__ _____________
Reyhan Mirzəzadə
________________
ю
m
o a
Təbiəti etibarilə də yoxsulluğa meyilli adam olduğundan,
günü-gündən daha da həyatın dibinə enirdi. O, gənc idi,
deyəsən, hələ on səkkiz yaşı tamam olmamışdı. Görəsən
qarşıda onu hansı həyat gözləyirdi? Kağızların üzünü
köçürməklə keçinən bu gənc o qədər də dərin biliklər
əldə edə bilməmişdi. Bildikləri də səthi idi... Nəzarətsiz
seçim azadlığı sayəsində yalnız öz ruhunun xəyalpərəst
meyllərinə cavab verən əsərləri oxumuşdu.
Mistik
hadisələr, metafizik incəliklər onun əqlini özünə maqnit
kimi çəkirdi; onda bu gənc üçün xəyalın həyat, həyatın da
xəyal
olduğuna
təəccüblənməyə
dəyərmi?
Heç
mövhumatçı olmağına da təəccüblənmək lazım deyil. O,
tez-tez taleyin ona ayırdığı sonsuz kədəri və sıra ilə ötən
yeknəsəq illər haqqında düşünərdi. Adətən payızda
ağaclardan yarpaqlar da beləcə süzülüb düşərdi.
Məhəbbətdən məhrum olan bu gənc bilirdi ki, “həyatın bu
qanunauyğunluğunda” (o, bizim həyat möhnətimizi belə
adlandırırdı) heç kəs onu nə təbəssümlə, nə də göz yaşı
ilə qarşılamayacaq: heç kəsin bağlılığını və nifrətini belə
bilmədən, heç kəsin heç zaman xatırlamayacağı qığılcım
kimi sönüb gedəcək. Onun bu həyatda heç kəsi yox idi.
Elə özü də təkliyəmeylli adam olduğundan həyatını daha
xoşbəxt axara yönəldə biləcək qədər mənəvi gücü də yox
idi. Səhrada yaşayanın sığınacağına bənzəyən qaranlıq,
hörümçəklərin sevimli yeri olan dəftərxana arxivinin
küncü və qəhvəxanaların bivec, yuxulu mühiti - onun
bütün həyatı bundan ibarət idi. Heç kəsi maraqlandırmırdı
ki, onun da ürəyi var. Kimsə ondan soruşacaqmı ki, yaxşı
geyinmək, sevmək, sevilmək istəyirmi? Sevmək... Bu fikir
onun ürəyini tez-tez sıxardı. O, necə sevə bilərdi? Ona
taleyini
etibar
edəni
necə
qucağında
gəzdirər,
ilahiləşdirərdi?”
Gərgin fəlsəfi, psixoloji süjet xətti olan “Bədbəxt
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi_
____
so 799 oa
Dionis” əsərində müəllifin tarix, dünya, dünyanın idarə
olunması, Tanrı haqqındakı təsəvvür və düşüncələri də
maraq doğurur.
Şair - yazıçı ciddi nəsr əsərləri yazmaqla bərabər,
balacaları da unutmamış, uşaqların və böyüklərin çox
sevdiyi "Göz yaşından yaranmış Fet Frumos”, “Hind
nağılı” adlı nağılları da qələmə almışdır.
Emineskunun bədii yaradıcılığı ilə yanaşı, ictimai-
siyasi fəaliyyəti də təqdirəlayiq idi. “Timpul” qəzetində iş
lədiyi müddətdə o, bir çox publisistik məqalələr yazmışdır.
Həmin dövrdə “Epiqon”dan sonra kəndli mövzusuna həsr
olunmuş “Mələk və İblis” poeması ərsəyə gəlmişdir. Daha
sonra inqilabi mübarizə ruhu ilə aşılanmış “İmperator və
proletar” poeması oxucuların ixtiyarına verilmişdir.
Eminesku yaradıcılığının şah əsəri “Luçaferul”, yəni
“Dan ulduzu” poeması hesab edilir. Bu əsər üzərində şair
üst-üstə səkkiz il işləmişdir. Burjua cəmiyyətində yaradıcı
şəxsiyyətin faciəsini əks etdirən poemanı Azərbaycan
dilinə Fəridə Hacıyevə tərcümə etmişdir. Əsəri oxuyarkən
aydın olur ki, folklor materialları əsasında yaranan bu
poema fəlsəfi motivlərlə çox zəngindir. Məsələn:
Gəlsəm də hüzuruna,
Ey könlümün pərisi.
Anam dənizdi mənim,
Atam göylər qübbəsi.
Yaxud:
Dünyamdan yerə enib,
Gəldim oğrun, sakitcə.
Atam günəşdi mənim,
Anamsa zülmət gecə.
_______________
Reyhar. Llirzəzadə
________________
so
2CC oa.
Xalqın böyük şairinin “Namələr” əsərində 1881-89-
cu illərdə ictimai ədalətsizlik əleyhinə etiraz üsyanı
ədəbiyyat səhifələrinə köçürülür.
... Bu gün Rumıniyada, Konstantsa şəhərində, Qara
dəniz sahilində Emineskunun möhtəşəm abidəsi ucalır.
Lakin o, burada tək deyil. Şairin dərin bir məhəbbət
bəslədiyi sevgilisi, gözəllər gözəli Veronika da onunla bir
likdədir. O Veronika ki, Mixay yoxsulluq, daim ehtiyac
içində yaşaması ucbatından həsrət çəkdiyi sevgilisinə
qovuşa bilməmişdi.
Veronika Mikle istedadlı rumın şairəsi idi. Mixay
onunla 1872-ci ildə ədəbiyyat gecələrinin birində tanış
olur və onu saf bir məhəbbətlə sevir. Sevgisinin qarşılıqlı
olması Emineskunu sevindirsə də, maddi sıxıntı onu Ve
ronika ilə bir yerdə olmaq, birgə yaşamaq arzusunu
içində boğmağa məcbur edir. Sabahını kədərlə düşünən,
heç özünün belə gündəlik ehtiyaclarını ödəmək imkanı ol
mayan xəstə şair üçün sevgilisinə qovuşmaq ömrünün
sonuna qədər əlçatmaz bir xülyaya çevrilir. Şair öz mə
həbbət duyğularını “Meşə haqqında nağıl”, “Göl”, “Arzu”,
“Ulduzlardan pay istədim” şeirlərində təsvir edir.
“Tənhalıq” , “İlham pərim”, “Ah, necə qəmgin könül”,
“Sevmirəm yer üzünü”, “Səndən nə qədər uzağam
mən...”, “Xahiş edirəm qal”, “Məhəbbət getdi”, “Ayrılıq”
şeirlərində şair öz həsrətini çox ağrılı şəkildə kağız və
qələmlə “bölüşür”. Mixayın Veronikaya həsr etdiyi, 1965-
ci ildə Kamilə Nemətova tərəfindən Azərbaycan dilinə
tərcümə olunan “Sən hələ yoxsan..." şeiri diqqəti cəlb
edir:
De, bir yadındamı isti yay günü,
Nədən hiss etmirdik biz o bürkünü?
Sənə hey deyirdim, ey sədaqətim,
Mənim məhəbbətim, ey məhəbbətim.
Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi
____
so
201 oa
Çox gözəl görmüşəm, qadın görmüşəm,
Yaqut dodaqlıdan tez ötüşmüşəm.
Heç zövq almamışam bu gözəllikdən,
Səni axtarmışam, aramışam mən...
Veronika da Mixayı o qədər dərin bir məhəbbətlə
sevirdi ki, ağır xəstə olduğu zaman bir an da olsun, şair
dən ayrılmır, qayğı və isti nəfəsini ondan əsirgəmirdi. Ey
ni ildə dünyaya göz açan iki sevgili, eyni ildə də, 1889-cu
ildə həyatdan köçür. Əvvəlcə Mixay, qısaca müddətdən
sonra Veronika...
Bu gün bu cüt sevgililər milyonlann qəlbində, onları
hər gün təzə-tər çiçəklərlə ziyarətə gəlib xatirəsini əziz
tutan neçə - neçə insanın, qarşılıqlı məhəbbətlə ailə
həyatı qurub ömür yollarında bir-birilərinə sədaqət andı
içən neçə-neçə gəncin ürəyində əbədi bərabərlik abi
dəsinə dönüblər. Əbədi bərabərlik, əbədi məhəbbət abi
dəsinə! Heykəlləri Qara dəniz sahilində olsa da...
_______________
Reyhan Mirzəzadə
_______________
“Azad Azərbaycan"qəzeti,
18 yanvar 2005 - c iil
во 202 oa
M ERDEKA - İNDONEZİYA DİLİNDƏ
“A ZA D L IQ ” DEMƏKDİR
“Bu
ölkəni daha yaxından izləməliyik, çünki on il sonra
İndoneziya çox fərqli bir mövqedə olacaq”..
(Türkiyə jurnalistinin İndoneziya
səfərindən sonra yazdığı məqaləsindən)
İndoneziya adalar dövlətidir. Asiya ilə Avstraliya
arasında, Sakit okeanla Hind okeanı arasında olan üç
min adadan ibarət böyük bir tağım adalarıdır. İndoneziya
dünyada ən böyük arxipelaqdır. 230 milyon nəfər əhali
sayına görə dünyada Çin, Hindistan və ABŞ-dan sonra
dördüncü yeri tutur. Əhalinin 96 faizini dil, mədəniyyət və
mənşəcə yaxın, 150-dən çox xalqdan ibarət olan indone
ziyalılar təşkil edir, ölkədə eyni zamanda indiyədək
ibtidai icma formalarını saxlayan qəbilə və tayfalar, həm
çinin çinlilər, ərəblər, Hindistan, Pakistan və banqladeş-
dəngəlmələr, hollandlar da yaşayır. Ümumiyyətlə, İndo
neziyada 300 etnik qrup mövcuddur, əhali 728 dildə
danışır.
İndoneziya dünya iqtisadiyyatı və siyasətinə birba
şa təsir göstərə bilən nəhəng 20-lik (G-20 kimi qeyd
olunur) ölkələr qrupuna daxildir və iqtidsadiyyatının sü
rətli artım tempinə görə bu qrupda Çindən sonra ikinci
yerdədir. Ölkənin ümumi daxili məhsulunun həcmi 1 tril
yon ABŞ dollarından çoxdur. Dünya iqtisadiyyatı ədəbiy
yatında İndoneziya, Malayziya, Sinqapur iqtisadiyyat
larının sürətli inkişafına görə “pələng dövlətlər” ad
landırılır. Mütəxəssislərin proqnozlarına görə, yaxın gələ
cəkdə İndoneziyanın dünya iqtisadiyyatında rolu daha da
artacaq, bu ölkə iqtisadiyyatının artım sürətinə və
həcminə görə ilk 10-luqda yerini tutacaqdır.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
BO 203 GA
İndoneziya
fərqli
millətlərin,
dinlərin
bir-birinə
səm im i dostluq m ünasibəti, qarşılıqlı ehtiram göstərdiyi
ölkələrdən biridir. Burada müxtəlif millətlərin dinini, mədə
niyyətini və tarixini özündə birləşdirən saysız-hesabsız
m əbəd və abidələr vardır. Yazılı mənbələrdən məlum
olurki, İndoneziya ərazisində mövcud olan ilk din bud
dizm dir. Buddizm dini bu ərazilərdə lll-IV əsrlərdə mey
dana gəlib. Buddist abidələrinə İndoneziyanın demək olar
bütün ərazilərində rast gəlmək olar. Buddizmin ilk yayıl
dığı yer olan Bali adasında bir-birindən əzəmətli və hey-
ranedici minlərlə buddaçı məbədləri mövcuddur. Bali
adası bu m ədəniyyət və memarlıq inciləri ilə o qədər zən
gindir ki, deyilənə görə, burada hər evdə, mağarada, ba
zarda və hətta benzindoldurma məntəqələrində belə
m əbədlərə rast gəlmək mümkündür.
V-VII əsrlərdə İndoneziya və Hindistan arasında
ticarət və mədəni əlaqələrin inkişafından sonra İndone
ziya ərazisində Hindistan mədəniyyəti və memarlığı ilə
bərabər, hinduizm dini də yayılmağa başlayıb. Hinduizm
və buddizm bir-birinə yaxın dinlər olduğu üçün bu dinlərə
sitayiş edənlər eyni məbədlərdə görüşürdülər.
İndoneziyada İslam dini XI-XIİI əsrlərdə Malayziya
və Hindistandan keçməklə yayılmağa başlayıb. XVI əsrdə
xristianlıq meydana gəlib. Əvvəlcə portuqallar tərəfindən
katoliklik yayılıb və katolik kilsələri tikilib. Sonralar hol
landlar protestantlığı yaymağa başlayıb və katolik kilsələr
protestant kilsələri ilə əvəz olunub.Müxtəlif əsrlərdə
dinlərin bir-birini əvəz etməsi ölkə ərazisində xeyli sayda
məbədlərin tikilməsinə səbəb olub. Təkcə buddizmə aid
22 min buddaçı məbədi tikilib. Bunlardan ən böyük və ən
qədimi bütün dünyada məşhur olan Borobudur məbədi
dir. Məbəd Yava adasında paytaxt Cakarta şəhərindən
40 km şimal-şərqdə yerləşir,, “Dağlarda Budda məbə-
__________________Reyhan_Mirzəzadə__________________eo__204__ca'>________________
Reyhan Mirzəzadə
________________
eo
204
ca
di”
adlanan bu möcüzəli tikili kvadrat şəklindədir.
Kvadratın hər tərəfinin uzunluğu 120 metrdir Ümumi əra
zisi 55 min kv metrdir. Tikilidə iki milyon daş bloklardan
istifadə olunub. Məbədin içində Buddanın 504 heykəli,
1460 dini mövzuda işləmələr var. Məbədin zirvəsinə
qalxmaq üçün səbrlə bir neçə km məsafə qət etmək
lazımdır. Zirvəyə qalxan yol spiral şəklindədir. Alimlər
məbədi təqribən VII-IX əsrlərə aid edir. Zaman-zaman
ərazidə baş verən zəlzələ və vulkanlar tikiliyə ziyan vursa
da, bərpa işləri aparılıb. İndi məbəd İndoneziyanın ən
qiymətli sənət abidələrindən biri kimi dövlət tərəfindən
qorunur. Eyni zamanda Borobudur məbədi YUNESKO
nun Ümumdünya İrsi siyahısına daxil edilib.
İndoneziyada
YUNESKO-nun
Ümumdünya
İrsi
siyahısına düşən tarixi memarlıq abidələrindən biri
də buddizmin və hinduizmin ən böyük nümunələrindən
biri olan “Prambanan“ kompleksidir. Kompleks
X
əsrin
əvvəlində tikilib. Yava adasının mərkəzində, Cakarta
şəhərindən 18 km şərqdə, Borobudur və məşhur çar
sarayı olan Ratu Bokodan bir qədər aralıda yerləşir.
1918-1953-cü illərdə holland alimi tərəfindən bərpa edilib.
Ratu Boko sarayını XVII əsrin sonunda portuqaliyalılar
tikib
Alimlərin və çoxsaylı turistlərin diqqət mərkəzində
olan məşhur məbədlərdən biri də Lara Conqranq adlanır.
Məbəd X əsrdə Mataram hökumətinin başçısı Caksa
tərəfindən tikilib. Adının mənası “Qamətli qız” olan Lara
Conqranq 47 metr hündürlükdədir və Şiva adlı Allahın
şərəfinə yaradılıb.
Cənub-şərqi Asiyada ən böyük məscid olan istiqlal
məscidi Cakarta şəhərində yerləşir. Bu, İndoneziyanın
Milli Məscidi kimi çoxsaylı müsəlmanların əziz ziyarət
gahıdır Regionun ən böyük məscidi, eyni vaxtda 120 min
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 205
ca
nəfər insanı qəbul edir. İstiqlal, İndoneziya azadlığına nail
olduqdan sonra xalqın Allaha bir daha məhəbbətinin və
təşəkkürünün təzahürü kimi inşa edilib, istiqlal sözü ərəb
dilində “azadlıq” deməkdir. 1953-cü ildə İstiqlal məs
cidinin tikilməsi üçün komitə yaradılıb. Bir neçə memarın
layihəsi təkilf olunub. Memar Fredrik Slabanın layihəsi
məqsədəuyğun hesab edilib. 1961-ci il 24 avqustda
Prezident Əhməd Sukarno tikintinin təməlini qoyub.
Tikinti 17 ilə tamamlanıb. 1978-ci il fevralın 22-də İndo
neziyanın növbəti Prezidenti Suxarto Milli Məscidin
açılışında iştirak edib.
İndoneziya olduqca maraqlı ölkədir, ölkənin öz
təqvimi vardır. İndoneziyalılar şən həyatı sevirlər. Onların
təqvimlərində o qədər bayramlar mövcuddur ki, sanki
ölkə hər gün bayram edir. İldə 230 gün bayram günüdür.
Təkcə Kuninqan və Qalunqan adlı dini bayramlar on gün
davam edir. Bayram günləri ailələr bir məkana yığışıb
Allaha dua edirlər ki, Tanrı ocaqlarındakı səadəti qoru
sun. Buna görə bayrama səadət bayramı da deyilir.
İndoneziya təqvimində bir bayram da var ki, bu, 8
mart beynəlxalq qadınlar gününə çox yaxındır. Həmin
gün, 21 aprel-Kartini günü İndoneziyada qadınlar bay
ramıdır.
Raden
Adjenq Kartini
İndoneziyanın yazıçısı,
ictimai-siyasi xadimi, ideoloqu, ilk feminist qadını və Milli
Qəhrəmanı olub. Yüksək ziyalı ailəsində doğulub, Qərb
təhsili alıb. Qadınların maariflənməsinə çalışıb. Köhnə
feodal qanunlarının, çoxarvadlılığın, erkən nigahların
əleyhinə gedib. Qadın hüquqlarının müdafiəçisi kimi
məqsəd və amallarını yazdığı “Zülmətdən işıqlığa” adlı
kitabında əks etdirib. Xanımın fəaliyyəti İndoneziyada
m illi hərəkatın simvollarından biri kimi qiymətləndirilib.
Məktəblərə adı verilib.
_______________
Reyhan Mirzəzadə
________________
£o
206
Oä
Dost və qardaş ölkənin - İndoneziyanın siyasi
tarixində bütün xalq üçün əziz olan bir gün var. Bu, 17
avqust - Müstəqillik Günüdür. Bu şanlı tarixə gedən yol
olduqca çətin, iztirablı, eyni zamanda şərəfli və qürurlu
yol olub. Bu yolda ölənlər də az olmayıb, həbsxanalarda
zülümlərə düçar olanlar da, min cür dərd tapıb məhv
olanlar da çox olub, amma İndoneziya düşmən qarşısın
da əyilməyib. Döyüşüb, mübarizə aparıb və qalib gəlib.
...Artıq XVI əsrdə İndoneziya müsəlman süla
lələrinin başçılıq etdikləri kiçik dövlətlərə bölünür. Avropa
müstəmləkəçilərinin ilk dəfə İndoneziyaya gəlməsi həmin
əsrə aid edilir. XVIII əsrdə hollandlar Yava adasının əsas
bölgələrini, XIX əsrdə isə bütün İndoneziyanı işğal edir.
XX əsrin əvvəlindən İndoneziyada mütəşəkkil milli
azadlıq hərəkatı başlayır. 1908-ci ildə ilk milli təşkilat -
Budi Utomo, 1911-ci ildə İslam Kütləvi-Siyasi təşkilatı -
Sariqat təşis edilir.
1939-cu ildə İndoneziyada milli şüurun güclənməsi
nəticəsində ilk vahid milli cəbhə təşkilatı-lndoneziya
Siyasi Birliyi təşkilatı yaranır. 1942-1945-ci illərdə İndo
neziyanı Yaponiya qoşunları işğal edir. 1945-ci ilin 17
avqustunda milli-azadlıq hərəkatının güclü mübarizliyi
nəticəsində keçmiş müstəmləkə ərazisində azad, müs
təqil dövlətin-lndoneziya Respublikasının yaranması elan
olunur. O vaxtdan 17 avqust ölkədə milli bayram-Müstə-
qillik Günü kimi geniş qeyd olunur, ölkənin ilk Prezidenti
Sukarno seçilir.
Əhməd Sukarno kasıb müəllim ailəsində doğul
muşdu. İndoneziyada mövcud olan bir neçə dildən əlavə,
ingilis, fransız, alman və yapon dillərini də yaxşı bilirdi.
1927-ci ildə yaranan İndoneziya Milli Partiyasının bani
lərindən biri və partiyanın sədri olmuşdu. Xalq ara
sında Bunq Karno, yəni qardaş Karno adı ilə məşhur idi.
_
Azərbaycançılıq və vətənpərvərlik məflturəsi
_____
s
n 207
ea
Müstəmləkəçiliyə, əsarətə qarşı mübarizədə iştirak etdi
yinə görə 1929-1931-ci illərdə hollandiyalılar tərəfindən
Bandunqda iki il həbs cəzasına məhkum edilmişdi. 1932-
ci Üdə İndoneziya Milli Partiyasının əvəzində yaradılmış
İndoneziya Partiyasına daxil olub onun sədri seçilmişdi.
1933-1942-ci illərdə səkkiz il Sumatra və Flores ada
larında sürgün həyatı yaşamışdı. 1945-ci ildə İndonezi
yanın istiqlaliyyətini bəyan edib onun ilk Prezidenti seçil
dikdən sonra, 1963-cü ildə Əhməd Sukarnoya inqilabın
böyük rəhbəri titulu verilmiş və o, ömürlük Prezident elan
olunmuşdu. Lakin 1965-ci il 30 sentyabr hadisələri
nəticəsində ölkədə hərbi-bürokratik rejimin yaradılması ilə
Sukarnonun siyasi fəaliyyəti məhdudlaşdırılmış və o,
1966-cı ildə hakimiyyətdən uzaqlaşdırılmışdı. Hakimiy
yətdən uzaqlaşdığı ildən ömrünün sonuna qədər ev
dustağı idi. Onun ideologiyası ölkədə qadağan olunsa da,
1970-ci ildən sonra ideologiya üstünlüyü ilə haqqa
tapındı, bu qadağa aradan götürüldü. Nəydi bu ideo
logiya? Gəlin, tarixi sənədlərə müraciət edək və arxivin
səhifələrində bunu necə deyərlər, onun öz dilindən
eşidək.
1956-cı ilin sentyabrın əvvəlində İndoneziyanın ilk
Prezidenti Əhməd Sukarno keçmiş SSRl-yə rəsmi səfərə
gələrkən ölkənin bir çox yerlərini gəzdi. Müsəlman xalqlı
respublikalarda - Özbəkistanda və Azərbaycanda olarkən
onun etdiyi çıxışlarda müsəlman doğmalığı özünü aydın
büruzə verirdi. O, deyirdi:”Sizin aranızda çoxlu müsəlman
olduğunuzu bildiyimə görə, mən sizə müsəlmancasına
salam vermək istəyirəm. İndoneziyada ən müxtəlif dinlərə
etiqad edən adamlar yaşayır, orada müsəlmanlar, xris
tianlar və büdpərəstliyə etiqad edən adamlar vardır, lakin
İndoneziya xalqı özünü vahid bir xalq hiss edir və
indoneziyalılar bir-birilərini İndoneziya dilində “Merdeka!”-
_______________
Reyhan Mirzəzadə
___________ _
Ю
208
oa
deyə salamlayırlar. Bu söz isə İndoneziya dilində Azadlıq
deməkdir.
Biz 350 il müstəmləkə əsarəti altında olmuşuq, 350
il bundan əvvəl birinci dəfə olaraq hollandiyalılar bizim
ölkəmizə gəlmişlər. İndoneziyada milli mübarizə 1908-ci
ildə başlanmışdır. Əvvəlcə kiçik bir hərəkat olan bu mü
barizə tədricən genişləndi və bütün İndoneziya xalqının,
80 milyonluq indoneziyalıların hamısını bürüdü. 1945-ci il
avqustun 17-də biz özümüzü müstəqil dövlət elan etdik,
İndoneziya xalqını azad və müstəqil xalq elan etdik!
İndi məndən qabaq çıxış edən alim, bizim qəh
rəmanlarımızdan Suopatinin və Kipokaqorun adını çəkdi.
Bəli, doğrudan da onlar mübarizə aparmışlar. Onlar nəyin
uğrunda mübarizə aparmışlar? Onlar ideya uğrunda
mübarizə aparmışlar. Bir çoxları həbsxanalara gön
dərilmişdir. On minlərlə adam həbsxanalarda həlak
olmuşdur, on minlərlə adam güllələnmişdir. Onlar nəyin
xatirinə bu yol ilə getmişlər? Müəyyən ideyanın xati
rinə.Biz də müəyyən ideya xatirinə inqilab etmişik. Bu
ideya xatirinə İndoneziya Respublikası yaradılmış, İndo
neziya xalqının istiqlaliyyəti elan edilmişdir. İndoneziya
xalqının qəlbində yaşayan bu ideya hansı ideyadır? Bu,
azadlıq, xoş güzəran, bərabərlik və bütün dünyada sülh
ideyasıdır. Dövlət həyatında bu ideya məlum “Pənça sila”
prinsiplərində ifadə edilmişdir. İki növ “Pənça sila” vardır.
İndoneziyada elan edilmiş “Pənça sila” prinsipləri vardır.
Bunlar İndoneziya dövlətinin əsaslandığı beş prinsipdir.
Bu prinsiplər aşağadakılardan ibarətdir:
1. Allaha etiqad etmək və bütün dinlərə hörmət etmək.
2. Vətənə məhəbbət.
3. Humanizm
4. Dövlətin istiqlaliyyəti və suverenliyi.
5. İctimai xoş güzəran.
___
Azərbaycançılıq və vətənpərvərlik məflturəsi
_____
ю
209 ca.
Bu “Pənça sila” prinsipləri İndoneziya dövlətinin
daxili prinsipləridir. Lakin bütün dünyada məşhur olan və
1955-ci ilin aprel ayında Asiya və Afrika ölkələrinin
Bandunq konfransında elan edilmiş “Pənça sila” prinsip
ləri də vardır. Bu “Pənça sila” prinsipləri dövlətlərin dinc
yanaşı yaşaması, qarşılıqlı faydaya və bərabərliyə
əsaslanan əlaqələr yaradılması prinsipləridir
“Pənça sila”- beş məlum prinsip ideyası müxtəlif
ölkələrin dinc yanaşı yaşamasından, istiqlaliyyətindən və
bir-birilərinə hörmət etməsindən bəhs edir. Biz qoca
rəhbərlər bəlkə də bu ideyanın həyata keçiriləcəyi vaxta
qədər yaşaya bilmədik, lakin gənclər bütün dünyada
sülhü görəcəklər, bütün dünyada dostluğu görəcəklər,
qarşılıqlı hörməti görəcəklər. Gənclər dünyanın bütün
ölkələrinin dinc yanaşı yaşamasının şahidi olacaqlar. Biz
həmişə gənclərimizi öz ideyalarımızı inkişaf etdirməyə
çağırmışıq.İndoneziya rəhbərlərinin daşıdıqları bu ideya
ları İndoneziya gəncləri inkişaf etdirəcəklər. Biz öz müba
rizəmizi İndoneziya gənclərinə tapşırırıq. Biz deyirik ki,
biz qocalar bir yerə toplaşsaq, dağı yerindən qaldıra
bilərik, lakin gənclərin hamısı bir yerə toplaşsalar, onlar
bütün dünyanı dəyişdirə bilərlər. “ Pənça sila" ideyası
hazırda İndoneziya gənclərinin qəlbində yaşayır... Mən
Şimalda, Cənubda, Qərbdə və Şərqdə yaşayan bütün
adamlara müraciət edirəm. Mən dərisinin rəngindən, ağ
və ya qara, sarı və ya qəhvəyi olmasından asılı olma
yaraq, bütün adamlara müraciət edərək deyirəm: gəlin
dostlar, sülhün xeyri üçün hamımız birlikdə işləyək,
hamımız birlikdə çalışaq. Mən bütün dünyanın adam
larına müraciət edərək, onları möhkəm sülhün həyata
keçirilməsi
uğrunda birlikdə çalışmağa və birlikdə
mübarizə aparmağa çağırıram”.
Dostları ilə paylaş: |