və dəmir isə Kiçik Asiyadan gətirilirdi. Misirlilərin başlıca
məşğuliyyəti əkinçilik olmuşdur. Bunlardan əlavə arıçılıq, maldarlıq
və digər sənət sahələri də inkişaf etmişdir. B.e. əvvəl IV minillikdə
əhalisi sıx olan bir ölkəyə çevrilmişdir. Elə həmin dövrdən başlayaraq
Misirdə quldarlıq, onun ardınca da quldarlıq dövləti yaranmışdır.
Misir fironların – padşahların hakimiyyəti altına düşdü. Padşahlardan
biri Misirin şimalını – bütün deltanı, digəri isə ölkənin cənubunu –
Nil çayının vadisini özünə tabe etmişdi.Misirdə həndəsə, astronomiya,
təbabət inkişaf etmişdir. Onlar təqvim yaratmışdılar. Bir daşqından o
biri daşqına qədər olan vaxt il hesab olunurdu ki, onu da on iki aya
bölürdülər. Onların hesablamasına görə, il 365 gündən ibarət idi.
Gündüzü və gecəni onlar 12 saata bölürdülər. Misirdə günəş və su
saatı ixtiraedilmişdir. Ənböyük ehram b.e.ə. 2600-cü ildə firon
Xeops üçün Memfis yaxınlığında tikilmişdir. Ehramın hündürlüyü 150
m-dir. Onun ətrafına fırlanmaq üçün 1 km yol getmək lazımdır.
Tikintidə 2300 daş işlənmişdir ki, onlardan da ən kiçiyinin çəkisi 2,5
tondur. 1889-cu ildə Eyfel qülləsi istifadəyə verilənədək Xeops
ehramı yer üzündə insan əli ilə yaradılmış ən böyük tikili olaraq
qalmaqda idi.Ehramların yaxınlığında boyük bir qayadan sfinks –
insan başlı nəhəng aslan heykəli yonulmuşdur. Sfinksin hündürlüyü
20 m-dən çoxdur. Fironlardan biri sfinks şəklində əks olunmuşdur. Bu
daş heykəl böyük vahimə yaratdığından yunan tarixçisi Herodot onu
"dəhşətlər atası" adlandırmışdı/ E.ə. V-IV-cü minilliklərdə, ibtidai
icma quruluşunun dağılmasından sonra, Misirdə tədricən kiçik dövlət
qurumları yaranmışdır. Şumerdə olduğu kimi, hər bir vilayət müstəqil
ərazi olmuşdur. Onların baş şəhərləri, idarə etmə sistemləri, orduları
və tanrıları olmuşdur. Bu vilayətlər bir-birləri ilə ittifaq qururdurlar
və ya savaşırdırlar. Lakin sonra birləşmə meylləri artmış və olkə ikiyə
- yuxarı (şimal) və aşağı (cənub) hissəyə bölünmüşdür. Bu hissələrin
çarları savaşlar aparmış və ölkənin birləşdirilməsi üçün cəhdlər
etmişdirlər. Bu dövrə Misirin “sülalələr öncəsi dövrü” deyilir.
E.ə. III-cü minilliyə aid olan bir daş lövhəsində qədim Misirin şimal
çarlarının siyahısı verilmişdir. Ancaq ola bilsin ki, onlar çarlar deyil,
tayfa və ya şəhər başçıları olmuşdurlar. Artıq e.ə. III minillikdə vahid
dövlət mövcud olmuşdur və burada 2 çar sülaləsi olmuşdur və bu
tarixdən Misir dövlətinin tarixi başlanır. Hesab olunur ki Misirin 30-