Qiymətləndirmə sistemi
- Kollokvium keçirilən gün üçün jurnalda iştirak edən tələbəyə “i/e”, etməyənə“q/b” yazılır.“q/b” yazılan tələbəyə kollokvium qrafasında “0” yazılır.
- Kollokvium qiymətləri jurnaldakı kollokvium bölümündə qeyd edilir və tələbənin əvvəlki seminarlarda aldığı qiymətlərə aidiyyatı yoxdur.
-Bal bölgüsü
Seminardan qazanılan bal 10 bala qədər
Kollokvium ballarının cəmi: 30 bala qədər
Dərslərə dəvamiyyət (dekanlıq qiymətləndirir) 10 bala qədər
Yekun imtahan 50 bala qədər
İmtahanın keçirilmə forması
İmtahan yazılı formada, 5 suallıq biletlə keçirilir. Hər sual 10 balədək qiymətləndirilir
Qeyd:Yekun imtahanda toplanan ümumi balın minimum həddi 17 baldır. Bu minimumdan aşağı qiymət alan tələbə imtahandan kəsilmiş olur.
Seminarlarda qiymətləndirmə aşağıdakı qaydada aparılır:
- 10 bal – tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal – tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir.
- 8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal – tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir.
- 6 bal – tələbənin cavabı əsasən düzgündür.
- 5 bal – tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal – tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal – tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır;
- 1-2 bal – tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal – suala cavab yoxdur.
Dostları ilə paylaş: |