Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə4/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   2   3   4   5   6   7   8   9   ...   151
Tofiq Köçərli                                    - 4 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
tarix  elmi  hakim  sosialist    ideologiyasının  inhisarında  idi,  tarixçilər  bir  çox  tarixi 
dövrləri  və  prinsipial  problemləri  Moskvanın  az  qala  qanun  gücü  olan  sxem  və 
siyasi  qiymətləri  çərçivəsində  işıqlandırmaq  zorunda  idilər.  Bu,  təbii,  üçcildliyin 
səviyyəsinə mənfi təsir etməyə bilməzdi. Bununla belə, ilk  dəfə məhz üçcildlikdə 
Azərbaycanın  ən  qədim    dövrdən  1960-cı  ilə  qədərki  tarixi  sistemli  şəkildə 
işıqlandırıldı.  
Đndi,  Azərbaycanın  müstəqilliyi  şəraitində  tariximizin  hərtərəfli  və  obyektiv 
öyrənilməsinin dönüş anını yaşayırıq.   
Görülən  işlər  artıq  göz  qabağındadır.  Milli  Elmlər  Akademiyasının  və  ali 
məktəblərin  tarixçi  alimləri  tariximizin  müxtəlif  dövrlərinə  və  problemlərinə  dair 
onlarla dəyərli elmi əsər çap etdirmişlər.  
Ən  başlıcası,  yeddicildlik  «Azərbaycan  tarixi»  artıq  işıq  üzü  görüb.  Tarix 
Đnstitutu  kollektivinin,  cildlərin  müəllif  və  redaksiya  heyətlərinin  çoxillik  gərgin 
əməyinin məhsulu olan bu cildlər tarix elminə sanballı töhvədir. Şübhə yoxdur ki, 
yeddicildlik,  Azərbaycan  tarixinin  gələcəkdə  daha  da  əsaslı  surətdə  və  diqqətlə 
öyrənilməsində möhkəm təməl olacaqdır.  
Zənnimcə, yeddicildlik «Azərbaycan tarixi» ən azı rusca nəşr edilməlidir.  
Tariximizi,  xüsusən    də  Qarabağ  və  Naxçıvan  tarixini  saxtlaşdırıanlara  qarşı 
mübarizə  sahəsində  problemlər  var.  Zənnimcə,  bu  iş  dövlət  səviyyəsində  təşkil 
olunmalıdır.  Antiazərbaycanizm  ideologiyasına  və  təbliğatına  qarşı  mübarizəyə 
planlı, sistemli və məqsədyönlü xarakter verilməlidir.  
Azərbaycan  həqiqətlərini  əks  etdirən  sənədlərin,  materialların  və  elmi 
əsərlərin  dünya  ictimaiyyətinə  çatdırılması  istiqamətində  səylərimizi  birə  on  qat 
artırmalıyıq. 
Bir misal. 
Ermənilər  4  dildə  40  min  tirajla  buraxdıqları  «Arsax»  kitabının  2003-cü  ildə 
ABŞ konqressi kitabxanasında prezentasiyasını təşkil etdilər. Bu, ermənilərin ABŞ 
konqressinin kitabxanasına təqdim  etdikləri 14-cü kitab idi. 14  kitabın hər birinin 
təqdimatı ABŞ konresssinin bir sıra üzvlərinin iştirakı ilə keçirilmişdi. 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin