Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


I Həm əsas nitq hissəsi, həm də modal söz kimi işlənənlər



Yüklə 319,77 Kb.
səhifə113/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   109   110   111   112   113   114   115   116   ...   189
2019-04-25 12-07-55

I Həm əsas nitq hissəsi, həm də modal söz kimi işlənənlər: görünür, deyəsən, görəsən, demək, deməli, müxtəsər, demə, olmaya, bilməyə, xülasə, qərəz, yaxşı, birinci, ikinci, tutaq ki, necə deyərlər, şübhəsiz və s. Məs.: Ulduzlar görünür (feil) uzaqda lay-lay. (S. V.) Görünür (modal s.), Qaraşı Naznaz öz toruna salıb. (M. İ.) Qaraca, görünür (modal s.), bu buyuruğa şad olaraq, cəld irəlilədi. (İ. Ə.) Bunlar aramızda sirr olaraq qalsın, hələlik heç kimə demə (feil); Demə (modal s.) bu tamam ayrı adam imiş.
Sözün doğrusunu zarafatda deyərlər (substantivləşmiş sifət); Doğrusu, ümidimi tamam üzmüşəm (modal söz).
Cavan ovçu qonşu qızı Gülpərinin eşqinə alışır, necə deyərlər (modal söz), sinəsi işvəsindən, qəmzəsindən qara daşları əridən gözəllər gözəli Gülpərinin nişangahına çevrilir. (Az. əfsanələri) Həkimlər bu amansız xəstəliyi zavallıya necə (sual əvəzliyi) deyərlər? (feil)
II Yalnız modal söz kimi işlənənlər: bəlkə (də), əlbəttə (ki), guya (ki), sanki, adətən, ümumiyyətlə və s. Məs.: Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ, salamat qal. (M. A.) Sanki bir pəridir, pəri yox, bir ay! (N. G.) Sonralar anamgil deyirdilər ki, guya mən fikirləşmişəm ki, gecə bu nəhəng tirlər uçub tökülər üstümüzə. (İ. Ə.) Mən onun sevincinin, fərəhinin yerə-göyə sığmadığını hiss edirdim və qəribə idi ki, bu mənim özümü də sanki xoşbəxt edirdi. (İ. Ə.)
Modal sözlər əsas nitq hissələrindən əmələ gəldikləri üçün onlar iki qismə ayrılır: a) ismi modal sözlər: təəssüf (ki), doğrusu, düzü, birinci, məncə, əlbəttə, həqiqətən;
b) feli modal sözlər: görünür, demə, tutaq ki, olmaya, bilməyə, ola bilsin ki, deyildiyinə görə, görəsən və s.
Modal sözlərin aşağıdakı məna növləri var:
1. Gerçəkliyə münasibət bildirənlər (adi dərəcədə və ya qəti təsdiqini bildirənlər): təbii ki, həqiqətən (də), şübhəsiz (ki), şəksiz, əlbəttə, doğrudan (da), doğrusu, düzü, doğrudan-doğruya və s. Məs.: Həqiqətən, mənə elə gəlirdi ki, bu qəşəng gəlini təzə görürəm. (İ. Ə.) Mən o gecə, həmişə olduğu kimi, yatmazdan əvvəl Bayram babamın yanında uzanıb onun məni güldürmək üçün elədiyi məzəli söhbətlərə, nağıllara qulaq asmadım, daha doğrusu, qulaq asa bilmədim. (İ. Ə.) Şahım, böyük təhlükədir Vaqif, doğrudan, Onu gözünüzdən qoymayın bir an! (S. V.) Bəzən mənə elə gəlirdi ki, anam özü də məndən xəbərsizdir, əlbəttə, mən bu xəbərsizliyin nədən ibarət olduğuna aydın cavab verə bilməzdim. (İ.Ə.)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin