73.Sanitar-məişət otaqlarını necə saxlamaq lazımdır?
1. Həftədə bir dəfədən az olmayaraq yığışdırmaq, havasını dəyişmək və vaxtaşırı dezinfeksiya etmək lazımdır
2. iki gündən bir yığışdırmaq, havasını dəyişmək və vaxtaşırı dezinfeksiya etmək lazımdır
3. Hər gün yığışdırmaq və vaxtaşırı dezinfeksiya etmək lazımdır
4. Hər gün yığışdırmaq, havasını dəyişmək və vaxtaşırı dezinfeksiya etmək lazımdır
74.İstehsalat otaqları və iş yerləri hansı ilk tibbi yardım vasitələri ilə təchiz edilməlidir?
1. Müvafiq dərman preparatları yığılmış əcza (aptek) qutusu ilə
2. Sarğı materialları, müvafiq dərman preparatları yığılmış əcza (aptek) qutusu ilə
3. Sarğı materialları, müvafiq dərman preparatları yığılmış əcza (aptek) qutusu ilə, yanğın söndürən balonlarla
4. Sarğı materialları, tənzif, pambıq,jqut və spirt
75.İdarədə bədbəxt hadisə, zəhərlənmə, yanıq, yaralanma halları baş verərsə işçi nə tədbir görməlidir?
1. Tibb məntəqəsinə xəbər verməli və xəsarət alana ilkin yardım göstərməlidir
2. Hadisə haqqında rəhbərliyə məlumat verməli, tibb məntəqəsinə xəbər verməli.
3. Hadisə haqqında rəhbərliyə zəruriyyət olduqda məlumat verməli, tibb məntəqəsinə xəbər verməli və xəsarət alana ilkin yardım göstərməlidir
4. Hadisə haqqında rəhbərliyə məlumat verməli, tibb məntəqəsinə xəbər verməli və xəsarət alana ilkin yardım göstərməlidir
76.Hansı sənədlərə istinad olaraq müəssisənin işçiləri səhiyyə yoxlanışından keçməlidir?
1. Müəssisənin əmri ilə
2. Səhiyyə Nazirliyinin əmri ilə
3. Sahə rəisinin göstərişi ilə
4. Kadrlar xidmətinin göstərişi ilə
Dostları ilə paylaş: |