reaksiyaların latent dövrü boksçu fəaliyyətində cəldliyin təkmilləşmə dərəcəsinin vacib göstəricisi hesab edilir. Elə döyüş zamanı boksçuya daha çox mürəkkəb hərəki fəaliyyət icra etmək
lazim gəlir ki, bu zaman seçim qarşısında qalmaqla, yəni rəqibin davranışından asılı olaraq müxtəlif
siqnallara reaksiya vermək tələb olunur. Bu halda cavab reaksiyasının uzanması qeyd olunur, bəzən
isə bu daha gözəçarpan şəkildə müşahidə edilir.
Tək hərəkətin icra sürəti əzələlərin proprioreseptorlarının funksional vəziyyətindən,
oyanmanın nəql olunma sürətindən, əzələlərin təqəllüs müddətindən asılıdır. Bütün bunlar
funksional hərəkət vahidinin xarakteristikası ilə (zəif və ya sürətli hərəkət vahidi) şərtləndirilir ki,
onlar da özündə sinir - əzələ strukturunun göstəricilərini əks etdirir və bunun inkişafı ilə bərabər tək
hərəkətin icrasına sərf olunan zaman qısalır. Artıq 13-14 yaşda tək hərəkətə sərf olunan zaman
müddəti yaşlı göstəricilərinə yaxınlaşmış olur. Bununla bərabər 16-17 yaşlarında bəzi enmələr
müşahidə edilir, lakin 20-24 yaşlarında yenədən bəzi yüksəlmələrin olması qeyd olunur. Gənc
idmançılar tək hərəkətlərin yaxşı inkişaf etmiş sürəti ilə xarakterizə olunurlar. Artıq 13-14
yaşlarında sistematik məşq edən uşaqların idmanla məşğul olmayanlar üzərində açıq-aşkar
üstünlükləri müşahidə edilir. Növbəti yaş dövrlərində gənc idmançıların qeyri - idmançılar
üzərindəki üstünlükləri qorunub saxlanılır, lakin fərqlər bir qədər azalır.
Cəldliyin mühüm tərkib hissəsi hərəkətlərin tezliyi (tempi) hesab olunur. Hərəkət tempinin
yüksəldilməsi ilə əlaqələndirilən vacib fizioloji faktorlardan biri də beyin qabığı və digər sinir
sistemi mərkəzlərindəki sinir proseslərinin mütəhərrikliyi hesab edilir ki, bunlar da oyanma və