Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə39/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   189
2019-04-25 12-07-55

Sarı (sifət): Mən aşiq sim sarı,
Sarı (feil): Aşıq, saza sim sarı,
Öləndə axtarar göz
Qohum, qardaş, simsarı.
(A.M.Azaflı)
Sarı (qoşma): Mən aşiq dağa sarı,
Üz tutdum dağa sarı,
Tutaydım yar əlindən,
Çıxaydım dağa sarı
(Bayatı)
Özgə:
Sifət kimi: Başı top olsun anın özgə cövkan istəyə. (İ.N).
Qoşma kimi: Kim ki didarından özgə nəsnə istər, ey sənəm, Yetməsin həqdən nəsibi, əhli-didar olmasun! (İ.N.)
Ayrı:
Sifət kimi: Bülbüli-qüdsi isən, ayrı gülüstan gözləmə.
Qoşma kimi: Qəddindən ayrı, ey can, sərvi-rəvan gərəkməz. (İ.Nəsimi)
Verdiyimiz nümunələrdən də aydın olur ki, sifətlə zərfi fərqləndirmək üçün onlara verilən suallarla yanaşı, aid olduqları, əlaqəyə girdikləri nitq hissəsinə, üzvə də baxmaq lazımdır. Əşya ilə bağlıdırsa, sifət, hərəkətlə bağlıdırsa, zərf kimi qəbul edilir. Digər nitq hissələri ilə sifətin fərqləndirilməsində də bu cəhətlərə diqqət yetirmək gərəkdir. Əgər eyni fonetik tərkibə malik olan söz qoşmadırsa, təklikdə işlənmir, ismin müəyyən halına qoşularaq, onunla birlikdə bir suala cavab verir və cümlə üzvü olur; feildirsə, özünün sualı, qrammatik mənası və sintaktik vəzifəsi ilə fərqlənir. Eləcə də digər nitq hissələri.
Sifətin lüğəvi məna növləri və quruluşu. Sifət əşyanın əlamətini, keyfiyyətini, dad və rəngini, insanların və heyvanların fizioloji xüsusiyyətlərini bildirir. Bu baxımdan sifətlərin aşağıdakı məna qrupları yaranır:
1. Rəng bildirən sifətlər: ağ, qara, mavi, abı, qırmızı...
Abı deyil, Eləmi, boz təpələr,
Al deyil, abı deyil. Boz qaya, boz təpələr.
Sevgilim mərd igiddi, Dostuma tənə dəydi,
Qara yer babı deyil. Ürəyimə qan səpələr.
(Bayatı)
gün ağardar, qara gün qaraldar. Ağın adı var, qaranın dadı. (A.sözü) balqabaq, boz balqabaq, balqabaq. (Yanıltmac) Göy cöngə, gömgöy cöngə, dümgöy cöngə. (Yanıltmac) Əlindəki söyüd çubuğuna keçirdiyi balıqların pulları parıldayır, qanadları və quyruqları açıq-çəhrayı rəngə çalırdı. (İ.Ş.) Gəlinin yanaqları getdikcə qızarır, açıq-göy gözləri sevincdən parıldayırdı. (Ş.A.)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin