487) Birləşdirici toxumanın qarışıq xəstəliyinin başqa adı hansıdır?
A) Marfan sindromu
B) Şarp sindromu
C) Şeqren sindromu
D) İsenko-Kuşinq sindromu
E) Felti sindromu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
488) Birləşdirici toxumanın qarışıq xəstəliyi terminin altında hansı xəstəliklərin birləşməsini nəzərdə tuturlar?
A) Sistemli sklerodermiya, qırmızı qurd eşənəyi, sistemli polimiozit/dermatomiozit
B) RA, Şeqren sindromu, Kaplan sindromu, Marfan sindromu
C) Sistemli sklerodermiya, Reyno sindromu, KREST-sindromu
D) Sistemli polimiozit/dermatomiozit, REST-sindromu, fibromialgiya
E) Qırmızı qurd eşənəyi, Veqener qranulematozu, sistemli polimiozit
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 301-310
489) Birləşdirici toxumanın qarışıq xəstəliyilə olan xəstələrin qanında hansı autoanticismləri təyin edirlər?
A) Sm (SMITH)-antigenə qarşı anticismlər
B) Nüvəli ribonukleoproteinə qarşı anticismlər
C) Ro (Robert)/SS-A qarşı anticismlər
D) İkispirallı DNT qarşı anticismlər
E) La (Lane)/SS-B qarşı anticismlər
Ədəbiyyat: Насонов В.А. Смешанное заболевание соединительной ткани// Ревматические болезни.— М.: Медицина, 1997. – с. 210-212
Dostları ilə paylaş: |