Səməd: (əlində Notebook-la daxil olur) Al, baba. Günəş, sən çay-çörək hazırla, mən də paltarımı dəyişim gəlim yeyək.
Günəş: Yaxşı… (otağa keçir)
Qüdrət: Səməd, gəl o yerə gir.
Səməd: Mən sənə öyrətmişdim axı.
Qüdrət: Yadımda qalmır, ay oğul, qəribə sözlər deyirsən. Bizim dildə deyil ki, başa düşəm.
Səməd: (Qüdrətin Facebook səhifəsini açır) Bax, bura yazırsan ki, qüdrət_90@mail.ru, bura da nə yazırdın? Parolun nə idi?
Qüdrət: Hə, onu bilirəm, “züleyxanınürəyi”. (gülür) O yazdığın bizim dildə deyil, çətin sözlərdir, yadımda qalmır. Amma bunu mən özüm qoymuşam deyə asandır.
Səməd: (gülür) Baba, Ayka sənə dostluq göndərib. Qəbul edim?
Qüdrət: Ayka kimdir ə?
Səməd: Profilində yazıb ki, şirin-şəkər qızam.
Qüdrət: Usss, əlbəttə qəbul elə, onu qəbul etməmək günahdır. Elə ancaq dostluq təklifi göndərib, başqa bir təklif göndərməyib?
Dostları ilə paylaş: |