul ediləndən 
kommersiya prosesi başlayana qədər olan dövrü əhatə edir. Bu bölmədə ilk növbədə 
biznes-planın məqsədi bir daha vurğulanmalı və onun reallaşma pilləsinin aşağıdakı 
istiqamətlərdə açıqlanması məsləhədir. Bu zaman reallaşma: şəbəkə planlaşdırılması 
və kompyuter texnikasından istifadəyə və alternativ reallaşma variantlarının seçilməsi 
istiqamətində aparılmalıdır. Onlara nail olmaq üçün reallaşma qrafikinin tərtib 
edilməsi, onlara riayət edilməsi vacibdir. Həmin bölmədə əsas diqqət ayrılmış 
vəsaitdən düzgün istifadə olunmasına yönəldilməsidir.
Biznes-planın reallaşması dedikdə - onun tərtib edildiyi firma üçün xarakterik 
olan bütün daxili və ondan kənar işçi tapşırıqlarının yerinə yetirilməsi başa düşülür, 
daha doğrusu, işgüzar biznes-planın layihə pilləsindən real istehsalat piləsinə 
keçirilməsidir. Reallaşacaq biznes-layihənin və onun üçün lazım olan vəsaitin 
planlaşdırılması özündə bir neçə məsələləri cəmləşdirilir.
Onlara:
- layihəni tətbiq etmək üçün firmada və ondan kənar işgüzar məsələlərin müəyyən 
edilməsi; 
- biznes-planı reallaşma pilləsində reallaşmağa 3 addım;
- şəbəkə planlaşdırılması və kompyuter texnikasından istifadə;
- reallaşdırmanın alternativ metodları və s. istiqamətlərdən geniş istifadə edilməlidir. 
Biznes-planın effektiv reallaşması metodunun seçilməsi prosesinə baxaq. 
Plan işləmələrin keyfiyyəti 
Planlaşdırma 
imkanı 
Dəyişikliklərin 
qəbul olunması 


Şəkil 14.2. Biznes-layihənin reallaşması metodlarının hazırlanması 
«Biznes-plan» anlayışı ilə «müəssisənin potensialı» və «rəqabət qabiliyyətli» 
anlayışları sıx əlaqəlidir. Bu anlayışlar bazarda müəssisənin imkanını, onlardan 
istifadə dərəcəsini və keyfiyyətini müəyyən edir. Rəqabət qabiliyyətinə nail olunması 
biznes-planın reallaşması sayəsində müəssisə potensialının reallığa çevrilməsi 
nəticəsində mümkündür. 
Müəssisənin imkanının müəyyənləşdirilməsi yalnız onun işlədiyi şəraitin 
təhlilini nəzərə almaqla realdır. Müəssisə potensialını aşağıdakı sxem şəklində 
göstərmək olar (şəkil 14.3). 
Şəkil 14.3. Müəssisə potensialının sxemi 
Müəssisənin potensialını formalaşdırılan bütün texniki, iqtisadi, maliyyə, sosial 
və digər prosesləri aşağıdakı qruplara ayırmaq məqsədəuyğundur: məhsul istehsalının
İmkişafın daha 
keyfiyyətli 
səviyyəsinə 
çıxmağının
xüsusiyyətləri 
maliyyə 
menecment 
Xammal,m
aterial 
Texnika,texn
ologiya 
Heyət 


mövcud imkanlarından istifadə prosesi; müəssisə potensialının genişləndirilməsi 
prosesi - təkrar istehsalın genişləndirilməsi; təkrar istehsal bazarının formalaşması və 
genişlənməsini təmin edən proseslər. 
Şəkil 14.4-də müəssisənin biznes-planının strukturu (blok-sxem) verilmişdir. 
Şəkil 14.4. Müəssisənin biznes-planının strukturu (blok-sxem) 
Biznes layihəsinin reallaşmasının planlaşdırılması aşağıdakı bir sıra məsələləri 
əhatə edir:
- layihənin həyata keçirilməsi üçün firmada və ondan kənarda yerinə yetirələcək 
işlərin tipini müəyyən etmək; 
- həyata keçirilən məsələlərdə hadisələrin həyata keçirilməsi ardıcıllığını müəyyən 
etmək; 
- layihənin həyata keçirilmə qrafıkinin hazırlanması; - nəzərdə tutulan məsələləri 
həyata keçirmək və başa çatdırmaq üçün lazım olan maddi, əmək və maliyyə 
ehtiyatlarının müəyyən edilməsi;
- layihənin bütün reallaşma dövrü üçün lazım olan pul vəsaitinin məbləğinin 
müəyyən edilməsi və dəqiqləşdirilməsi. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin