SƏbuhi ƏHMƏdov


“Eylər dili Çin səddinədək hökmünü icra



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/34
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15173
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

Eylər dili Çin səddinədək hökmünü icra, 
Bir ucudur Altay bu yerin, bir ucu səhra” – idi. 
Əli  bəy  Hüseynzadənin  adı  Azərbaycan 
tarixinə  görkəmli  ictimai  xadim,  pedaqoq,  həkim, 
jurnalist,  yazıçı-publisist,  rəssam,  musiqişünas  kimi 
yazılmışdır. 
 
əsrin  əvvəllərində  yaranmaqda  olan  Azərbaycan  uşaq  ədəbiyyatının  ən  yaxşı 
nümunələrindəndir. 
Sabirin şeir dili canlı xalq dili və klassik Şərq şerinin ifadə xüsusiyyətləri 
əsasında formalaşmış zəngin, rəngarəng, duzlu-məzəli dildir. 
Azərbaycan  xalqının  milli  şüurunun,  özünüdərkinin  formalaşmasında, 
istiqlal  uğrunda  mübarizəsində  müstəsna  əhəmiyyətə  malik  Mirzə  Ələkbər  Sabir 
1911-ci  il  iyulun  12-də  Şamaxı  şəhərində  vəfat  etmiş  və  "Şaxəndan"  ("Şahi 
Xəndan) şəhər qəbiristanlığında dəfn olunmuşdur. 
 
Əli bəy Hüseynzadə 
      (1864-1940) 
Əli 
bəy 
Hüseynzadə  1864-cü  ildə  Salyan  şəhərində  anadan  olmuşdur.  Mədrəsədə  dərs 
deyən  atası  Hüseyn  bəy  oğlunu  da  müəllim  görmək  istəyir  və  qohumları  axund 
Əhməd  Hüseynzadədən  məsləhət  istəyir.  Qafqazın  şeyxülislamı  vəzifəsini  tutan 
axund  Əhməd  oğlanı  Tiflisə  gətizdirir  və  burada  Qafqaz  Müsəlmanları  Ruhani 
İdarəsinin nəzdində ali sinifli məktəbə qəbul etdirir. Məktəbi bitirən Əli bəy 1875-
ci  ildə  Tiflisdəki  1-ci  şəhər  gimnaziyasına  daxil  olur  və  1885-ci  ildə  buranı 
müvəffəqiyyətlə bitirir. 
Ruhani  olmaq  istəməyən  Əli  bəy  Hüseynzadə  1885-ci  ildə  Peterburqa 
yollanır  və  Peterburq  Universitetinin  fizika-riyaziyyat  fakültəsinə  daxil  olur. 
Burada  o,  1889-cu  ilədək  təhsilini  davam  etdirir  və  universiteti  müvəffəqiyyətlə 
bitirir. Lakin Əli bəyin texniki sahəyə bir elə həvəsi olmamışdır. Dərs proqramına 

214 
 
aid  olan  ədəbiyyatdan  daha  çox,  o,  türkdilli  xalqların  tarixi  və  ədəbiyyatına  aid 
kitablar  oxuyurmuş,  islam  tarixi  və  dəyərlərinə  maraq  göstərirmiş.  Tələbə  siyasi 
dərnəklərinin  fəal  üzvü  olan  Əli  bəy  çarizmin  türk-müsəlman  xalqlarına  qarşı 
apardığı siyasətə  qarşı çıxmışdır. Nəticədə  onun adı bir çox polis protokollarında 
hallanmış, faktik olaraq potensial inqilabçıların "qara siyahı” sına salınmışdır. Bu 
zaman  Ə.Hüseynzadə  həm  də  ədəbi  fəaliyyətlə  məşğul  olmağa  başlamış,  əsasən 
lirik şeirlər yazmışdır. 
Rusiyanın  onunçün  cansıxıcı  mühitində  yaşaya  bilməyən  Əli  bəy 
Hüseynzadə gözlənilmədən İstanbula yollanır. 
Türk  dünyasının  nicatını  Osmanlı  dövlətində  görən  Əli  bəy  burada  ali 
təhsil  almaq  qərarına  gəlir.  1890  -  1895-ci  illərdə  Ə.Hüseynzadə  İstanbul 
Universitetinin  hərbi tibb fakültəsində ali təhsil alır. Universiteti bitirdikdən sonra 
o,  1895  -  1897-ci  illərdə  İstanbulda  Heydərpaşa  hərbi  hospitalında  dermatoloq 
ixtisası  üzrə  həkim  işləyir.  Əli  bəy  1897-ci  ildə  yüzbaşı  rütbəsində  Türkiyənin 
Balkanlarda  apardığı  müharibənin  Tesaliya  cəbhəsinə  göndərilir  və  3  il  döyüş 
bölgəsində olur. Burada o, müharibənin törətdikləri fəlakətləri öz gözləri ilə görür. 
1900-cü  ildə  Əli  bəy  cəbhədən  qayıdır,  İstanbul  Universitetinin  dəri-zöhrəvi 
xəstəlikləri  üzrə  kafedrasında  professor  köməkçisi  vəzifəsində  çalışır.  Bu  illərdə 
onun  çap  etdirdiyi  əsərlər  Türkiyə  tibb  elminin  inkişafına  müəyyən  töhfə 
vermişdir.  "Sifilis",  "Vəba  və  mikrobu",  "Ensiklopedik  türk  lüğəti"  kimi  əsərləri 
osmanlı ictimaiyyəti və peşəkar həkimlər tərəfindən müsbət qarşılanmışdır. 
Hərbi  həkim  kimi  çalışdığı  dövrdə  Əli  bəy  vaxtaşırı  əbədi  fəaliyyətlə  də 
məşğul olur; o, alman alimi F.Bodenştedtin Ömər Xəyyam haqqında yazdığı əsəri, 
şairin bir neçə rübaisini, Hötenin "Faust" əsərini türk dilinə çevirərək nəşr etdirir. 
Bu  dövrdə  Əli  bəy  Hüseynzadə  öz  əsərlərini  "Ə.H"  və  "Səlyani"  təxəllüsləri  ilə 
imzalamışdır. 
Türkiyəyə  böyük  məhəbbət  hissi  ilə  yanaşan  Əli  bəy  Osmanlı 
sultanlarının  özbaşınalıqlarını,  onların  konservatizmini  ölkənin  inkişafına  mane 
olan səbəblər hesab etmişdir. O, ölkədə  köklü islahatların tərəfdarı olmuşdur. Əli 
bəy siyasi dərnəklərdə fəal iştirak etməyə başlamış və burada bir çox tərəqqipərvər 
ziyalı ilə tanış olmuşdur. Türkiyə ziyalıları Abdulla Cövdət, İsak Sükuti və İbrahim 
Temo ilə dostluq edən Əli bəy İstanbulda "İttihad və tərəqqi" partiyasının əsasını 
qoyur  və  sultan  Əbdülhəmid  rejiminə  qarşı  çıxır.  Buna  görə  təqib  olunan  Əli  bəy 
1903-cü  ildə  Türkiyəni  tərk  edir  və  Bakıya  gəlir;  o  burada  həkim  kimi  fəaliyyət 
göstərmək istəyirdi. 
Lakin Rusiya  məmurları ona həkimlik fəaliyyəti ilə  məşğul olmağa icazə 
vermirlər və Əli bəy "Kaspi" və "Baku" qəzetləri ilə əməkdaşlıq etməyə başlayır. 
İşgüzarlığı  və  jurnalist  intuisiyası  ilə  seçilən  Əli  bəy  çox  keçmir  ki,  Hacı 

215 
 
Zeynalabdin Tağıyevin maliyyələşdirdiyi "Həyat" qəzeti və "Füyuzat" jurnalından 
dəvət alır və 1905 - 1907-ci illərdə bu orqanlarda çalışır. 
Azərbaycanda  Əli  bəyin  siyasi-ictimai  fikirləri  xalq  tərəfindən  rəğbətlə 
qarşılanırdı  və  odur  ki  1905-ci  ildə  o,  bir  nüfuzlu  şəxs  kimi  "Ümumrusiya 
müsəlmanlarının ehtiyaclarına dair"  adlı müraciəti təqdim etmək üçün Peterburqa 
gedən 11 nəfərlik heyətə üzv seçilir. O həmçinin Rusiya Müsəlman İttifaqının gizli 
qurultaylarında iştirak edir. Türk-müsəlman xalqlarının birliyini arzulayan, bunun 
uğrunda çalışan Əli bəyin "Türklər kimdir və kimlərdən ibarətdir?", "Türk dilinin 
vəzifeyi-mədəniyyəsi", "Məcnun və Leylayi-islam", "Yazımız, dilimiz" məqalələri 
Azərbaycandan kənarlarda belə böyük maraqla oxunurdu. İlk dəfə olaraq məhz o, 
"Məcnun  və  Leylayi-islam"  məqaləsində  Turan  imperiyasının  qurulmasının  və 
onun tərkibində bütün türkdilli xalqların birləşməsinin vacibliyini vurğulamışdır. 
Əli  bəy  Hüseynzadənin  idealı  "türk  qanlı,  müsəlman  etiqadlı,  firəng 
fikirli, Avropa qiyafəli fədai"dir. Onun fikrincə, məhz belə insanlar türk xalqlarını 
zülmətdən  qurtara  bilər.  Əli  bəyin  fikirləri  "türkləşmək,  islamlaşmaq, 
müasirləşmək"  şəklində  cəmiyyət  arasında  yayılır  və  tədricən  siyasi  məsləkə 
çevrilirdi. 
Onun  bu  ideyaları  təkcə  Rusiya  hakim  dairələri  deyil,  Osmanlı  sultanı 
tərəfindən  də  mənfi  qarşılanmış  və  nəticədə  "Füyuzat"  jurnalı  bağlanmışdır. 
Bundan  sonra  Əli  bəy  Hüseynzadə  pedaqoji  fəaliyyətlə  məşğul  olmağa  başlamış, 
Bakıda "Səadət" məktəbinin müdiri olmuş və burada müasir tələblərə cavab verən 
tədris  prosesi  qurmuşdur.  Eyni  zamanda  o,  "Tərəqqi"  və  "Həqiqət"  qəzetləri  ilə 
əməkdaşlıq  etmiş,  Azərbaycanın  siyasi  həyatında  baş  verən  vacib  proseslərə  öz 
münasibətini  bildirmişdir.  Onun  məqalələrində  fəlsəfə,  tarix,  siyasət,  sosiologiya, 
ədəbiyyatşünaslıq,  musiqişünaslıq  problemləri  də  öz  əksini  tapmışdır.  Əli  bəy 
Hüseynzadə  çoxşaxəli  fəaliyyəti  ilə  Azərbaycan  ədəbi-elmi  fikri  tarixində 
M.F.Axundzadənin  ardınca  yeni  bir  mərhələnin  başlanğıcını  qoymuşdur.  Məhz 
onun sayəsində Azərbaycanda "füyuzatçılar" adlı ədəbi-fəlsəfi məktəb yaranmışdır. 
Əli  bəy  Hüseynzadənin  "Siyasəti-fürusət"  əsərində  türkçülük  ideyası 
formalaşmış,  türkçülüyün  elmi-nəzəri  əsasları  işlənmişdir.  Bu  əsər  turançılığın 
məfkurə hərəkatına çevrilməsinə gətirib çıxarmışdır. 
1908-ci  ildə  Türkiyədə  sultan  Əbdülhəmidin  rejimi  devrilir  və  inqilabçı 
dostlarının  dəvəti  ilə  1910-cu  ildə  Əli  bəy  Türkiyəyə  qayıdır.  İstanbul 
Universitetində  tibb  kafedralarının  birində  pofessor  vəzifəsində  çalışan 
Hüseynzadə Türkiyənin siyasi, ictimai və mədəni həyatında yaxından iştirak etmiş, 
Əhməd  Ağaoğlu,  Yusif  Akçura,  Ziya  Gökalp,  Məhəmməd  Əmin  Rəsulzadə  ilə 
“Türk  dərnəyi”ndə  fəaliyyət  göstərmişdir.  I  Dünya  müharibəsi  illərində  o,  Qərbi 
Avropa  ölkələrində  keçirilən  tədbirlərdə  fəal  iştirak  etmiş  və  var  qüvvəsi  ilə 
türkçülük ideyalarını yaymağa çalışmışdır. 

216 
 
1918-ci ildə Türkiyə hökumətinin qərarı ilə Azərbaycana kömək məqsədi 
ilə göndərilmiş heyətin tərkibində Əli bəy də Gəncəyə gəlmişdir. 
Türkiyədə  cümhuriyyət  yaradılanda  Əli  bəy  onu  ürəkdən  alqışlamış, 
Mustafa Kamal paşa Atatürkü dəstəkləmişdir. 
1916 - 1917-ci illərdə Berlin və Stokholm konfranslarında iştirak edən Əli 
bəy Hüseynzadə yenə də turançılıq ideyasını bəyan etmiş, onu yaymağa çalışmışdr. 
1926-cı ildə Bakıda keçirilən türkoloji qurultayda Əli bəyin iştirakı sovet 
hakim dairələri  üçün   nə qədər arzuolunmaz   idisə,  Azərbaycan  ictimaiyyəti üçün 
bir o qədər xoş idi. Azərbaycan müstəqilliyinin sovet süngüləri ilə məhv edilməsini 
ürək  ağrısı  ilə  qarşılayan  Əli  bəy  vətəninin  yenidən  müstəqil  olacağına  ümidini 
itirmirdi. 
Əli bəy Hüseynzadənin azərbaycanlılar haqqında söylədiyi fikirlər indi də 
aktualdır:  "Biz  insanız.  Məzlum  olan  sinifləri  zalım  siniflərin  təcavüzündən  azad 
etməyə  çalışacayız.  Biz  Qafqazlıyız.  Qafqaz  əhlinə  və  ümumidarəsinə  özü  baxa 
bilmək  üçün  lazım  gələn  muxtariyyət  tələb ediriz. Biz  müsəlmanız. Binaən-əleyh 
öz  əqaidi-diniyyəmizə,  hürriyyəti-vicdanəmizə  hər  nə  lazımsa,  onu  istəyiriz.  Biz 
türküz.  Dilimizin,  lisanımızın  tərəqqisinə  mane  olan  hər  növ  sədlərin,  divarların 
yıxılmasına, rəf olunmasına qeyrət ediriz". 
Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat etmişdir. 

217 
 
Azərbaycanın  ictimai  mühitinə  “İslamçılıq, 
qərbçilik  və  türkçülük”  şüarı  ilə  ifadə  olunan 
dünyagörüşünü  Əhməd  bəy  Ağayev  gətirmişdir.  O, 
Qərb  mədəniyyətindən  öyrənmək,  lakin  dünyaya 
islami  dəyərlər  mövqeyindən  baxmaq  tələbi  ilə  çıxış 
etmişdir. Eyni zamanda, türklərdə türkçülük şüurunun 
oyanmasına  böyük  əhəmiyyət  vermişdir.  Əhməd  bəy 
Ağayevin  bu  fikirləri  sonralar  sovet  hakimiyyəti 
illərində ona “panislamist”, “pantürkist” damğalarının 
vurulmasına  səbəb  olmuşdur.  Sovet  dövründə 
kommunist  ideoloqlar  tərəfindən  Ağayevin  adının 
çəkilməsi,  əsərlərinin  çap  olunması  və  oxunması 
qadağan edilmişdi. 
Azərbaycan tarixinə Əhməd bəy Ağayevin adı 
türkçülük hərəkatının ideoloqlarından biri, görkəmli 
ictimai-siyasi xadim, publisist, yazıçı, islamşünas kimi 
yazılmışdır. 
Əhməd bəy Ağayev 
    (1869-1939) 
Əhməd bəy Ağayev 1869-cu ildə Şuşa şəhərində  anadan olmuşdur. Atası 
Mirzə  Həsən  bəy  XVIII  əsrdə  Qarabağ  xanlığının  əsasını  qoymuş  Pənahəli  xan 
Cavanşirin  nəslindən  idi.  Əhməd  bəy  ilk  təhsilini  Şuşadakı  rus  məktəbində 
almışdır.  Buranı  bitirdikdən  sonra  atası  onu  Tiflisə  göndərmişdir.  Burada  Əhməd 
bəy Tiflis gimnaziyasına daxil olmuşdur. 
Tiflis  gimnaziyasını  müvəffəqiyyətlə  bitirən  Əhməd  bəy  Ağayev 
Rusiyanın  paytaxtı  Peterburq  şəhərinə  getmiş  və  Mühəndis-Texniki  İnstitutuna 
daxil  olmuşdur.  Lakin  hələ  gimnaziya  illərindən  onun  humanitar  elmlərə  böyük 
həvəsi  yaranmışdı.  Odur  ki,  Əhməd  bəy  təhsilini  yarımçıq  qoyub  humanitar 
elmlərlə məşğul olmaq qərarına gəlir. O, Fransanın paytaxtı Parisə yollanır. Burada 
dil öyrənməklə bərabər, o, hüquq məktəbində  təhsil alır, daha sonra isə dünyanın 
ən  məşhur  elm-təhsil  ocaqlarından  sayılan  Paris  Sorbonna  Universitetinə  daxil 
olur.  Hüquqşünas  təhsili  almasına  baxmayaraq  o,  Şərq  xalqlarının  tarixi  ilə 
dərindən maraqlanır, ərəb, fars və türk (osmanlı) dillərini mükəmməl öyrənir. 
1890-cı  ildən  etibarən  Əhməd  bəy  Ağayev  imzası  ilə  Fransanın  müxtəlif 
jurnal və qəzetlərində məqalələr çap edilməyə başlanır. Bu məqalələr əsasən Şərq 
fəlsəfəsi  və  ədəbiyyatına  həsr  olunmuşdu.  1892-ci  ildə  o,  Londonda  keçirilən 
beynəlxalq şərqşünaslıq konqresinə dəvət alır və həmin konqresdə "Şiə məzhəbinin 
mənbələri" adlı mövzuda çıxış edir. Bu mövzuda yazdığı məqalə məşhur Kembric 
Universiteti  tərəfindən  bir  neçə  Avropa  dillərinə  tərcümə  edilir.  Qacarlar 

218 
 
sülaləsindən  olan  İran  şahı  isə  Əhməd  bəyə  üzük  göndərir.  Ağayevin  məqalələri 
eyni  zamanda  Tiflisdə  rus  dilində  çıxan  "Kavkaz"  qəzetində  də  çap  olunurdu. 
Parisdə  Əhməd  bəy  "müsəlman  dünyasının  mümtaz  siması"  adlandırılan,  Şərqin 
böyük  mütəfəkkiri,  ictimai-siyasi  xadimi  Şeyx  Cəmaləddin  Əfqani  ilə  tanış 
olmuşdu. O, Parisdə fəaliyyət göstərən osmanlı mütəfəkkirləri ilə də tanış olmuş və 
sonralar "Gənc türklər" adı ilə tanınan təşkilatın yaranmasının şahidi olmuşdur. Bu 
tanışlıqlar 
onun  dünyagörüşünün  formalaşmasına,  sonrakı  ictimai-siyasi 
fəaliyyətinin istiqamətinə böyük təsir göstərmişdir. 
1894-cü  ildə  Əhməd  bəy  Azərbaycana  qayıtmış  və  burada  "Məşriq" 
qəzetinin  çap  edilməsi  üçün  icazə  istəmişdir.  Qəzetdə  islam  və  türk  dünyasının 
problemləri  barədə,  onların  həlli  yollarının  axtarılması  istiqamətində  yazılar  çap 
etmək  niyyətində  olduğunu  bildirdikdə  çar  məmurları  onun  nəşrinə  icazə 
verməmişdir. Nəticədə Əhməd bəy Şuşaya getmiş. və 1896-cı ildən burada realnı 
məktəbdə  fransız  dilindən  dərs  deməyə  başlamışdır.  O  həmçinin  şəhərdə 
qiraətxana-kitabxana açmış, ilk teatr tamaşaları təşkil etmişdir. Qarabağın ictimai-
siyasi həyatında çox mühüm rol oynayan Əhməd bəy olduqca böyük nüfuz sahibi 
idi.  Haqqında  yaxşı  sözlər  eşidən  məşhur  xeyriyyəçi  Hacı  Zeynalabdin  Tağıyev 
onu  Bakıya  dəvət  edir  və  realnı  məktəbə  fransız  dili  müəllimi  vəzifəsinə 
düzəlməsinə  yardımçı  olur.  Əhməd  bəy  Ağayev  eyni  zamanda  "Kaspi" qəzetində 
də işləmiş və hətta qəzetin ədəbi şöbəsinin müdiri olmuşdur. 
Əhməd  bəy  özünün  ən  yaxşı  əsərləri  sayılan  bir  sıra  kitab  və  elmi 
məqalələrini  məhz  bu  dövrdə  yazmışdır.  "İslama  görə  və  islam  aləmində  qadın", 
"İslam,  axund  və  hatifulqeyb"  kitabları,  "Kaspi"  qəzetində  dərc  etdirdiyi 
"Müsəlman  söhbətləri",  "Müsəlman  xalqlarının  vəziyyəti"  adlı  silsilə  məqalələri 
Əhməd  bəyə  bütün  müsəlman  Şərqində  şöhrət  qazandırmışdır.  Əsərlərində 
müsəlman  dünyasının  durumunu  təsvir  edən,  bu  ağır  vəziyyətin  səbəblərini 
araşdıran, islam dünyasına  böhtan atan avropalı  müəlliflərə  tutarlı cavablar  verən 
Əhməd  bəy  çıxış  yolunu  maariflənməkdə  və  mübarizədə  görürdü.  Onun  əsərləri 
Tiflisdə  çıxan  "Şərqi-Rus"  qəzetində  və  hətta  Hindistanın  Kəlküttə  və  Misirin 
Qahirə şəhərlərində dərc olunmuşdur. 
Əhməd  bəy  Ağayev  "Nicat",  "Nəşri-maarif,  "Səadət"  xeyriyyə 
cəmiyyətlərinin təşkil edilməsində yaxından fəaliyyət göstərmişdir. 
1905  -  1907-ci  illərdə  Əhməd  bəy  "İrşad",  "Həyat",  "Tərəqqi"  qəzetərini 
nəşr  etdirmişdir.  O  həmçinin  rus  dilində  də  "Proqress"  adlı  bir  qəzet  hazırlayıb 
buraxdırmışdır. Bu qəzetlər azərbaycanlıların milli düşüncəsinin formalaşmasında 
böyük rol oynamışdır. Əhməd bəy məqalələrində erməni daşnaklarının iç üzlərini 
açmış, onların arxasında rus çarizminin dayanmasını açıq şəkildə bildirmişdir. 
1906-cı  ilin  fevralında  Qafqaz  canişini  Tiflisdə  "barışıq  qurultayı" 
keçirəndə  Əhməd  bəy  Ağayev  Ə.Topçubaşov,  Q.Qarabəyov  və  İ.Hacınski  ilə 

219 
 
birlikdə  Bakı  şəhərinin  nümayəndələri  kimi  iştirak  etmiş  və  azərbaycanlıların 
proqramını  bəyan  etmişdir.  Çıxışı  zamanı  konkret  faktlar  gətirən  Əhməd  bəy 
erməni  millətçi  partiyalarının  buraxılmasını  tələb  etmiş,  əks  təqdirdə 
azərbaycanlıların hərbi dəstələr yaratmağa məcbur olacağını bəyan etmişdir. 
"Barışıq  qurultayı"  heç  bir  əməli  nəticə  vermədiyindən  Əhməd  bəy 
"Difai"  partiyasını  təşkil  etmişdir.  Partiya  erməni  təcavüzünün  qarşısının 
alınmasında danışıqlar yolundan başqa, hərbi dəstələr yaratmaq yolunu da tövsiyə 
etmişdir. Azərbaycanlı xeyriyyəçilərin hesabına azərbaycanlılardan təşkil olunmuş 
bu  dəstələr  Naxçıvanda,  Qarabağda,  Zəngəzurda  erməni  quldurlarının  və  onların 
havadarlarının  hücumlarının  qarşısını  almaqda  böyük  rol  oynamışdır.  Partiyanın 
fəaliyyəti çar hökumətini bərk narahat etmişdir. 
Bakı  müsəlman  sahibkarlarının  xahişi  ilə  iki  dəfə  Peterburqa  yollanan 
Əhməd  bəy  Ağayev  şəxsən  imperatorun  və  nazirlərin  qəbulunda  olmuşdur.  O, 
Nobel,  Rotşild  və  digər  xarici  neft  maqnatlarının  azərbaycanlıları  yaşadıqları 
ərazilərdən  zorla  qovmaları  barədə  məlumat  vermiş,  bütün  neft  yataqlarına  sahib 
olmaq üçün xarici şirkətlərin ən çirkin əməllərə belə əl atdıqlarını sübut etmişdir. 
Nəticədə 
azərbaycanlıların 
Bakı 
ətrafındakı 
torpaqlardan 
köçürülməsi 
dayandırılmışdır. Lakin Bakıya qayıdan Əhməd bəy çar məmurlarının güclü təzyiqi 
və təqibi ilə üzləşmişdi. 
1909-cu  ildə  Əhməd  bəy  Ağayev  Türkiyəyə  mühacirətə  getmək 
məcburiyyətində  qalır.  İstanbulda  o,  "Gənc  türklər"lə  yaxınlaşır,  "İttihad  və 
tərəqqi"  partiyasına  üzv  olur.  "Tərcümani-həqiqət"  qəzetinin  redaktoru  olduğu 
dövrdə  o  həmçinin  "Türk  yurdu"  jurnalı  ilə  də  əməkdaşlıq  edir.  Əli  bəy 
Hüseynzadə, Ziya Gökalp, Yusif Akçura, Həmdullah  Sübhi və başqaları ilə birgə 
fəaliyyət  göstərən  Əhməd  bəy  türkçülük  hərəkatının  əsas  ideoloqlarından 
olmuşdur.  Onun  bu  fəaliyyəti  diqqətsiz  qalmamış  və  o,  Osmanlı  parlamentinə 
deputat seçilmişdir. 
1915-ci  ildə  Rusiya  ərazisində  yaşayan  azsaylı  xalqların  Lozanna 
konfransında  Azərbaycanı  təmsil  edən  Əhməd  bəy  ABŞ  prezidenti  V.Vilsona 
azərbaycanlıların acınacaqlı vəziyyətindən xəbər verən müraciət çatdırmışdır. 
1918-ci  ildə  Azərbaycana  köməyə  göndərilmiş  osmanlı  qoşunlarının 
komandanı  Nuru  paşanın  siyasi  müşaviri  məhz  Əhməd  bəy  Ağayev  olmuşdur. 
Azərbaycandakı  fəaliyyəti  dövründə  dövlət  aparatının  təşkilində  əlindən  gələn 
köməyi  əsirgəməyən  Əhməd  bəy  Azərbaycan  parlamentinə  üzv  seçilmişdir. 
Osmanlı  qoşunları  Azərbaycandan  çıxarılandan  sonra  Əhməd  bəy  ingilis 
qoşunlarının  komandanı  Tomsonla  danışıqlar      aparan  Azərbaycan  nümayəndə 
heyətinin  tərkibində  olmuşdur.  O,  Paris  sülh  konfransına  yollanan  Azərbaycan 
nümayəndə  heyətinin tərkibində olmuş, lakin İstanbulda ingilislər tərəfindən həbs 
edilmiş  və  türkçülüyü  və  islamçılığı  yayan  bir  "jurnalist  və  deputat"  kimi  Malta 

220 
 
Azərbaycanın  şifahi  ədəbiyyatının 
və musiqi folklorunun ən güclü sahələrindən 
biri  aşıq  poeziyası  və  aşıq  havalarıdır. 
Folklorumuzun  hər  iki  qolunun  yaradıcıları 
Qurbani,  Aşıq  Abbas  Tufarqanlı,  Xəstə 
Qasım,  Sarı  Aşıq,  Aşıq  Hüseyn  Bozalqanlı, 
Aşıq  Şəmşir,  Aşıq  Alı  və  başqaları  kimi 
böyük  sənətkarlar  olmuşdur.  Azərbaycan 
aşıqları  arasında  Aşıq  Ələsgərin  xüsusi  yeri 
var.  Aşıq  Ələsgər  orijinal  və  təbii  təşbeh, 
bənzətmə,  istiarə  və  s.  bədii  təsvir  vasitələri 
işlətmiş,  aşıq  poeziyasının  bütün  növlərində 
şeirlər  qoşmuş,  yeni  formalar  və  aşıq 
havaları  yaratmışdır.  Aşıq  Ələsgərin  bədii 
yaradıcılığı  aşıq  şerinin  inkişafına  qüvvətli 
təsir 
göstərmişdir.  O,  bütün  Cənubi 
Qafqazda,  Dağıstanda  və  bir  sıra  türkdilli 
xalqlar arasında böyük şöhrət qazanmışdır. 
 
adasına  sürgün  edilmişdir.  26  aylıq  sürgündən  sonra  Atatürkün  təklifi  ilə  türklər 
tərəfindən  tutulmuş  ingilis  əsgərləri  ilə  dəyişdirilən  Əhməd  bəy  yenidən  milli 
hərəkata qoşulmuş, qurtuluş savaşının fəal iştirakçılarından olmuşdur. 
20-ci  illərdə  Türkiyənin  mətbuat  bürosunda  müdir  işləyən  Əhməd  bəy 
Ağayev  iki  dəfə  Türkiyə  Böyük  Millət  Məclisinə  deputat  seçilmişdir.  O,  Ankara 
Universitetinin  professoru  və  "Hakimiyyəti-milliyyə"  qəzetinin  redaktoru 
olmuşdur. 
Əhməd bəy Ağayev 1939-cu ildə İstanbulda dünyasını dəyişmiş və orada 
da dəfn edilmişdir. 
 
Aşıq Ələsgər 
 (1821-1926) 
Aşıq  Ələsgər  (Alməmməd 
oğlu)  1821-ci  ildə  Azərbaycanın 
Göyçə  mahalının  Ağkilsə  kəndində 
anadan  olub.  Hazırda  Ermənistan 
Respublikasının  işğalında  olan  bu  kənd  adı  dəyişdirilmiş  Vardenis  rayonu 
ərazisindədir.  Hələ  gənc  yaşlarında  Azərbaycan  aşıq  poeziyasının  on  görkəmli 
nümayəndələrindən biri sayılan Aşıq Alının şagirdi olmuş Ələsgər onun sayəsində 
aşıq  sənəti  ənənələrini  dərindən  öyrənmişdir.  Azərbaycan  musiqi  və  poeziyası 
tarixində  böyük  rol  oynamış  Qurbani,  Aşıq  Abbas  Tufarqanlı,  Xəstə  Qasım,  Sarı 
Aşıq,  Aşıq  Hüseyn  Bozalqanlı,  Aşıq  Şəmşir  kimi  ustadların  zəngin  təcrübəsi  və 
bədii irsinə arxalanan Ələsgər əvvəlcə klassik aşıq havalarını ifa etmiş və sonradan 
özü  Aşıq  Ələsgər  adı  ilə  tanınmağa  başlayanda  isə  aşıq  poeziyasını  son  dərəcə 
gözəl əsərləri ilə zənginləşdirmişdir. 

221 
 
Aşıq havaları Azərbaycan musiqi folklorunun əsas qollarından birini təşkil 
edir.  Müxtəlif  dövrlərdə  aşıqların  repertuarında  daim  işlənib  kamilləşən  aşıq 
havaları  xalqımız  tərəfindən qorunmuş  və  nəsildən-nəslə  ötürülmüşdür. Beləliklə, 
hal-hazırda yüzdən artıq klassik hava və onların variantları mövcuddur. Əsrlərdən 
bəri  bu  havalarda  müəyyən  ucalıqlı  səs  münasibətləri,  həmçinin  xüsusi  səciyyəvi 
xallar,  guşə,  melodika  və  kadanslar,  vəznlər  əmələ  gəlmişdir.  Alimlərin  fikrincə, 
şifahi  xalq  ədəbiyyatımızın  tərkib  hissəsi  sayılan  aşıq  havaları  xalq  dastanları  ilə 
bir vaxtda yaranmış, əvvəllər yalnız dastanlarda, sonra isə həm də müstəqil şəkildə 
ifa  olunmağa  başlanmışdılar.  Aşıq  havaları  məzmun  və  xarakterinə  görə 
qəhrəmanlıq ruhunda, lirik və nəsihətamiz planda, satirik və komik səciyyəli olur. 
Bu  havalarda  insan  mənəviyyatının  ən  ülvi,  nəcib  keyfiyyətləri,  xalqın  sevinc  və 
kədəri,  vətənpərvərliyi,  zülm  və  əsarətə  qarşı  etirazı,  qəhrəmanlıq  və  rəşadəti  əks 
olunmuşdur.  Aşıq  havaları  məhəbbət  və  qəhrəmanlıq  havalarına  bölünsə  də, 
əslində,  məhəbbət  havalarında  qəhrəmanlıq,  qəhrəmanlıq  havalarında  məhəbbət 
motivlərinə  də  rast  gəlmək  olar.  "Koroğlu",  "Misri",  "Orta  divani”də  mərdlik, 
cəsurluq,  "Qəmərcan",  "Gözəlləmə",  "Göyçəgülü"  ndə  oynaqlıq,  şən  əhval-
ruhiyyə,  "Dilqəmi",  "Yanıq  Kərəmi",  "Təcnis"də  lirik  məhəbbət  duyğuları,  qüssə 
və həsrət motivləri ifadə edilir. 
Aşıq  Ələsgərin  yaradıcılığında  məhəbbət  lirikası  əsas  yer  tutur.  Onun 
şeirlərində  azad  və  səmimi  məhəbbət,  nəcib  insani  keyfiyyətlər  tərənnüm  olunur. 
Bununla  bərabər,  o,  sosial  yönümlü  şeirlər  yazmış,  bir  sıra  şeirlərində  xalqın  ağır 
həyatını təsvir etmiş, zülm və zorakılığı, ictimai ədalətsizliyi, mürtəce hakimlər və 
din  xadimlərini,  cəhalət  və  nadanlığı,  tüfeyliliyi  kəskin  tənqid  etmişdir.  Şeirləri 
yüksək  bədii  sənətkarlıq  nümunəsi  olduğundan  dərhal  təkcə  Azərbaycanda  deyil, 
ondan kənarlarda da yayılmışdır. 
Aşıq 
havalarının 
formalarının 
yaradılmasında 
başlıca 
prinsip 
variantlılıqdır.  Aşıq  havalarının  diapazonu  kiçikdir,  lakin  musiqi  ifadələrinin 
sonunda diapazon genişlənir. Aşıq havalarının ritmik xüsusiyyətləri şerin forma və 
vəzni  ilə  əlaqədardır.  Onların  melodiya  və  ritminin  müəyyənləşdirilməsində 
misralardakı hecaların sayı həlledici rol oynayır. Müasir aşıqların ən çox işlətdiyi 
şeir  formaları  gəraylı,  qoşma,  təcnis,  divani,  müxəmməs  və  s.-dir.  Maraqlıdır  ki, 
ədəbi  mətnin  və  melodiyanın  xüsusiyyətindən  asılı  olaraq  Aşıq  Ələsgər  bir  hava 
üstündə bir neçə şeir oxuya bilirdi. 
Şur məqamı və onun şöbələri Aşıq Ələsgərin havalarının məqam əsasında 
başlıca  yer  tuturdu.  Onun  segah,  bayatı-şiraz  məqamlarında  bəstələnmiş  havaları 
da  var.  Musiqi  ifa  olunarkən  əsas  vasitə  kimi  sazdan  istifadə  edən  ustad  bəzən 
balabanın  müşayiəti  ilə  ifa  edirdi.  Müşayiətedici  melodiya  vokal  melodiyanın  ya 
eyni  olur,  ya  da  dəmkeş  funksiyasını  daşıyırdı.  Onun  aşıq  havalarının  harmonik 
əsasını sazın köklərindən irəli gələn akkordlar kompleksi təşkil edirdi.  Bunlardan 

