299) Revmatoidli artritin müalicəsində siklofosfamidin göstərişlərinə aiddir?
A) Vaskulit və nefropatiya ilə keçən revmatoidli artrit
B) Revmatoidli artritin başlanğıc mərhələsi
C) Revmatoidli artritin oliqoartrit növü
D) Splenomeqaliya ilə inkişaf edən revmatoidli artrit
E) Revmatoidli artritin minimal aktivliyi
Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 290-332
300) Revmatoidli artritin müalicəsində bioloji agentlərin göstərişlərinə aiddir?
A) Ağır tez irəliləişən gedişli revmatoidli artrit, başqa bazis preparatların zəif effektivliyi
B) Oynaq ankilozları
C) Revmatoidli artritin başlanğıc mərhələsi, minimal fəallıq
D) Mono-, oliqoartrit şəklində inkişaf edən revmatoidli artrit
E) Əsasən oynaqların zədələnməsiylə səciyyələnən revmatoidli artrit
Ədəbiyyat: Клиническая ревматология под ред. Мазурова В.И.// Санкт-Петербург, 2005, с. 87-141
301) Revmatoidli artritin cərrahi müalicəsinə qarşı hansı əks göstərişlər aiddir?
A) Sklerit, iridosklerit, revmatoidli artritin minimal aktivliyi
B) Sümük ankilozları, iri oynaqların sinoviti
C) Ağır visseritlər, irinli yoluxma ocaqları
D) Bud sümüyünün başcığının aseptik nekrozu, revmatoidli koksartrit
E) İri oynaqların residivləşən sinoviti, cavan yaşlı pasientlər
Ədəbiyyat: Клиническая ревматология под ред. Мазурова В.И.// Санкт-Петербург, 2005, с. 87-141
302) Revmatoidli artriti olan xəstələrin müalicəvi pəhrizində hansı qida məhsulların istifadəsi tövsiyə olununr?
A) Yuxarı kalorili, tarazlaşdırılmış pəhriz
B) Purinsiz pəhriz, duzsuz pəhriz
C) Zülalsız pəhriz
D) Qoruyucu pəhriz
E) Vegetarian pəhrizi, aşağı kalorili pəhriz
Ədəbiyyat: Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. s. 169-171
Dostları ilə paylaş: |