933) Böyrəklərin xroniki xəstəliklərinin minimal diaqnostik meyarlarına hansı müayinə metodları daxildir?
A) Sidiyin,qanın ümumi analizi, qan zərdabında kreatininin,sidik cövhərinin, qalıq azotunun, sidik turşusunun təyini, kreatininin klirensinin təyini
B) Sidiyin ümumi analizi, sutkalıq proteinuriya, kreatininin klirensinin təyini, Zimnitski sınağı
C) Sidiyin,qanın ümumi analizi, böyrəklərin USM-si, kreatininin klirensinin təyini
D) Antropometriya, sidiyin ümumi analizi, mikroalbuminuriya, qan zərdabında kreatininin səviyyəsi, Kokroft-Qolt düsturu ilə yumaqcıq filtrasiyasının sürətinin hesablanması
E) Sidiyin ümumi analizi, mikroalbuminuriya, böyrəklərin USM-si, C-reaktiv zülalın, qlükozilləşmiş hemoqlobinin təyini
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
934) XBÇ – nın ilkin mərhələsində olan xəstələrin pəhrizində zülalların miqdarı nə qədər olmalıdır?
A) Bədən çəkisinin 1,0 qr\kq
B) Bədən çəkisinin 1,5 qr\kq
C) Bədən çəkisinin 0,6 qr\kq
D) Bədən çəkisinin 0,2 qr\kq
E) Zülalın miqdarına məhdudiyyət qoyulmur
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
935) XBÇ – nın özünü biruzə vermiş mərhələdə olan xəstələrin pəhrizində zülalların miqdarı nə qədər olmalıdır?
A) Bədən çəkisinin 1,5 qr\kq
B) Bədən çəkisinin 0,2qr/kq
C) Bədən çəkisinin 0,6qr/kq
D) Zülalın miqdarına məhdudiyyət qoyulmur
E) Bədən çəkisinin 1,0 qr\kq
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |