xanasında olan qiymətin üzərində B1 xanasındakı qiymət :) A1B1
PRODUCT(hasili hesablayır) məsələn: =PRODUCT(5,7) → 5*7=35 və yaxud qiymət əvəzinə xana ünvanları yazıla bilər, diapazon yazıla bilər. Məsələn =PRODUCT(C5,F4)həmin xanadakı qiymətləri bir birinə vuracaq. Diapazon göstərərsə =PRODUCT(A1:B5) həmin diapazondakı qiymətləri bir birinə vuracaq, boş xanalar və mətn tipli xanalarnəzərəalınmır.
Sum (cəmi bildirir) məsələn: =Sum(9,7) → 9+7=16 və yaxud xana və diapazon yazıla bilər . =Sum(A1,B5),
=Sum(B8:E9) . Boş xanalar və ədəd tipli olmayan xanalar nəzərə alınmır.
AVERAGE(orta qiymətin tapılması) orta qiymətin tapılması nə deməkdir? Yəni ədədləri toplayıb "sayına" bölürük.
Məsələn: =AVERAGE(5,6,7) → (5+6+7)/3=6, burda da həmçinin xanalara istinad ola bilər yəni
=AVERAGE(B5,C5,D5,E5) → (B5+C5+D5+E5)/4.
COUNT(bu funksiyanın işi gücü yalnız ədədləri saymaqdır) məsələn: =COUNT(0,5,5,7,4,6,4,9,1,2,K,ə,n,a,n) → =10
=COUNT(A1:F8) → bu diapazondakı ədədləri sayacaq.
COUNTA (əvvəlki funksiyadan fərqli olaraq bütün dolu xanaları sayır) məsələn: =COUNTA(F5:K5) → bu diapazondakı bütün dolu xanaları sayacaq və ya =COUNTA(0,5,5,7,4,6,4,9,1,2,K,ə,n,a,n) → =15
COUNTİF (müəyyən şərti ödəyən verilənləri sayacaq) məsələn: =COUNTİF(A1:D7, ">2019")bu diapazonda 2019 dan böyük olan ədədləri sayacaq =COUNTİF(A1:D7,"MagistrOL") bu diapazonda MagistrOLsözlərini sayacaq.
Max ( maksimum qiymətin tapılması) məsələn: =Max(4,5,6,7) → =7 və ya =Max (A1:B5) →bu diapazondakı ən böyük ədədi tapacaq.
Min(minimum qiymətin tapılması) məsələn: =Min(4,5,6,7) → =4 və ya =Min(A1:B5) →bu diapazondakı ən kiçik