Etibarlılıq(dayanıqlıq)-müasir texnikanın əsas problemidir və dövlət
əhəmiyyətli məsələlər sırasındadır.
Etibarlılıq dedikdə verilən müddətdə öz istismar xüsusiyyətlərini saxlamaqla
qoyulan funksiyanı yerinə yetirə bilən sistemin xassəsi başa düşülür.
Sistemin etibarlılığı müəyyən müddətdə iş qabiliyyətini saxlamaqla fasiləsiz
olaraq imtinasız xidmətlə xarakterizə olunur.Fasiləsiz texnoloji proseslərdə
avadanlıqların fasiləsiz işi 300-1000 gün və daha artıq nəzərdə tutulur.Əgər
avtomatlaşdırma sistemi istehsalın fasiləsiz iş müddətindən az
vaxtda dayanarsa
istehsal qəza halının yaranması ilə əlaqədar dayandırılır.Nəticədə avtomatlaşdırma
sisteminin imtinası nəticəsində məhsul itgisi yaranır,iqtisadi effektlilik aşağı düşür(
avadanlığın məhsuldarlığı böyük olduqca bu itgidə çox olur)
Müəyyən edilmişdir ki, (kimyəvi) texnoloji proseslərin yüksək səviyyədə
avtomatlaşdırılması üçün 3-5 min gün imtinasız işlək sistemlərindən istifadə
edilməlidir.
Bəzi hallarda avtomatik idarəetmədə iqtisadi tələblər qoyulmur.Bu elə
proseslərdir ki, orada istehsalın dayanması insan ölümü,partlayış və s. ilə
xarakterizə olunur.
Avtomatlaşdırma sisteminin etibarlılığını artırılmasının əsas yollarından biri
vericilərin (datçik),tənzimləyicilərin və digər elementlərin işləməsi üçün münbit
şəraitin yaradılmasıdır.Buna isə belə sistemlərin ayrıca ,normal şəraitə malik
otaqda yerləşdirmə ilə nail olmaq olar.
Avtomatik idarəetmə sistemlərinin etibarlılığı
layihələndirmə,avadanlığın
hazırlanması və istismarında nəzərd tutulmalıdır.
Etibarlılıq probleminin texniki məzmunu aşağıdakılardır:
-avtomatik idarəetmə sistemlərinin i.lənməsi və istehsalı müəyyən etibarlılıq
zəmanəti ilə olmalıdır:
-avtomatik idarəetmə sistemlərinin elementlərinin etibarlılığı sistemin
etibarlılığından aşağı olmamalıdır
-etibarlılıq elə olamlıdır ki,sistemin bütün istismar müddətinə aid olması
Etibarlılıq nəzəriyyəsinin əsas anlayışlarından biri imtinadır.
İmtina elə bir hadisədir ki,onun yaranması nəticəsində sistemin müəyyən
edici həddlərdən kənara çıxır və öz funksiyalarınıyerinə yetirə bilmir.İmtina anının
baş verəcəyi an əvvəlcədən müəyyən edilə bilməyindən təsadüfi olur.
İmtinalar qəflətən (bir çox hallarda elementlərin mexaniki və elektriki
zədələnməsindən)və tədricən baş verən növlərinə bölünür.
Normal funksiyasının pozulması dərəcəsinə görə imtina dərəcəsi tam
imtinaya və azmiqdarda(azacıq)imtinaya ayrılır.Tam imtinada sistem artıq
istifadəyə yararsız olur.Azacıq imtinada sistemin öz funksiyanı yerinə yetirmək
imkanı qalır...
İmtina konstruktiv,texnoloji və istismar xarakterli ola bilər (konstruktiv
çatışmazlıq,hazırlanma texnologiyasının pozulması və sistemin düzgün istismar
olunmaması ).Bu anlayış həmdə sistemin elementlərinə aid edilir.
Dostları ilə paylaş: