MÜHAZİRƏ 12
KÖÇÜRÜLMƏ TƏDBİRLƏRİ. KÖÇÜRÜLMƏNİN MAHİYYƏTİ
Köçürmə tədbirlərinin yerinə yetirilməsi fovqəladə hallarda əhalinin mühafızəsinin ən səmərəli üsullarından biridir.
Köçürmə tədbirləri həm sülh dövründəki fövqəl'adə hallarda (təbii fəlakətlər və qəzalar zamanı), həm də müharibə dövrünün fövqəl'adə hallarda (müasir kütləvi qırğın vasitələri işlədilərkən) əhalinin təhlükəsizliyini tə'min etmək üçün həyata keçirilir.
Köçürmə (təxliyə) - adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada) təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.
Müharibə dövründə təhlükəli rayonlarda işini davam etdirən obyektlərin fəhlə və qulluqçuları köçürülüb təhlükəsiz zonada yerləşdiriləndən sonra təhlükəli rayona növbələr üzrə işə gətirilir və işdən sonra dincəlmək üçün təhlükəsiz zona yerinə aparılır. Keçmişdə bu qaydada fəhlə və qulluqçuların seyrəldilməsi deyilirdi, indi bu anlayış işlədilmir.
Təhlukəsiz zona - düşmən basqını gözlənilən şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalardan və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir
İri şəhərlərdə işini davam etdirən müəssisələrin fəhlə və qulluqçuİarı təhlükəsiz zonada elə məsafədəki rayonlarda yerləşdirilməlidir ki, burada onların təhlükəsizliyi tə'min edilsin, işə aparılması və dincəlmək üçün təhlükəsiz zonaya gətirilməsinə isə minimal (ən со¬хu 4 saat) vaxt sərf edilsin.
Bu zaman təhlükəsiz zona aşağıdakı şərtləri tə'min etməlidir:
• müasir qırğın silahlarının tə'sirindən dağıntı və daşqınlardan əhalinin e'tibarlı mühafizəsini:
• müəssələrin iş növbələrindəki işçilərin təhlükəsiz zonadan obyektə minimal vaxt sərf etməklə gətirilməsini;
• MM qüvvələrinin zədələnmə ocağına yeridilməsi üçün əlverişli surətdə qruplaşdırılmasını;
•lazımi gigiyena-sanitariya şəraitini.
Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi rayonların və yaşayış məntəqələrinin müəyyən edilməsi, hazırlanması və təşkil edilməsi işləri əvvəlcədən, hələ sülh dövründə başlanılır, fövqəladə hallar təhlükəsi yaranan dövrdə tam surətdə başa çatdırılır.
Bu məqsədlə:
•nəqliyyat yolları təkmilləşdirilir və qaydaya salınır;
• Mövcud olan rabitə, ondan idarəetmə orqanlarının istifadə etməsi məqsədilə inkişaf etdirilir;, tibb, komunnal, mədəni-maarif, ticarət müəssisələri və digər sahələr köçürülüb gətirilən əhalinin yerləşdirilməsi və ona xidmət göstərilməsinə hazırlanır;
• əlavə su təhcizatı məntəqələrinin yaradılması və avadanlıqlaşdırılması, digər mühəndis-texniki tədbirlərin yerinə yetirilməsi işləri təşkil edilir.
Əhalinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsuldur, bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitələrilə təhlükəli zonalardan dərhal çıxarılır.
Qismən köçürülmə hallarında ilk növbədə: internat məktəblərinin şagirdləri, uşaq evlərindəki uşaqlar, ali məktəb tələbələri, orta ixtisas məktəblərinin şagirdləri – bu məktəblərin professor müəllimlər heyəti və onların ailə üzvləri ilə birlikdə, həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyəti təhlükəli rayonlardan çıxarılır.
Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə komissiyalarının qüvvələri ilə toplanış-köçürmə məntəqələri (TKM) açılır.
Toplanış-köçürmə mıntəqəsinə gələn əhali burada qeydə alınır. Sonra köçürüləcək əhali qruplara ayrılır: nəqliyyat vasitələrində aparılacaq adamlar və şəhərdən piyada çıxarılacaq adamlar. Piyada hərəkət edən adamların istirahəti üçün istirahət (düşərgə) müddətləri nəzərdə tutulur: qısa istirahət (10-15 dəqiqəlik) - hər 1-1,5 saat hərəkətdən sonra üçün istirahət, (1-2 saatlıq) yolun ikinci yarısında.
Piyada köçürülən əhalinin yerləşdirilməsi nəzərdə tutulan ray-onlar çox uzaqda qlduqda, belə əhali üçün aralıq köçürmə məntəqələ-ri təşkil edilə bilərj
Köçürmə zamanı ən lazımi şeyləri - paltar, ayaqqabı, alt paltarı, yataq ləvazimatı götürürlər.
Hər bir adam özü ilə həmçinin ərzaq (2-3 günlük) və bir qədər içməli su götürməlidir, tez xarab olmayan, saxlanması daha rahat olan və yeməzdən əvvəl hazırlanması (uzun ınüddət bişirilməsi) tələb olunmayan ərzaq növləri götürməlidir.
Köçürülən yaşlı adamlar sənədlərdən: pasportu, hərbi bileti, əmək kitabçasını və ya təqaüd vəsiqəsini, təhsili haqqında diplomu (attestatı), evlənmə haqqında vəsiqəsini və uşaqların doğum şəhadətnaməsini özləri ilə götürməlidir.
Köçürülən uşaqların palpaltarı və ərzağı yığılmış çamadana (arxa çantasına) çətələ (birka) bənd etmək və onun üzərine uşağın familyasını, adını, atasının adını, ev ünvanını və köçürülmə məntəqəsinin adını aydın surətdə yazmaq lazımdır.
Sülh dövründəki FH əhalinin köçürülməsi işlərinin xüsusiyyətləri.
Sülh dövründəki FH zamanı köcürmə müharibə dövründəki köçürmə tədbirlərindən bir sıra xüsusiyyətlərilə fərqlənir. Bu xüsusiyyətlər aşağıdakılardır:
• zədələnmə ocağının və radioaktiv maddələr (RM), güclü təsirli zəhərli maddələr (GTZM), bakterial vasitələrlə (BV) zəhərlənmiş ərazi sahələrinin nisbətən məhdud olması;
• baş verə biləcək hadisələrin nüvə zərbələri nəticəsində olduğuna nisbətən daha dəqiq proqnozlaşdırılması imkanı; bu, fəaliyyətin əvvəlcədən planlaşdırılması imkanı;
• təbii fəlakətlərin, AES-da qəzaların əksəriyyətində güclü radioaktiv çirklənmə zonalarının yaranmaması. Bu xüsusiyyət, həmçinin zədələnmə ocaqlarının ərazicə məhdudluğu əhalinin köçürülməsi üçün daha təhlükəsiz yerləri müəyyən etməyə imkan yaradır;
• köçürülən fəhlə və qulluqçuların, digər əhalinin köçürülmə yerlərində və rayonlarında ancaq qısa müddət qalması;
• hər bir FH özünəməxsus fiziki xüsusiyyətlərə malik olması.
Zəlzələ zamanı əhalinin binaları tərk edərək təhlükəsiz yerlərə çıxarılmaq üçün toplanış məntəqələrinə gəlməsi anından başlayaraq ta xilasetmə işləri sona yetənəcən mərhələ-mərhələ kompleks köçürülməsi davam etdiriləcəkdir.
Daşqınlar baş verərkən əhalinin fəaliyyəti daşqını qabaqlama müddətindən və keçən illər baş vermis belə fəlakət zamanı əldə edilmiş təcrübə nəzərə alınmaqla təşkil olunur Adamlar daşqın zonasından kənardakı ən yaxın yaşayış məntəqələrinə köçürülür, buradakı ictimai binalarda, yaxud yerli əhalinin evlərində müvəqqəti yerləşdirilir.
Kifayət qədər vaxt olduqda təhlükəli rayonlardan əhalini onların əmlakılə birlikdə daşıyıb çıxarırlar.
Sel və ya sürüşmə təhlükəsi yaranarkən və vaxt imkan verərsə, təhlükəli rayonların əhalisi təhlükəsiz rayonlara piyada, yaxud nəqliyyat vasitələrində çıxanlır. Adamlarla birlikdə maddi sərvətlər, həmçinin kənd təsərrüfatı heyvanlan da çıxarılır.
Yanğınlar zamanı onun adamlara göstərdiyi psixoloji tə'siri nəzərə almaq lazımdır: mə'lumdur ki, hətta kiçik bir yarığın zamanı yaranan çaxnaşma xeyli tələfata səbəb оlur. Məsələn, meşə yanğınları vaxtı adamlar yanğının yayılma sür'ətıni nəzərə almadan onun ön səddindən qaçıb uzaqlaşmağa çalışır, lakin çox vaxt buna nail ola bilmirlər.
İstehsalat qəzaları cürbəcür ola bilər. Qəza baş verərkən ən vacib vəzifələrdən biri - bu barədə vaxtında xəbərdarlıq etməkdir. Belə obyektin fəhlə və qulluqçularının, həmçinin yaxınlıqdakı yaşayış evləri sakinlərinin köçürülməsi burada xilasetmə işlərinin aparılması ilə birlikdə, eyni zamanda yerinə yetiriliır.
Güclü tə'sirli ZM yayılarkən zəhərlənəcəyi ehtimal olunan rayonların əhalisi buraya zəhərli hava buludu çatana qədər köçürülməlidir, Bu zaman adamların və texnikanın hərə¬kəti zəhərlənmə təhlükəsinin dərəcəsi nəzərə alınmaqla təşkil edilməlidir.
Köçürmə orqanları
İcra hökuməti haşçıları əhalinin və müəssisələrin şəhərdənkənar zonalarda qəbul cdilməsi və yerləşdirilməsinin əsas təşkilatçısıdır.
Köçürmə komissiyası hələ sülh dövründə yaradılır. Adətən rayonun İcra Hakimiyyətinin başçısı müavini köçürmə komissiyasinm sədri tə'yin edilir.
Əhalinin qəbul olunub yerləşdirilməsi üzrə rayon köçürmə komissiyası rayonun mülki müdafıə qərargahı ilə birlikdə aşağıdakı əsas vəzifələri yerinə yetirir: fəhlə-qulluqçuların və əhalinin yerləşdiriləcəyi rayonların müəyyən edilməsi üzrə təkliflər hazırlayır, bu rayonların hazırlanması və tə'min olunmasında iştirak edir, köçürülənləri qəbul edən məntəqələrin miqdarını və yerlərini müəyyənləşdirit uşaqları, əlilləri və qocalan nəqliyyatdan düşürmə (boşaltma) məntəqəsindən yerləşdirmə məntəqələrinə daşımşq üçün lazım olacaq nəqliyyat vasitələrinin miqdarını müəyyən edir. Bundan əlavə, əhalinin tibb xidməti, ərzaq, ən lazımlı şeylər və kommunal-məişət xidməti ilə işlə tə'min olun ması üçün digər əlaqədar təşkilatlar ilə birlikdə fəaliyyət göstərir, qəbuletmə məntəqələri üçün rəisləri və xidmətçi hey'əti seçir, təsdifl olunması üçün onları Rayon İcra Hakimiyyətinin başçısına təqdiııı edir; qəbuletmə məntəqələrinin şəxsi hey'ətinin işə hazırlanmasını təşkil edir və həyata keçirir, köçürülən əhalinin rayonda qəbul olun-masına və yerləşdirilməsinə rəhbərlik ediıy
İcra hökumət nümayəndələri rəhbərləri və onların qərargahları şəhərdən gələn adamların yerləşdirilə biləcəyi mənzil fondunu, isteh¬salat binalannı və digər tikintiləri əvvəlcədən bölüşdürür; uşaqları, qocaları yerləşdirmə məntəqelərinədək daşımaq üçün la-zım olan nəqliyyat vasitələrini müəyyənləşdirir; fəhlələrin, qulluqçuların və köçürülən əhalinin qəbul edilməsi və yerləşdirilməsi planını işləyib hazırlayırlar.
Köçürülənləri qəbuletmə məntəqələrinin ictimai binalarda (məkteblərdə, klublarda) yerləşdirmək məqsədəuyğundur. Qarşısına qoyulan vəzifələrdən və şəraitdən asılı olaraq məntəqənin hey'ətinə aşağıdakı şəxslər daxil edilə bilər: məntəqənin rəisi, onun tərbiyə üzrə müavini; qeydə alma və uçot qrupu (10-12 nəfər); komendant və növbətçilər (3-5 nəfər); köçürülənləri qarşılama qrupu (16-21 nəfər); komplektləşdirmə və yola salma qrupu (6-7); iaşə qrupu (3 nəfər); tibb məntəqsinin işçiləri (2 nəfər); ana və uşaq otağının xidmətçiləri (2 nəfər) və ictimai asayişi mühafızə qrupu (4-6 nəfər).
Köcürulənləri qəbuletmə məntəqəsinin işini daha yaxşı təşkil etmək məqsədilə lazımi sənədlərin hələ sülh dövründə hazırlayırlar. Bu sənədlərin miqdarı və məzmunu müxtəlif hallarda müxtəlif olacaqdır. Əsas sənədlər bunlardır: məntəqədə qəbul edilməli olan köçürülən şəxslərin siyahısı; məntəqənin şəxsi hey'ətinin siyahısı; xəbərdarlıq sxemi; MM rəhbər hey'ətinin telefon nömrələri siyahısı; köçürülən əhali yerləşdiriləcək yaşayış məntəqələrinin siyahısı; köçürülənləri yerləşdirmə yerlərinə daşımaq üçün ayrılan nəqliyyat vasitələrinin növləri üzrə miqdarı; köçürmə vəsiqələrinin nümunələri; köçürü¬lənləri uçota almaq üçün sənədlərin formaları; məntəqənin şəxsi hey'ətinin xidməti vəzifələri cədvəli.
Köçürülənləri qəbuletmə məntəsinin rəisi vəzifəsinə rəhbər işçilərindən biri tə'yin olunur. O, sülh dövründə: gələn əhalinin qəbul olunması və yerləşdirilməsi qaydalarını və qəbuletmə məntəqəsinin iş qaydasını öyrənməli, qəbuletmə məntəqəsinə gələcək əhalinin miqdarını, onların yerləşdiriləcəyi yaşayış mənəqələrini, qatarların və avtomobil kalonlarının nömrələrini, düşürmə məntəqələrini, və qatar¬ların təxminən nə vaxt gələcəyini, habelə radiasiyadan qoruyan daldalanacaqların yerini bilməlidir.
Komendant məntəqə binasının işə hazırlanması və avadanlıqla tə'min olunması üçün məs'uliyyət daşıyır.
Toplanış-köçürmə mənqələrində (TKM) əhali toplanır, qeydə alınır, mütəşəkkil surətdə nəqliyyata mindirilir və şəhərdənkənar zo¬naya yola salınır. Bu məntəqələr köçürülən əhalinin iş və ya yaşayış yerlərində hər 2-3 min adam üçün bir məntəqə hesabı ilə rayon (şəhər) İcra Hakimiyyəti Başçısının qərarı əsasında yaradılır. Toplanış-köçürmə məntəqələrinə aşağıdakı vəzifələr həvalə olunur: köçürülmənin başlandığı barədə əhalini xəbardar etmək, onları toplamaq, qeydə almaq və şəhərdənkənar zonaya yola salmağa hazırlamaq; adamların avtomobil nəqliyyatına mindirilməsini, kolonların yaradılmasını və onların minik məntəqələrinə yola salınmasını təşkil etmək, yaranmış vəziyyət haqqında əhaliyə xəbər vermək; "Hava həyəcanı! siqnalı üzrə adamların daldalandırmaq; rayonun köçürmə komissiyasına köçürülmənin gedişatı barəde mə'lumat təqdim etmək. Yaranmış vəziyyətdən və yerli şeraitdən asılı olaraq onlar bir sıra başqa vəzifələri də yerinə yetirə bilərlər.
Toplanış-köçürmə məntəqələrinin işçiləri Silahlı Qüvvələrinə çağırışdan azad edilmiş və ya çağırışı tə'xirə salınmış şəxslərdən tə'yin edilir və qabaqcadan işə hazırlanır.
Hər bir toplanış - köçürmə məntəqəsini köçürmə vəsiqə-lərinin blankları ilə tə'min edirlər.
Köçürmə vəsiqəsi üç hissədən ibarət olur: vəsiqənin əsli, kötüyü və talonu. Onlarda köçürülən şəxsin familiyası, adı, atasının adı, doğulduğu il və yer, köçürülənə qədər yaşadığı yerin ünvanı, haraya köçürüldüyü, onunla birlikdə kimlərin köçürüldüyü, toplanış-köçürmə məntəqəsinin nömrəsi, ünvanı göstərilir və "hesaba alınmışdır” ştampı vurulur. Köçürmə vəsiqəsinin talonu məntəqəsində qalır. kötüyü isə milis şö'bəsinə təhvil verilir. Vəsiqənin əslini köçürülən şəxs özündə saxlayır ki, bu da pasportla birlikdə onun şəxsiyyətini təsdiq edən sənəd sayılır.
Qeydə alma və uçot qrupunun işçiləri məntəqəyə gələn əhalinin uçotunu aparır, vaqonun (maşının) nömrəsini, vaqona, maşına cavabdeh şəxsin familiyasını köçürülənlərə deyir, habelə köçürmə vəsiqəsi almamış şəxslərə həmin vəsiqələri verirlər.
Əhalini xəbərdar edən qrup köçürülmənin başlanması haqqında vətəndaşlara xəbər verir, onlardan qəbz almaqla köçürmə vəsiqələrini paylayır, toplanış-köçürmə məntəqəsinə nə vaxt gəlmək lazım olduğunu və onun harada yerləşdiyini izah edir.
Nəqliyyata mindirən və piyada kolonlarını komplektləşdirən qrup adamların nəqliyyata mindirilməsini, piyada kolonlarını təşkil edir, kolonlara cavabdeh şəxslər tə'yin edir, nəqliyyatda və piyada gedərkən davranış qaydalarını köçürülənlərin nəzərinə çatdırır.
Tibb məntəqəsi xəstələnənlərə yardım göstərmək və toplanış-köçürmə məntəqəsi yerləşən sahənin lazımi sanitariya şəraitini tə'min etmək üçündür. Qrupun hey'ətinə həkim, feldşer, tibb bacıları və sanitarlar daxil edilir. Məntəqənin həkimi toplanış məntəqəsinə və yerləşdirmə yerlərinə gedərkən əhalinin tibbi tə'minatına cavabdehdir. Tibb məntəqəsinin həkimi: köçürülənlər, xüsusən uşaqlar və qocalar üzərində müşahidə aparmalı; ilk tibbi yardım göstərmək üçün məntəqədə lazımi dərman və tibb avadanlığı ehtiyatı saxlanmalıdır. İctimai asayişin mühafizə qrupu (postu) polis işçilerinden və könüllü xalq drujinalarının üzvlərindən yaradılır. Qrupun rəisi ictimai asayiş xidməti tərəfındən tə'yin edilir və operativ cəhətdən toplanış-köçürmə mentəqəsi - rəisinin tabeliyində olur. O, məntəqedə və yüklənmə stansiyasına gedən yollarda ictimai asayişin və təhlükəsiz-liyin tə'min edilməsinə tam cavabdehdir.
Toplanış-köçürmə məntəqəsinin komendantı məntəqəyə yazılmış müəssisələrin, təşkilat və idarələrin rəhbər hey'ətindən tə'yin olunur və köçürmə məntəqəsinin rəisinə tabe olur. O, məntəqəni teleton, radio, lazımi avadanlıq və su ilə tə'min etməli, nəqliyyata minməyə kömək edən qrup üçün adamlar ayırmalı, adamlarm mühafızəsi üçün əvvəlcədən tədbirlər nəzərdə tutmalıdır.
Dəmiryol qatarı (avtomobil kolonu) rəisi köçürülən əhalinin yerləşdirilmə rayonlarma (məntəqələrinə) vaxtında daşınmasına ca¬vabdehdir. Ona, qatar briqadası da daxil olmaqla qatarın bütün şəxsi hey'əti tabedir. Qatar rəisi rabitə vasitələrindən (teleqraf, telefon, radio) və nəqliyyatdan pulsuz istifadə etmək ixtiyarına (xidməti iş üçün) malikdir.
Dostları ilə paylaş: |