AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ (UNEC)
Fakültə: Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
Qrup: 698
Magistrant: Salman Məmmədli
Fənn: Texnoloji maşın və avadanlıqların tarixi və metodologiyası
Mövzu: Avropa ölkələrinə ABŞ dəzgahlarının axını başlanması
Müəllim: Fazil Vəliyev
Bakı-2022
Mündəricat
Giriş ........................................................................................................ 3
Transportasiyanın rolu........................................................................... 4
Sənayenin inkişafı.................................................................................... 5
Maşınqayırma sənayesi ........................................................................ 6
Dəzgahların Avropaya axını ................................................................ 8
Ədəbiyyat siyahısı .................................................................................. 14
Giriş
XVII əsrin sonunda Amerikada mövcud olan koloniyalarda aparılan azadlıq müharibəsindən sonra şimal-şərq regionunda yerləşən torpaqlar azad olunaraq, orada ilk 13 azad ştat yaradılır. Bu ştatlarda artıq inkişaf etmiş feodal cəmiyyəti və daxili təsərrüfat sistemi mövcud idi. Son illər ərzində bu ərazilərdə baş verən iqtisadi-siyasi proseslər sonda onların Avropa dövlətlərindən azad olunması üçün şərait yaratmışdır. Bu regionda əhalinin sayı 1775-ci ildə artıq 2,7 mln-a çatmışdı. Əvvəllər Şərq koloniyaları İngiltərəyə mənsub olsa da, bu ərazilərə gələn immiqrantlar İrlandiya və Almaniyaya aid olub əhalinin böyük peşəkar hissəsini təşkil edirdi. Miqrantlar və koloniya sahibləri torpaq uğrunda mubarizə aparır, torpaqları icarəyə götürür, ya da borcla alırdılar. Ona görə də, fermer təsərrüfatı ilə məşğul olan şəxslər öz kapitallarını sənaye sahələrinə qoymağa, daha çox pul qazanmağa çalışırdılar. XIX əsrin əvvəlində fabrik istehsalı toxuculuğun mexanikləşdirilməsi nəticəsində əl əməyindən istifadə olunan üsulları tam sıxışdırıb aradan çıxarmış və yayılmaqda idi. Yun məhsullarının istehsalı, hazırlama texnologiyasında olan çətinliklərə görə ləng inkişaf edirdi. Burada manufakturadan fabrikə keçid səlis olmuşdur və 1830-cu ilə qədər davam etmişdi .
Sənaye inqilabı ərəfəsində tekstil sənayesinin mexanikləşdirilməsi əsasən şimal-şərqdə baş verirdi. Sənaye inqilabının başlanğıcı üçün əsas sayılan ipəyirmə maşınlarının tətbiqi XIX əsrin əvvəllərinə təsadüf edirdisə, tekstil sənayesinin iki əsas sahəsinin texniki cəhətdən silahlanması 30-cu illərdə baş vermişdir. Şimal-şərq ştatlarında mexanikləşmə İngiltərəni də ötüb keçmişdi. Bu onunla bağlı idi ki, İngiltərə dünya bazarını ələ almaq üçün əl ilə hazırlanan incə materiallara da çox üstünlük verirdi.
1860-cı illərin əvvəlində ABŞ-da hər bir nəfərə düşən pambıq məhsulu İngiltərədə olandan çox idi. Bu dövrdə şimal və şərq ştatlarında böyük maşınqayırma zavodları yaranır və bununla sənaye inqilabı bu ərazilərdə son mərhələyə qədəm qoyur. XIX əsrin əvvəlində cənubda, əsasən Merilend və Virginiya ştatlarında metallurgiya sənayesi inkişaf etməyə başlayır. Ancaq bu sahədə, ilk növbədə qara metallurgiyada, əsas inkişaf Pensilvaniyada çanlanmışdır. 1840-cı ildə daş kömürün, domna sobalarında isti hava ilə qızdırılması, pudlinqləmə və yayma üsulları tətbiq olunurdu. Cənub regionlarında əl əməyi və xammalın ucuz olması bu sahəyə qoyulan ümumi sərmayənin həcminə də mənfi təsir göstərirdi. Nəticədə tekstil sənayesində inkişaf etmiş fabrik sisteminin tətbiqi ləngiyirdi. Beləliklə, 1850-ci ildə ölkədə baş verən ümumi inkişaf, əsasən yeni dəmir yollarının salınması, buxar enerjisinin və maşınqayırmanın tətbiqi ilə səciyyələn sənaye inkişafı cənub ştatlarında mövcud olan səviyyədən qat-qat yüksək idi.
1850-ci ildə Qərbdə ilk növbədə meşə istehsalı və buğda üyütmək üçün maşınlar tətbiq olunurdu. Belə sadə əməliyyatların maşınlarla aparılması sənaye inqilabı üçün əsas deyildi.
Dostları ilə paylaş: |