197) Sistolik arterial hipertenziya hansı ürək qüsurunda müşahidə olunur?
A) Mitral stenoz
B) Aortal çatışmazlığı
C) Aortal stenoz
D) Mitral çatışmazlığı
E) Müştərək mitral qüsuru
Ədəbiyyat: V. Əzizov. Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.70
198) Müsbət kapillyar nəbzi hansı ürək qüsurlarının birində qeyd oluna bilər?
A) Aortal çatışmazlığı
B) Kombinə olunmuş mitral-aortal qüsuru
C) Mitral çatışmazlığı
D) Mitral stenoz
E) Aortal stenoz
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.70
199) Qulaqcıqların titrəməsinin əsas əlamətləri hansılardır?
A) Atrio-ventrikulyar dissosiasiya
B) P-dişi qeyd olunmur
C) P-dişinin əvəzinə differensiasiya aparmaq mümkün olmayan əyrilik qeyd olunur
D) P-dişinin əvəzinə «mişarvari» əyrilik qeyd olunur
E) P-dişi normal olur
Ədəbiyyat: И.Л. Томов «Нарушения ритма сердца», Москва, Медицина, 1979, с. 194
Dostları ilə paylaş: |