Material və metodlar
Tədqiqat 2014-cü ildə Xızı şəhərində yerləşən Xızı Rayon Mərkəzi Xəstəxanasında müayinə olunmuş yaşı 18-
dən yuxarı 8416 nəfər arasında aparılmışdır. Profilaktik yoxlamadan keçənlərin tam oftalmoloji müayinəsi həyata
keçirilmişdir. Belə ki, müayinə olunanların hər iki gözünün Nidek (Yaponiya) ARK-510A avtorefraktokeratometriya
cihazı ilə refraksion və keratometrik göstəricilərinin yoxlanılması ilə yanaşı, görmə itiliyinin korreksiyasız və
korreksiya ilə yoxlanılması, Nidek (Yaponiya) NT-510 kontaktsız pnevmotonometri ilə gözdaxili təzyiqin ölçülməsi
(şübhəli hallarda təkrarən Maklakov üsulu ilə tonometriya), göz almasının ön hissəsinin biomikroskopiyası, göz
dibinin oftalmoskopik müayinəsi, anamnezə əsasən göz yaşı kanalının yuyulması və Şirmer sınağı keçirilmişdir.
Tədqiqat nəticəsində oftalmoloji xəstəliklərin yayılma tezliyi təyin olunmuşdur.
Dostları ilə paylaş: |