Motivasiya - işçilər qarşısında qoyulmuş məqsədlərin həyata keçirilməsi üçün,
işçinin tələbatlarını, dəyərlərini, əqidəsinin və dünya görüşünü nəzərə almaqla
stimullar yaratmaqdır. Motivasiyanı ancaq işçilərin davranışını, danışıqlarını
müşahidə edərək müəyyən etmək mümkündür.
Hal-hazırda müassisələrin təcrübəsində işçi qruplardan istifadə edilməsi daha
geniş yayılmışdır. Bu cür iş rejiminə keçid insanların fəaliyyətinin çevikliyi və
müstəqilliyi itə əlaqədardır. Bunu bir sıra xüsusiyyətlərlə müəyyənləşdinnək olar:
1. Adətən işçi qruplar xüsusi təyinatlı olurlar;
2. Onların müəyyən səlahiyyət və məsuliyyəti olur;
3. Mütəşəkkil kommunikasiya əlaqələri vasitəsilə belə işçi qruplar son
nəticədə səmərəli informasiya mənbəyi kimi çıxış edirlər.
Heyətin müəssisə daxili fəaliyyətində işçinin öz rolunu icra etdikdə müxtəlif
dərəcədə çalışdığı və cəhdlər etdiyi də unudulmamalıdır. Məlumdur ki, işçilərin bir
çoxu üçün işin keyfiyyəti mühüm əhəmiyyət kəsb edir və onlar başqaları ilə həmin işi
ən yaxşı icra etməyə, tam məhsuldarlıqla işləməyə, ixtisasını yüksəltməyə və
qarşılıqlı hərəkətlərə çalışır və cəhd edirlər. İşçilər tərəfindən işin keyfiyyətli icrasına
müxtəlif yanaşma daha bacarıqlı və peşəkar işçinin formalaşması ilə nəticələnir.
Araşdırmalar göstərir ki, motivləşdirmə təsirləri vasitəsi ilə müəyyən qüvvə
sərf etməklə işçilərdə məqsədyönlü fəaliyyət göstərmək fikri oyatmaq olar. Effektiv
işin təşkilinin ayrılmaz hissəsi məsələlərin yerinə yetirilməsinə nəzarət sisteminin
qurulmasıdır. Nəzarət alınan nəticələrinin planlaşdırılmışlarla müqayisəsindən, tələb
olunmuş göstəricilərdən, xüsusən mənfi, həmçinin onlann səbəblərinin
aydınlaşdırılmasından və lazımi düzəlişlərin vaxtı-vaxtında qəbulundan ibarətdir.
Müəssisənin işinin təşkili üzrə prosedurların və fəaliyyətlərin ümumi sxemi
şəkil 12.3-də göstərilir.
Şəkil 12.3. Müəssisənin işinin təşkili
Müəssisələrin qoyuluşu və fəaliyyət planının təyin edilməsi
Vəzifələrin bölüşdürülməsi
Fəaliyyətin koordinasiyası, istehsalın hərəkətə gətirilməsi
İstehsalın təşkili və məhsulun satışı
Ödəniş sisteminin işlənməsi və əməyin stimullaşdırılması
Məsələlərin yerinə yetirilməsinə nəzarət, nəticələrin
qiymətləndirilməsi və nöqsanların aşkarlanması
Əks əlaqələrin təmini və fəaliyyətlərin düzəlişi
|