Termit və termit əsaslı yandırıcı maddələr dəmir oksidi ilə aluminium oksidinin qarışığından ibarətdir. Bu qarışığa oksidləşdirici və əlaqələndirici (birləşdirici) maddələr əlavə olunur. Onlar yandıqda istilik 3000°C-yə qədər qalxır. Bu temperaturda metallar əriyir, beton və kərpic isə çartlayır, dağılır.
Ağ fosfor - arı mumuna oxşar zəhərli maddədir. O, havada özü-özünə alışa bilər. Yandıqda ağ zəhərləyici tüstü buraxır. Yanma hərarəti 900-1200°C olur.
Fosfordan Napalm və Pirogel yandırıcı maddələrini alışdırmaq üçün istifadə olunur.
Plastik fosfor - ağ fosfor hissəciklərindən və plastik sintetik kauçuk kütləsindən ibarətdir. Tətbiq edildikdə şaquli səthlərə yapışır ve onlan yandırır.
Plastik fosfordan bombalar, mərmilər və başqa yandırıcı döyüş sursatları hazırlanrQ
Dostları ilə paylaş: |