222 
 
"Qaraçı  kökü",  "Dilqəmi  kökü",  "Ürfanı  kökü"  və  s.  əsas  akkordlardır.  Əsasən 
yuxarı  registrdə  oxuyan  Aşıq  Ələsgər  bəndin  sonunda  aşağı  registrə  keçir  və 
axırıncı  səsi  xeyli  uzadırdı  ki,  bu  da  ümumilikdə  aşıq  havalarının  ifaçılarının 
əksəriyyətinə xas olan cəhətdir. 
Qeyd  etmək  lazımdır  ki,  aşıqların  sənətkarlıq  xüsusiyyətləri  və 
ustalıqlarından  asılı  olaraq  eyni  hava  müxtəlif  şəkildə  oxunur.  Azərbaycan  xalq 
musiqisinin başqa  janrları ilə qarşılıqlı əlaqədə  inkişaf etmiş aşıq musiqisinin, ilk 
növbədə Aşıq Ələsgər kimi yüksək peşəkarlığı ilə seçilən ustadların peşəkar musiqi 
sənətinə  güclü  təsiri  olmuşdur.  Belə  ki,  Ü.Hacıbəylinin  "Koroğlu",  R.Qliyerin 
"Şahsənəm",  Q.Qarayev  və  C.Hacıyevin  "Vətən"  operalarında,  Q.Qarayevin  3-cü 
simfoniyasında,  F.Əmirovun  "Azərbaycan  süitası”nda  və  başqa  bəstəkarların 
əsərlərində aşıq havalarının üslub xüsusiyyətlərindən məharətlə istifadə edilmişdir. 
Aşıq  Ələsgər  orijinal  və  təbii  təşbeh,  bənzətmə,  istiarə  və  s.  bədii  təsvir 
vasitələri işlətmiş, aşıq poeziyasının bütün növlərində şeir qoşmuş, yeni forma və 
aşıq havaları  yaratmışdır. Aşıq Ələsgərin bədii  yaradıcılığı aşıq şerinin inkişafına 
qüvvətli  təsir  göstərmiş,  bütün  Cənubi  Qafqazda,  Dağıstanda  və  bir  sıra  türkdilli 
xalqlar arasında geniş şöhrət qazanmışdır. 
Aşıq  Ələsgər  1926-cı  ildə  boya-başa  çatdığı  Azərbaycan  torpağında  - 
Göyçə mahalının Ağkilsə kəndində vəfat etmişdir. 
Asıq  Ələsgərin  ədəbi  irsi,  digər  Azərbaycan  aşıqlarının  ədəbi  irsi  kimi 
toplanıb  dəfələrlə  nəşr  edilmişdir.  Bununla  belə,  Azərbaycan  mədəniyyətinin  bir 
çox  nailiyyətlərini  öz  adlarına  çıxan  bədnam  qonşularımız  "erməni  aşıq 
musiqisi"nin  mövcudluğu  haqqında  xəbərlər  yayır,  aşıq  havalarımızı  öz  adlarına 
çıxmaq cəhdlərindən əl çəkmirlər. 

223 
 
Azərbaycan  dramaturgiyasının  inkişafında 
böyük  rol  oynamış  şəxsiyyətlərdən  biri  Nəcəf  bəy 
Vəzirovdur. Azərbaycan peşəkar teatrının yaradılması 
prosesində iştirak etmiş Nəcəf bəy sonralar komediya 
və  faciələrlə  məşhurlaşmışdır.  “Müsibəti-Fəxrəddin” 
əsəri  humanizmi,  yüksək  bəşəri  idealları  tərənnüm 
edir  və  Azərbaycan  ədəbiyyatında  ilk  faciədir. 
N.Vəzirov  həmçinin 
Azərbaycan  ədəbiyyatında 
burjuaziyanın  daxili  aləmini  ifşa  edən  ilk  əsərin, 
ədəbiyyatımızda  neft  Bakısı  haqqında  yazılmış  ilk 
əsərin  müəllifidir.  O,  “Əkinçi”,  “Həyat”,  “İrşad”, 
“Təzə  həyat”,  “Açıq  söz”  qəzetlərində  “Dərviş” 
imzası ilə felyetonlar yazmışdır. 
Azərbaycan tarixinə Nəcəf bəy Vəzirov görkəmli 
dramaturq, publisist, teatr xadimi, maarifpərvər ziyalı, 
Azərbaycan ədəbiyyatında ilk faciənin müəllifi kimi 
daxil olmuşdur.
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin