47. Əgər işçi iş vaxtı elektrik alətinin nasazlığını görərsə,yaxud elektrik cərəyanının hətta zəif təsirini hiss edərsə nə etməlidir?
1. Əgər işçi iş vaxtı elektrik alətinin nasazlığını görərsə,yaxud elektrik cərəyanının hətta zəif təsirini hiss edərsə, o işi dayandırmalı və nasaz aləti yoxlamaq və təmir etmək üçün təhvil verməlidir.
2. Əgər işçi iş vaxtı elektrik alətinin nasazlığını görərsə,yaxud elektrik cərəyanının hətta zəif təsirini hiss edərsə, o işini dayandırmamalı.
3. İşçi iş vaxtı elektrik alətinin nasazlığını gördükdə işi dayandırmalı, elektrik cərəyanının zəif təsirini hiss etdikdə isə işini davam etdirməlidir.
4. Rəhbərliyə xəbər verib, işini davam etdirməlidir.
48. Elektrik alətləri(elektrik dreli, elektrik qaykabağlayan, elektrik vintaçan, elektrik lehimləyici, səyyar elektrik çırağı, laqunda, perforator və s.) ilə işləyərkən elektrik cərəyanından xəsarət almağa qarşı hansı qabaqlayıcı tədbirlər görülməlidir?
1. Alçaq gərginlikdən istifadə edərkən izolyasiyanın vəziyyətinə daimi nəzarət, elektrik alətlərinin “torpaqlanması” lazımdır
2. Alçaq gərginlikdən istifadə edərkən fərdi mühafizə vasitələrindən istifadə və təlimatlandırma.
3. Alçaq gərginlikdən istifadə edərkən izolyasiyanın vəziyyətinə daimi nəzarət, elektrik alətlərinin “torpaqlanması”, fərdi mühafizə vasitələrindən istifadə və təlimatlandırma.
4. Alçaq gərginlikdən istifadə edərkən həyat üçün heç bir təhlükəsi olmadığı üçün tədbir görülməsi lazım görülmür.
Dostları ilə paylaş: |