374) Sistemli dermatomiozit / polimiozit zamanı inkişaf edən tənəffüs orqanların zədələnmələrindən ən ağır gedişli vəziyyət hansıdır?
A) Bronxiolit
B) Ağciyərlərin atelektazı
C) Fibrozedici alveolit
D) Bronxoektatik xəstəlik
E) Pnevmoniya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А // Москва., 2008., «Гэотар-Медиа», стр. 502-527
375) Sistemli dermatomiozit / polimiozit zamanı inkişaf edən ürək zədələnmələrindən daha tez rast gəlinən hansılardır?
A) Miokadın infarktı
B) Ritmin və keçiriciliyin pozğunluqları
C) Qulaqcıqların miksoması
D) Kardiomiopatiya
E) Ürək qüsurların inkişafı
Ədəbiyyat: Клиническая ревматология // под ред. В.И.Мазурова, Санкт-Петербург: , с. 278 - 300
376) Sistemli dermatomiozit / polimiozit zamanı inkişaf edən böyrək zədələnmələrindən daha tez rast gəlinən hansılardır?
A) Xroniki böyrək çatışmazlığı
B) Kəskin pielonefrit
C) Mezangial nefrit
D) Tranzitor proteinuriya
E) Qlomerulonefrit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А // Москва., 2008., «Гэотар-Медиа», стр. 502-527
377) Sistemli dermatomiozit / polimiozit zamanı inkişaf edən ümumi zədələnmələrə aiddir?
A) Tez arıqlama
B) Ümumi şişkinlik
C) Boğulmalar
D) Olmur
E) Yuxu pozğunluqları
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А // Москва., 2008., «Гэотар-Медиа», стр. 502-527
Dostları ilə paylaş: |