901) Hansı hallarda kəllə beyin travması açıq hesab edilir?
1. aponevroz və sümüküstlüyü zədələndikdə
2. kəllə əsası sümüklərinin sınıqlarında
3. dərialtı hematoma yığıldıqda
4. kəllə sümüklərini xətti sınığı olduqda
A) 2, 4
B) 1, 2
C) 1, 3, 4
D) 1, 2, 3
E) 1, 4
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh107
902) Qapalı kəllə - beyin travması zamanı Qureviç - Mann simptomu hansı halda daha tez - tez rast gəlinir?
A) Beynin sıxılmasında
B) Baş beynin ağır dərəcəli əzilməsində
C) Baş beynin orta dərəcəli əzilməsində
D) Baş beynin silkələnməsində
E) Qəlpəli sınıqlar zamanı
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh108
903) Xəstə avtoqəza nəticəsində xəsarət almışdır. Qısa müddətli huşunu itirmişdir. 2 - 3 gün ərzində ümumi beyin əlamətləri davam edib, ətraflarda yüngül hemiparez, koordinasiya pozğunluqları, vestibulyar dəyişikliklər müşahidə edilib. Lokal dəri örtüklərinin tamlığı pozulmayıb. Kranioqramlarda xətti sınıqlar təyin edilib. Likvorda qan aşkar edilib. Sizin müəyyən edəcəyiniz diaqnoz hansıdır?
A) Qapalı kəllə - beyin travması. Baş beynin ağır dərəcəli əzilməsi
B) Qapalı kəllə - beyin travması. Baş beynin silkələnməsi
C) Qapalı kəllə - beyin travması. Baş beynin orta dərəcəli əzilməsi
D) Qapalı kəllə - beyin travması. Baş beynin yüngül dərəcəli əzilməsi
E) Açıq kəllə - beyin travması. Baş beynin orta dərəcəli əzilməsi
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh108
904) Xəstə təqribən 1 ay əvvəl avtoqəza nəticəsində xəsarət alıb. Huşunu qısamüddətli itirib. Tədricən xəstənin vəziyyətində yaxşılaşma müşahidə olunub. Son 3 gündə vəziyyəti kəskin pisləşib. Huşunun dərinləşməsi, ümumi beyin əlamətləri, hemiparez müşahidə olunub. İlkin ehtimal edəcəyiniz patologiya hansıdır?
A) Beyin absesi
B) Beyindaxili hematoma
C) Xroniki subdural hemotoma
D) Epidural hematoma
E) Subaraxnoidal qansızma
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh114
905) Psixomotor oyanıqlıq, hormetonik qıcolmalar, avtomatik hərəkətlər, ikitərəfli patoloji reflekslər, hipertermiya, tənəffüsün pozulması əlamətləri aşağıda sadalanan hansı patoloji proses zamanı müşahidə edilir?
A) Beyin absesi
B) Subdural hematoma
C) Subaraxnoidal qansızma
D) Mədəcikdaxili qanaxma
E) Epidural hematoma
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh117
Dostları ilə paylaş: |