Rəyçilər: Yeganə Qəhrəmanova



Yüklə 374,31 Kb.
səhifə85/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   81   82   83   84   85   86   87   88   ...   113
İşgüzar -A5 (1) 2003

Ərizə
Ərizə və ya petisiya (ingilis dilində petition) bir adam və ya birliyin düşüncə və şikayətlərinin, ya da müəyyən bir mövzudakı istəklərinin səlahiyyətli orqanlara (rəsmi orqanlara) göndərilməsini təmin edən yazıdır.
Ərizənin iki mənası vardır. “Müraciət etmək”, “ərz” mənasında işlənir. Müəyyən formaya malik olub, rəsmi şəkildə yazılmış müraciətdir. Məzmununa görə ərizənin iki növünə təsadüf olunur:

  1. Şikayət xarakterli ərizələr;

  2. Xahiş etmək məqsədi ilə yazılan ərizələr.

Ərizəyə verilən tələblər aşağıdakılardır:

  • Ərizənin başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır;

  • Ərizənin məzmunu qısa, faktlar isə konkret olmalıdır;

  • Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır;

  • Ərizənin sonunda gün, ay, il və ərizəçinin şəxsi imzası qoyulmalıdır.

Ərizənin yazılış forması belədir:

  • Vərəqin əvvəlində abzasdan böyük hərflə təşkilatın və kimə müraciət edilirsə, onun adı, atasının adı, soyadı qeyd olunur.

  • Sətrin ikidə bir hissəsi həcmində sağ tərəfdə kimdən sualını verməklə ərizəçinin adı, soyadı və atasının adı göstərilir.

  • Vərəqin ortasında böyük hərflə “Ərizə” sözü yazılır.

  • Təzə sətirdən qısa, aydın və məzmunlu şəkildə ərizəçinin fikri şərh olunur.

  • Ərizənin sonunda imza qoyulur və onun yazılma tarixi göstərilir.

Ərizə rəhbərlik tərəfindən baxıldıqdan sonra onun üzərinə dərkənar qoyulur və ərizədə danışılan məsələ barədə icra ilə bağlı müvafiq şöbəyə tapşırıqlar verilir.
Ərizə– təşkilatın və ya qurumun vəzifəli şəxsinin ünvanına müraciət, təklif və ya şikayət olan sənəddir. Ərizənin quruluşu belədir:
1. Ərizənin "başlığı" – müraciət edənin adı (kimə və ya hara) yuxarıda, sağda yazılır.
2. Ərizə verən şəxsin adı (atası, atasının adı) və soyadı (kimə, kimdən).
3. Müəllifin mövqeyi və ya ünvanı.
4. Sənədin mərkəzində "Ərizə" sözü. "Ərizə" sözündən sonra nöqtə yoxdur. "Ərizə" sözü, ümumiyyətlə, böyük hərflə yazılır.
5. Ərizənin əsas mətni. Tələb, təklif və ya şikayətin dəqiq ifadəsi öz əksini tapır. Zəruri hallarda əlavə edilmiş sənədlərin inventarı da olur.
6. Ərizəçinin imzası. Sağ alt hissədə yerləşdirilir.
7. Yazılma tarixi. İmza altında və solda yerləşdirilir.
Ərizədə dəqiq və konkret məlumatlar göstərilməlidir.
Məsələn:
• 10/01/11 tarixindən 1 il müddətinə akademik məzuniyyət vermək;
• 02/01/11 tarixindən işə qəbul.


Ərizə nümunəsi
S.Məhərrəmov adına Qaradağ rayonu 106 nömrəli orta məktəbin direktoru Hüseyn Əhmədova həmin məktəbin X sinif şagirdi Sevinc Nəsirovadan
Ərizə
Anam xəstə olduğundan aprel ayının 18-dən 22-ə qədər ona qulluq etmək üçün mənə icazə verməyinizi xahiş edirəm.
İmza: Sevinc Nəsirova
16 aprel 2020-ci il

Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin