Ключевые слова: молочко маточное пчелиное, органолептический, физико-
химический, деценовые кислоты, антимикробная и биологическая активность, экспертиза,
преподование
Ana arı südü insanlar tərəfindən qədim zamanlardan istifadə olunur. Orta əsrlərdə onu
panaseya, bəzən də “korol jelesi” adlandırırdılar.
Arı südünü müalicə məqsədi ilə istifadə etməyi ilk dəfə keçən əsrdə (1922-ci ildə) fransız
tədqiqatçısı – Sarbon Universitetinin professoru R. Şoven təklif etmişdir. O, xəstələrə arı südünü
təbii halda yeməkdən qabaq vermiş və müsbət nəticələr əldə etmişdir. Şoven, xəstələrə ampulada
verilən arı südünü “apiserum” adlandırmışdır [1 s. 40].
Ana arı südü yemləyici arıların hipofaringial və ya allotrofik vəzilərinin sekretindən alınır.
Onun tərkibində 400-ə yaxın maddənin olması, insanlar tərəfindən istifadə edilməsi, dietik, müalicə
və profilaktik təsirinin yüksək olması ilə səciyyələnir. Bu da onun bioloji xassələrinin və praktik
istifadə imkanlarının öyrənilməsi imkanlarını yaradır.
Ana arı südü nadir (unikal) xassələrə malikdir. Özünü sterilləşdirmə xüsusiyyətinə malik
olduğu üçün onun tərkibində mikroorqanizmlər aşkar edilməmişdir. Onun tərkibində desen
turşularının varlığı təbiiliyinə dəlalət edir və mübadilə proseslərinin komponenti hesab olunaraq
müəyyən bioloji xassələrə malikdirlər. Bütün dekan və desen yağ turşularının içərisində ön sırada
10-oksi-2-desen turşusu yer alır. Bu maddə məhsulun həqiqiliyini isbat edən marker hesab olunur
[3, s. 33].
İşçi arıların sürfələrini yemləmək üçün südü, ana arı südünün kimyəvi tərkibindən fərqlənir.
Ona görə, işçi arıların südü “arı südü”, ana sürfələrini yemləmək üçün isə “ana arı südü” ifadələrini
işlətmək düzgün olardı. Ənənəvi olaraq, hazırda hər iki ifadədən istifadə olunur. Bundan başqa,
müalicə məqsədilə məhz möhürlənməmiş anacıqlardan toplanılan ana südündən istifadə olunur.
Əhəmiyyətli burasıdır ki, işçi və erkək arı hücrələrindəki arı südünün miqdarı, anacıqlarda olan
südün miqdarından 100 dəfə az olur, ona görə onlar arasındakı fərq danılmazdır.
Ana arı südünün ekspertizasının tədrisi Azərbaycan Respublikasında 01 iyul 1991-ci ildən
qüvvədə olan (Молочко маточное пчелиное, Queen bee larval food.) ГОСТ 28888-90 standartının
tələblərinə uyğun aparılır [2, s. 1].
Ana arı südünün ekspertizasını aparmamışdan əvvəl onun emal texnologiyası – toplanması,
saxlanması və digər xüsusiyyətləri tələbələrə qısa olaraq şərh edilməlidir. Çünki, ekspertiza üçün
emal prosesinin hansı şəraitdə aparılması, məhsulun saxlanması və qablaşdırılması mühüm sanitar-
gigiyenik əhəmiyyət kəsb edir.
Ana arı südünün emal texnologiyası hər birinin öz variasiyası olan standart əməliyyatlardan
ibarətdir. Əvvəlcə ana arı ailədən götürülərək arılara anasızlıq (yetimlik) hiss etdirilir. Sonra pətəyə
1-1,5 günlük sürfələri köçürmək mümkün olan çərçivə qoyulur. Arılar həmin sürfələri arı südü ilə
162
yemləyərək tərbiyə etməyə məcbur edilir. Üç gündən sonra – ana arı südünün miqdarı şan
qovuqcuqlarında maksimuma çatdıqda (200-250 mq) sürfə köçürülən çərçivə çıxarılır və onlardan
laboratoriya şəraitində ana arı südü alınır [5, s. 15].
Köçürmə çərçivələrinin hazırlanması metodları müxtəlifdir və onlar 2 qrupa bölünür:
sürfələr köçürülmədən və sürfələrin köçürülməsi yolu ilə [4, s. 18]. Birinci metoda mahiyyəti
laboratriya və seminar dərslərində açıqlanan Miller, Alley və Çander üsulları aiddir.
Müasir dövrdə sürfələrin plastmass və ya mum kasacıqlarında köçürülməsi yolu ilə ana arı
südünün alınması daha geniş yayılmışdır (ikinci metod).
Ana arı südünün alınması aşağıdakı əməliyyatlardan ibarətdir: kasacıqların hazırlanması,
sürfələrin kasacıqlara köçürülməsi, bəsləyici ailələrin hazırlanması və istifadəsi, ana arı südünün
toplanması və farmakoloji zavoda nəql edilməsi.
Ana arı südünün bioloji fəallığının saxlanılması üçün o, arıxana şəraitində konservləşdirilir.
Kasacıqlardan çıxarılmış süd dərhal çini həvəngdə adsorbentlə 1:4 nisbətində qarışdırılır. Adsorbent
qismində 97-98 % laktoza və 2-3 % qlükozanın qarışığı işlədilir. Buna adsorbsiya edilmiş ana arı
südü deyilir. Ana arı südü toplanandan 1,5 saat ərzində fəallığını saxlayır deyə, bu iş mümkün qədər
qısa zaman müddətində başa çatdırılır. Bu cür südün 1,5 saat müddətində qızdırılmadan rütubətliliyi
1-2 %-ə çatanadək qurudulur, sonra qalıq nəmliyi 0,7 %-ə enənədək vakuum altında 45 dəqiqə
ərzində qurudulması sona çatdırılır. Nəticədə adsorbsiya edilmiş apilak alınır. Onun keyfiyyəti quru
(liofilizə edilmiş) süddən yüksək olur.
Xam arı südü soyuducuda -6 °C-dən yuxarı və -10°C-dən aşağı olmayan temperaturda
saxlanılır. Zəmanət müddəti həmin temperaturlar həddində - 6 ay, ətraf mühit temperaturda isə - 2
saatdır.
Adsorbsiya edilmiş xam süd 4 °C-dən 8 °C-dək temperaturda – 9 ayadək, -6 °C-dək
temperaturda - 1 ilədək, -18 °C temperaturda – 2 ilədək müddətə saxlanılır. Adsorbsiya edilmiş
quru südün saxlama müddəti 20 °C-dək temperaturda – 2 il, 8 °C-dək temperaturda – 3 ildir.
Ana arı südü atmosfer çöküntüləri və birbaşa düşən günəş şüalarından qorunmalıdır.
Dövlət standartlarının tələblərinə görə, ana arı südü qida məqsədilə 2 (iki) yerə bölünür: 1)
xam süd; 2) adsorbsiya edilmiş süd. Adsorbsiya edilmiş süd də öz növbəsində 2 (iki) yerə bölünür:
a) adsorbsiya edilmiş xam süd; b) adsorbsiya edilmiş quru süd. Bu məqalədə biz yalnız xam südlə
bağlı tədris və elmi bilgilərimizi paylaşırıq. Bununla bağlı tələbələrdə aydın təsəvvür
formalaşdırmaq üçün, biz adorbsiya edilmiş südü də xarakterzə edirik.
Ekspertizanı aparmaq üçün partiyanın ortasından seçilmiş hər flakondan steril şpatellə
nöqtəvi nümunə götürülür, onlar kütləsi 10 q-dan az olmayan orta nümunə kimi birləşdirilir. Orta
nümunə iki bərabər hissəyə bölünür, biri təyinetmə üçün, digəri isə tünd şüşədən ibarət flakona
qoyulur, soyuducuda -6 °C temperaturda 3 ay müddətinə saxlanılır, keyfiyyətinin
qiymətləndirilməsində fikir ayrılıqları olduqda təyinetmə üçün istafadə edilir.
Dərsin əvvəlində təyinetmə metodları tələbələr tərəfindən mənimsənilir və müəllimin
iştirakı ilkə onların aparılma ardıcıllığı müəyyənləşdirilir. Laboratoriya şəraitində xam südün
keyfiyyət göstəriciləri müvafiq reaktiv, avadanlıq, cihaz və alətlərin köməkliyi ilə aparılır.
Desen turşularının, xam proteinin, şəkərlərin kütlə payı, habelə antimikrob fəallıq və
bakterial çirklənmə ana arı südünün keyfiyyəti ilə bağlı fikir ayrılıqları baş verdikdə təyin edilir.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə ana arın südü cədvəldə göstərilən
tələblərə uyğun olmalıdır.
Cədvəl
Göstəricinin adı
Xarakteristikası və norması
Xarici görünüşü və qəlizliyi
Həmcins qeyri-şəffaf xamayabənzər
kütlə
Rəngi
Ağ sarımtıl yaxud zəif kreməbənzər
İyi
Bal dadı verən xoşagələn, azacııq
yandırıcı, büzüşdürücü
163
Mexaniki qarışıqlar
Olmamalıdır
Quru maddələrin kütlə payı, %
30,0 – 35,0
Mumun kütlə payı, %, artıq
olmamalı
2,0
Məhsulun oksidləşməsi, s, artıq
olmamalı
10,0
Flüorossensiya
Açıq-mavi
Arı südünün suda məhlulunun 1 %-
li kütlə payında hidrogen ionlarının
konsentrasiyası (pH)
3,5 – 4,5
Desen turşularının kütlə payı, %, az
olmamalı
5,0
Xam proteinin kütlə payı, %
31,0 - 47,0
Bərpa olunan şəkərlərin kütlə payı,
%, az olmamalı
20,0
Saxarozanın kütlə payı, %, arıq
olmamalı
10,5
Antimikrob fəallığı (stafilakokka
qarşı bakteriostatiklik – şt 209), mq/sm³,
artıq olmamalı
14,0
Məhsulun qeyri-patogen mikroblarla
çirklənməsi, min/q, artıq olmamalı
1,5
Bioloji fəallığı, mq, az olmamalı
180
Təqdim edilmiş ana arı südünün ekspertizasını aparmaq üçün tələbələr əvvəlcə onun
orqanoleptik (xarici görünüşü və qəlizliyi, rəngi, iyi), sonra isə fiziki-kimyəvi göstəricilərini dövlət
standartının tələblərinə uyğun aparır. Aparılmış təyinetmələrin nəticələri tələbələrə müfəssəl şərh
edilir və müvafiq qaydada qeyd edilir. Nəticələr məcmuyu üzrə qiymətləndirilir və ana arı südünün
keyfiyyəti haqqında mühakimə yürüdülür.
Dostları ilə paylaş: |