3.5. Əmək haqqı və onunla əlaqədar hesablaşmaların uçotu
Müəssisənin siyahı sayına daxil olan və olmayan işçi heyəti ilə əməyin ödənişi üzrə (bütün növdən olan əmək haqqı, mükafat, müavinət, işləyənlərə pensiya və s.) habelə müəssisənin səhmləri və digər qiymətli kağızlar üzrə ödəniləsi gəlir üzrə hesablaşmaların uçotu 70 saylı «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesabında aparılır. Bu hesabda aşağıdakı subhesablar açıla bilər:
70/1 «Müəssisənin ştatında olan işləyənlərlə hesablaşmalar»
70/2 «Əvəzçilik işləyənlərlə hesablaşmalar»
70/3 «Mülki-hüquqi müqavilə üzrə işləyənlərlə heablaşmalar»
İşçlərə hesablanmış əmək haqqı məbləği istehsal və ya tədavül xərclərini uçota alan hesablarla (əmək haqqı məhsulun maya dəyərinə daxil edilən zaman) müxabirləşdirilməklə qeyd edilən hesabın kreditinə yazılır. Bu zaman Dt – 20, 23, 25, 26,28, 29 və s. Kt – 70 mühasibat yazılışı tərtib olunur. Əmək haqqının digər mənbələr hesabına ödənilməsi zamanı, onun hesablanması zamanı DT- 07, 08, 10, 12, 47, 80, 81, 96 və s. Kt-70 mühasibat yazılışı verilir. Əməyin ödənişi üzrə qüvvədə olan əsasnaməyə əsasəe işçilərə hesablanmış əmək haqqı fonduna daxil edilən mükafat məbləği üçün Dt-20, 23, 25, 26, 28 və Kt-70 mühasibat köçürməsi verilir. Rəhbər işçilərə, mütəxəssislərə, qulluqçulara və digər işçilərə hesablanmış mükafat isə maddi həvəsləndirmə fondunun vəsaiti hesabına verilir ki, bu zaman Dt-88/5 Kt-70 mühasibat yazılışı verilir. Hazırda işçilər müəssisədə 6 ay işlədikdən sonra məzuniyyət hüququna malik olurlar və işçilərə məzuniyyət il ərzində bərabər sayda təqdim edilmir. Odur ki, məzuniyyət haqqının istehsal məsrəflərinə bərabər qaydada aid edilməsi üçün hər bir ay 89 saylı «Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» hesabında ehtiyat yaradılır. Bu zaman Dt 20, 23, 26 və s. Kt 89 yazılışı tərtib olunur. Məzuniyyət haqqı hesablanan zaman isə Dt 89, Kt 70 yazılışı verilir. Rəhbər işçilərə, qulluqçulara və mütəxəssislərə məzuniyyət haqqı hesablanan zaman bu məqsədlə ehtiyat yaraddılmır və əsas əmək haqqı kimi uçota alınır. Müəssisə və təşkilatlarda işçilərin sosial müdafiəsini təmin etmək üçün məcburi dövlət sosial sığortası keçirilir. Sosial sığorta xərcləri müəssisənin istehsal xərclərinə daxil edilir və əməyin ödənişi fonduna nisbətən faizlə (hazırda 27% və 30%) həcmdə müəyyən olunur. Müəssisə müəlliflik qanararı ödəyən zaman isə 15% sığorta ayırması edilir. Sosial sığortaya ayırmaların uçotu üçün 69 «Sosial sığorta və təminat üzrə hesablaşmalar» hesabı nəzərdə tutulur. Onun iki subhesabı vardır: 69/1 «Sosial sığorta üzrə hesablaşmalar»; 69/2 «Pensiya, təminat üzrə hesablaşmalar». Hesabın kreditində hesablanmış məbləğ, debetində isə onun istifadəsi və təyinatı üzrə köçürülməsi uçota adınır. Məcburi dövlət sığortasına ayırma edilən zaman Dt 20, 23, 25, 26 və s. Kt 69 mühasibat yazılışı verilir. Vəsaitin təyinat üzorə köçürülməsi isə Dt-69, kt-51 yazılışı ilə rəsmiyyətə salınır. Sosial sığorta vəsaiti hesabına işçilərə müavinət hesablanması zamanı Dt-69, Kt-70, bu hesaba nəğd ödəmə isə Dt 69,Kt-50 yazılışı ilə rəsmiyyətə salınır. Hazıra işçilərin əmək haqqından bir sıra tutulmalar edilir ki, bu də məcburi və müəssisənin təşəbbüsü ilə həyata keçirilən tutulmalara bölünür.
İcbari tutulmalara gəlir vergisi, pensiya təminatı üçün əmək haqqında 20 % həcmində tutulma, icra sənədi üzrə üçüncü şəxsin hesabına tutulmalar, digər tutulmalara isə maddi ziyanın ödənilməsinə görə, zay məhsula görə, qaytarılmayan təhtəl hesab məbləğə görə, ssuda xüsusi geyimlər və s. görə tutulmalar aiddir.
Tutulmalar edilən zaman xarakterindən asılı olaraq 70 saylı hesabın Dt-də 68, 69/2, 73/3, 76 ovə s. hesabları Kt-də əks etdirilir. İşçilərə çatası əmək haqqı adətənödəniş cədvəli üzrə kassadan nəğd qaydada ödənilməklə verilir. Onlara əmək haqqı pul və natural formada ödənilə bilər.Əmək haqqı pul formasında kassadan ödəqildikdə Dt-70, Kt-50, natural formada ödənildikdə isə Dt-70, Kt-46, 47, 48 mühasibat yazılışı verilir. Bəzi hallarda işçinin xahişi ilə ona çatası əmək haqqı bankdakı şəxsi hesabına da köçürülə bilər ki, bu zaman onun köçürülməsi zamanı Dt-70, kt-51 mühasibat yazılışı tərtib olunur.
Hesablanmış, lakin müəyyən edilmiş müddətdə ödənilməmiş (pul alanların gəlməməsi ilə əlaqədar) məbləğlər 70 №-li «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesabının debetinə, 76 №-li «Müxəlif debitor və kreditorlarla hesablaşmalar» hesabınan (deponentlərlə hesablaşmalar subhesabı) hesabının kreditinə yazılır. 70 №-li «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesabı üzrə analitik uçot müəssisənin hər bir işçisi üzrə aparılır.
«Deponent» qaydasında banka qaytarılan pul məbləği işçilərin tələbi əsasında bankdan alınır və ödənilir. Pul məbləği bankdan alınarkən 50 №-li «Kassa» hesabının debeti və 51 №-li «Hesablaşma hesabı»nın kreditinə yazılış aparılır. Kassaya daxil olmuş pul məbləği deponent üzrə ödəndikdən sonra ikinci yazılışla, yəni 50 №-li «Kassa» hesabının kreditinə və 76 №-li «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar» hesabının «Deponentlərlə esablaşmalar» subhesabının debetinə yazılış aparılmaqla uçotda əks etdirilir.
Tələb olunan deponent borcu müəssisə tərəfindən üç il müddətinə saxlanmalı və həmin vaxt keçdikdən sonra budcəyə köçürülməlidir.
Əmək haqqının analitik uçotu hər bir işçiyə açılmış şəxsi hesablarda aparılır.
Dostları ilə paylaş: |