97) Mioqlobinuriya nə zaman ola bilər?
A) Bütün sadalanan vəziyyətlərdə
B) Ağır hipotireozda
C) Uzun müddətli əzilmə sindromunda
D) Ketoasidozda
E) Uzun müddətli fibratların, statinlərin qəbulu zamanı
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
98) Makrohematuriya hansı sadalanan xəstəliklərə xarakterik deyil?
A) Böyrək daşı xəstəliyinə
B) Böyrəklərin infarktına
C) Böyrəklərin polikistozuna
D) Kəskin qlomerulonefritə
E) Böyrəklərin amiloidozuna
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
99) Xəstədə poliuriya hansı hallarda müşahidə olunur?
A) Böyrək diabetində
B) Sidikqovucu qəbulunda
C) Bütün sadalanan hallarda
D) Çoxlu miqdarda maye qəbulunda
E) Kəskin böyrək çatışmazlığının bərpa mərhələsində
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
100) Böyrək ödemlərinin əmələ gəlməsi haradan başlayır?
A) Qarın nahiyyəsindən
B) Aşağı ətraflardan
C) Yuxarı ətraflardan
D) Sifət (üz) nahiyyəsindən
E) Bel nahiyyəsindən
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |