184
xəbəri alındı. Qızılbaşlar körpünü çətinliklə uçura bildilər. Lakin bu,
düşmənlərin qarşısını saxlaya bilmədi. Onlar cəsarətlə suya atıldılar
və o biri sahilə çıxdılar. Qızılbaşlarla onların arasında ağır döyüş
başlandı. Qızılbaşlar, həmin yerlərə yaxşı bələd olan şirvanlı
üsyançıların köməyilə düşmənin yeni dəstələrinin çayı keçərək
onların arxasınca çıxdıqları xəbərini alana qədər qəhrəmanlıqla
müqavimət göstərdilər. Düşmən qoşunlarının məngənəsinə düşən
qızılbaşlarkütləvi surətdə qaçmağa üz qoydular. Qaçanlardan hər
kəsi yalnız şəxsi həyatı düşündürürdü. Onlardan bir dəstəsi öz
qoşunlarının dayandığı yerə gəlib baş vermiş hadisə barədə danışdı.
Burada isə daha çox öz əmlaklarını xilas etmək qayğısına qaldılar.
Düşmənin öndə gələn hissələri göründükdə, ağlasığmaz bir vahimə
yarandı və hamı dağınıq halda ətrafa səpələndi. Hər cür sərvətlərlə
yüklənmiş dəvə karvanları tatarların əlinə keçdi. Onlar həmçinin
çoxlu qadın və qız əsir aldılar. Adil Girey tatarlarla və ləzgilərlə
birlikdə çox böyük miqdarda qənimət ələ keçirdi, elə həmin gün də
şimala – Şirvana tərəf hərəkət etdi
150
.
Dostları ilə paylaş: