Bölmə 4. Revmatoidli artrit
219) Revmatoidli artritin etioloji amillərinə hansılar aiddir?
A) Epşteyn-Barr virusu
B) Β-Streptokokklar
C) İyersiniyanın törədicisi
D) HLA-27
E) Məlum deyil
Ədəbiyyat: Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. – s.8-14
220) Revmatoidli artrit kimlərdə daha çox rast gəlir?
A) 40-50 yaşlı kişilərdə və 60 yaşdan yuxarı qadınlarda
B) 2-10 yaşlı uşaqlarda
C) 40 yaşına qədər kişilərdə
D) Menopauzadan sonra olan qadınlarda
E) Əsasən qadınlarda 35-50 yaş arasında, uşaq və yeniyetmələrdə, qoca və ahıl yaşlılarda rast gəlir
Ədəbiyyat: Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. – s. 5-8
Dostları ilə paylaş: |